Avtomobil yolunun açılması Ermənistanın İŞİNƏ YARAYIR... - İNCƏLƏMƏ...
Hadise
Oxunub: 344
22 dek 2021 | 19:49
Avtomobil yolunun açılması Ermənistanın İŞİNƏ YARAYIR... - İNCƏLƏMƏ...


Üç mindən çox avtomobil, o cümlədən Ermənistan yük maşınları Yuxarı Lars keçid məntəqəsinə gedən yolda hər iki tərəfdən ilişib qalıb. DİA.AZ bildirir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Aram Tananyan deyib.

“Artıq iki gündür ki, Yuxarıniy Lars keçid məntəqəsinə gedən yol əlverişsiz hava şəraiti ilə əlaqədar yük maşınları və minik avtomobilləri üçün bağlanıb. Rusiya və Gürcüstan tərəfdən 1500 yük maşını yığılıb. Bunların orta hesabla 20 faizi Ermənistan yük maşınlarıdır”, - deyə Tananyan bildirib. Onun sözlərinə görə, böyük ehtimalla yaxın bir neçə gündə vəziyyət dəyişməz qalacaq. Tananyan qeyd edib ki, yolda ilişib qalanlar arasında Rusiyanın müxtəlif şəhərlərindən vətənlərinə qayıdan dinc sakinlər də var.

Hər gün daha bir neçə yüz avtomobilin toplanması vəziyyəti daha da ağırlaşdırır. Gürcüstan Fövqəladə Hallar Nazirliyi Yuxarı Lars yolunun bütün növ avtomobillər üçün bağlı olduğunu bildirib. Sürücülərin verdiyi məlumata görə, hətta zəncirli təkərlə hərəkət etmək belə mümkün deyil. Artıq Ermənistan ərazisində də yollar bağlanıb. Ermənistan Fövqəladə Hallar Nazirliyiinin açıqlamasına görə, güclü qar yağması ilə əlaqədar dağ aşırımlarındakı yollar yük avtomobilləri üçün keçilməz olub. Yaxın günlərdə Ermənistanda temperaturun 14-17 dərəcə aşağı düşəcəyi, güclü qar yağacağı bildirilir. Bu isə Ermənistanın Gürcüstan və Rusiya ilə quru yolu əlaqəsinin kəsilməsi deməkdir. Yükdaşımaların kəskin azalması Ermənistanda idxal məhsullarının da həcminə kəskin mənfi təsir göstərəcək.

Dekabrın 21-də qış mövsümünün başlandığını nəzərə alsaq, qarşıdakı üç ay ərzində Ermənistan ciddi problemlərlə üzləşəcək. Azərbaycan və Türkiyə ilə sərhədlər hələ bağlıdır. İranla da ticarət əlaqələrində də ciddi məhdudiyyətlər yaşanır. Bu, həm pandemiya, həm də İranda artan iqtisadi böhranla bağlıdır. Ermənistanın ərzaqla təminatında 28 il müddətində Azərbaycan ərazilərinin işğal altında qalması mühüm rol oynayıb. Lakin 44 günlük müharibədən sonra Ermənistan bu imkandan da məhrum olub. Ona görə də Yuxarı Lars yolunun bağlanması Gürcüstandan daha çox Ermənistana problem yaradır.

Gürcüstanın Qara dənizə, Türkiyəyə və Azərbaycana birbaşa çıxışı mövcuddur. Ermənistan isə hər tərəfdən blokada durumundadır. Hələ 2018-ci ildə Baş nazir Nikol Paşinyan ABŞ Prezidfentinin Milli Təhlükəsizlik Məsələləri üzər müşaviri Con Boltonun İranla sərhədləri bağlamaq təklifinə cavabında bildfirmişdi ki, əgər İranla sərhədlər bağlansa və hava şəraitindən asılı olaraq Gürcüstan yolu da bağlanarsa, Ermənistan kimsəsiz adaya çevriləcək.

Bu gün demək olar ki, Ermənistan belə vəziyyətlə üzləşib. Lakin 2018-ci ildən fərqli olaraq, Ermənistanın bu blokada şəraitindən çıxması üçün əlverişli imkanlar yaranıb. Bu, bölgədə baş verən dəyişikliklərlər bağlıdır. Qarabağ münaqişəsinin bitməsi, Azərbaycanla nəqliyyat və kommunikasiyaların açılmasına dair razılaşmaların əldə olunması, Türkiyə ilə əlaqələrin bərpasına dair danışıqlar prosesinin başlanması Ermənistanı düşdüyü ağır durumdan çıxış edə bilər. Yuxarı Lars yolunun bağlanması bölgənin əsas logistic mərkəzinə çevrilə biləcək Zəngəzur dəhlizinin əhəmiyyətini Ermənistan üçün daha da aktuallaşdırır. Zəngəzurdan dəmir yolunun açılması ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanın icrası Ermənistan iqtisadiyyatını böhrandan xilas edə bilər.

Ancaq Yuxarı Larsda yaranmış vəziyyət göstərir ki, Ermənistan yük avtomobillərinin Rusiyaya çıxışını təmin etmək üçün alternativ marşrut kimi Azərbaycan ərazisindən istifadə edə bilər. Çünki Yuxarı Lars yolu relyef baxımdan çox əlverişsiz olduğu halda, Azərbaycan ərazisində belə problem nəinki yoxdur, üstəlik beynəlxalq standartlara uyğun yol infrastrukturu mövcuddur.

Ona görə də Ermənistan Zəngəzur dəhlizində həm də avtomobil yolunun inşasına razılıq verməlidir. Nikol Paşinyanın dekabrın 20-də Gürcüstana səfəri zamanı “Azərbaycanla avtomobil əlaqələrinin bəprası imkanları var” deməsi Ermənistanın quru yolunun açılmasına razılıq jesti kimi başa düşülə bilər. Lakin Ermənistan bu imkanlara nail olmaq üçün sərhədlərin delimitasiyası və demarkasiyası prosesini, növbəti mərhələdə isə sülh sazişinin imzalanmasını sürətləndirməlidir.

Azərbaycanla sülhün əldə edilməsi və Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyaların bərpası Türkiyə ilə də münasibətlərin normallaşmasına səbəb ola bilər. Bu halda Ermənistan qış aylarında Yuxarı Lars yolunda yollar bağlansa belə, digər qonşu ölkələrə və ətraf regionlara çıxış imkanı qazanmış olar. Bu imkana malik olmaq üçün türk düşmənçiliyinə son qoymaq və Azərbaycana ərazi iddiasından əl çəkmək kifayətdir.
DİA.AZ
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu