Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə necə düşdü? - DETALLAR
Hadise
Oxunub: 506
16 dek 2021 | 20:25
Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə necə düşdü? - DETALLAR


“Prezidentin Brüssel görüşündə Laçın və Zəngəzur dəhlizini eyniləşdirməsi bizdəki “illərin siyasətçilərinin” nə qədər dayaz düşüncəli olduğunu da ortaya qoydu. Axşamdan bu fikir üzərində bəzi düzgün olmayan fikirlər səsləndirilir. Bəs əslində nə baş verib?”.

Mövzunu şərh edən Beynəlxalq Münasibətlər üzrə şərhçi Əziz Əlibəylinin sözlərinə görə, Prezident çıxışında “Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni olmalıdır” fikirini səsləndirib: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq”.Yəni fikir bundan ibarətdir. Ümumiyyətlə, ehtimala görə müqavilələr imzalansa da, sonrakı əsas problemimiz Zəngəzur dəhlizinin idarəetmə mexanizmi ilə bağlı olacaq”.

Əziz Əlibəyli əlavə edib ki, buna görə də, Prezident gələcək hadisələri indidən qabaqlamaqla həm Ermənistana, həm Brüsselə, həm Moskvaya mesajını vermiş oldu. Bunu təkcə bizim “siyasi” kəsim anlaya bilmədi:

1. Laçın dəhlizi təkcə ermənilər üçün nəzərdə tutulur və heç bir beynəlxalq əhəmiyyəti yoxdur.

2. Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli yolları, kommunikasiyaları özündə birləşdirəcək.

3. Prezident iki dəhlizi eyniləşdirməklə əslində Ermənistanın Zəngəzur dəhlizi üzərində yaranacaq təbii üstünlüyünü indidən sıfırlamaq və İrəvan üçün beynəlxalq yox, daxili ərazi əhəmiyyətinə salmaqla iddialarını kiçildir və hərəkətlərini məhdudlaşdırılması niyyətini daşıyır.

4. İndi məlum oldumu ki, Xankəndidə ermənilər niyə saxlanıldı və Ermənistan Laçın tələsinə nə cür düşdü” – deyə Əlibəyli fikirlərini tamamlayıb.

Ekspert Ermənistanın Laçın tələsinə necə düşdüyünü belə açıqlayıb: “10 noyabrda müharibə yekunlaşanda Xankəndidə ermənilər saxlanıldı. İndi ermənilərin orada niyə saxlanıldığı məlum olur. Çünki Prezidentin hədəfi həmin zamandan etibarən Zəngəzur dəhlizi olub. Əgər Qarabağdan erməniləri tamamilə çıxarıb, Ermənistanla əlaqələrini kəssəydik, o zaman İrəvanın itirməyə heç nəyi qalmayacaqdı və Zəngəzur dəhlizini reallaşdırmaq mümkünsüz olacaqdı. Amma bu gün fərqli mənzərə yaşanır. İndi orada olan 25 min erməni əslində Azərbaycan Prezidentinin siyasətindən asılı vəziyyətə düşüb və bir vasitəyə çevrilib. Ermənistan məcburdur ki, 25 min erməniyə görə, mütləq şəkildə Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı diktəsini nəzərə alsın”.

Əlibəyli Rusiyanın sülhməramlı kimi Zəngəzur dəhlizinə nəzarət etməsinə Azərbaycanın niyə razılaşdığına da aydınlıq gətirib: “Azərbaycan ona görə razılaşır ki, həm də Qarabağda sülhməramlı missiyanı ruslar yerinə yetirsin və nəticə etibarı ilə oradakı ermənilər qaça bilməsin. Bizə lazımdır ki, oradakı ermənilərin üzərindən bu siyasət daha da genişlənsin və Azərbaycan Zəngəzurda diktəni həyata keçirsin.

Bəs Laçın və Zəngəzur dəhlizləri niyə paralelləşdirildi?

“Əslində Prezident beynəlxalq dəhlizin əhəmiyyətini Ermənistanın gözündə kiçildir. Ermənistanın dəhlizlə bağlı katastrafik həddə olacaq iddialarının böyüməsinə imkan vermir. Yanaşmanı məhz bu baxımdan anlamaq lazımdır. Laçın təkcə ermənilər üçün nəzərdə tutulur. Zəngəzur dəhlizi isə beynəlxalq əhəmiyyətə malikdir. Məqsəd odur ki, həmin o beynəlxalq əhəmiyyət Ermənistan üçün siyasi və hərbi deyil, iqtisadi önəmə çevrilsin. Nəticədə Ermənistan iddiasız bir duruma düşmüş olacaq” – Əlibəyli fikirlərini tamamlayıb./yenisabah
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu