Hərbçilərimizə bıçaqla hücum oldu: Azərbaycan-İran sərhədində insident
Hadise
Oxunub: 332
9 dek 2021 | 12:56
Hərbçilərimizə bıçaqla hücum oldu: Azərbaycan-İran sərhədində insident


Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları təx­mini çəkisi 20 kiloqram 855 qram narkotik vasitəyə, 2400 ədəd psixotrop və 4519 ədəd müxtəlif təyinatlı dərman preparatlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısını alıb.

DSX-nin Mətbuat Mərkəzindən Ölkə.az-a verilən məlumata görə, noyabrın 24-də saat 17:30 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sahibsiz halda aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içində ümumi çəkisi 900 qram “metamfetamin” narkotik vasitəsinə bənzər maddə aşkar olunaraq götürülüb.

Növbəti gün saat 02:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 4 nəfərin olduğu sarı rəngli “Vaz” markalı 10-DZ-092 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və nəqliyyat vasitəsindən iki nəfərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxslər Daşburun dairəsi istiqamətində saxlanılıblar. Onların Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Bədəlzadə Azər Araz oğlu, 2004-cü il təvəllüdlü Bədəlov Araz Azər oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Əfqan Fazil oğlu və Beyləqan rayon sakini 1976-cı il təvəllüdlü Allahverdiyev Elşən İnşallah oğlu olmaları müəyyənləş­dirilib, avtomobilə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (100 qram “tiryək”, 600 qram “heroin”, 5200 qram “marixuana”, 500 qram metamfetamin)və 2000 ədəd “tramadol” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərkisilah edilib.

Noyabrın 29-da saat 01:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Əhmədalılar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Əraziyə baxış zamanı aşkar olunmuş 1 ədəd bağlamadan təxmini çəkisi 11 kiloqram 200 qram narkotik vasitəyə bənzər maddə (8000 qram “heroin”, 3000 qram “marixuana”, 200 qram “metamfetamin”) götürülmüşdür.

Həmin gün saat 02:05 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun Sınıq körpü adlanan ərazisi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Kür çayında Gürcüstandan Azərbaycana doğru 1 ədəd rezin qayığın hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan qayıqdakı şübhəli şəxslər özlərini suya atıb və havanın qaranlıq olmasından istifadə edərək hadisə yerindən qaçmağa nail olublar. Qayığa baxış zamanı içərisində 4519 ədəd müxtəlif çeşidli dərman preparatları aşkar olunaraq götürülüb.

Dekabr ayının 6-da saat 20:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidlikəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində özünü şübhəli apararaq sərhəd naryadının diqqətini cəlb etmiş 1 nəfər naməlum şəxs ərazidən uzaqlaşmağa cəhd göstərərkən saxlanılıb.

Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Əzimov Pərviz Əzim oğlu olması müəyyənləşdirilmiş şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 2 kiloqram 355 qram narkotik vasitəyəbənzər maddə(130 qram “heroin”, 1925 qram “marixuana”, 300 qram metamfetamin) və 400 ədəd“gabapentin-300”həbi aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Hərbçilərimizə bıçaqla hücum oldu: Azərbaycan-İran sərhədində insidentHərbçilərimizə bıçaqla hücum oldu: Azərbaycan-İran sərhədində insidentHərbçilərimizə bıçaqla hücum oldu: Azərbaycan-İran sərhədində insidentHərbçilərimizə bıçaqla hücum oldu: Azərbaycan-İran sərhədində insidentHərbçilərimizə bıçaqla hücum oldu: Azərbaycan-İran sərhədində insident
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu