Yenikənd sakinləri yolun vəziyyətindən şikayətçidir
Hadise
Oxunub: 346
31 yan 2022 | 13:38
Yenikənd sakinləri yolun vəziyyətindən şikayətçidir


“Taksi də yolun bərbadlığına görə baha gətirir”

Siyəzən rayonunun Yenikənd kəndi Bakı-Quba-Rusiya avtomobil yolunun üstündə – Şabran və Siyəzən şəhərlərinin arasında yerləşir. Lakin avtomagistralı burulan kimi bərbad yol, dərin-dərin çalalar başlayır.
“Hər yer palçıq…”

Yenikənd sakinləri Meydan TV-yə şikayətlənir ki, yolun bərbadlığı onların cibinə də təsir göstərir.

“Kənd camaatı böyük bazarlığı – un kisəsini, başqa ərzağını, təsərrüfat mallarını ya Siyəzəndən, ya Şabrandan alır. Əksəriyyətin də öz maşını yoxdur, taksi ilə gətirməyə məcburdur. Taksi də yolun bərbadlığına görə baha gətirir. Deyirlər ki, altı dəyir. Düz də deyirlər. Gözümüzlə görürük. Yağış yağanda vəziyyət lap acınacaqlı olur. Hər yer palçıq…”, – Elşən Ağayev danışır.

“Hər yerə məktub yazmışıq”

Sakinlərin sözlərinə görə, bir neçə il əvvələ qədər bütün kəndin yolları bərbad idi. Lakin bir neçə il öncə ara yollara olmasa da, kəndin əsas yollarına asfalt çəkilib. Amma ərazidə çalışan yük maşınlarının davamlı hərəkəti nəticəsində kəndin xüsusən giriş hissəsindəki yol dağılıb:

“Altı hündür olan maşınlar o çalalardan birtəhər keçir. Amma altı alçaq maşınlar dağılır. Dəfələrlə məktublar yazmışıq, demişik, hələ ki, xeyri yoxdur”.

Bələdiyyə sədri: Ödənişli yol layihəsi başa çatan kimi onu da düzəldəcəklər

Yenikənd bələdiyyəsinin sədri Əbülfərz Muradov Meydan TV-yə bildirib ki, problemdən xəbərdardır. Onun sözlərinə görə, bələdiyyə sədri olaraq, özü də məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.

2018-ci ildən alternativ Bakı-Quba-Rusiya magistral yolunun çəkilişi başlayıb və yaxın vaxtlarda yekunlaşması gözlənilir. Həmin yolun daha keyfiyyətli və ödənişli olacağı bildirilir.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən mənə cavab verildi ki, bu layihə başa çatan kimi bu yolu da düzəldəcəklər. Təxminən iki-üç aya başa çatmalıdır”, – bələdiyyə sədri bildirib.

Əbülfərz Muradov onu da əlavə edib ki, hazırda yeni Bakı-Yalama dəmir yolunun tikintisini aparan “Kolin” inşaat şirkətinin material daşıyan yük maşınları da həmin yoldan tez-tez istifadə edir.

İnformasiya şöbəsi
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı