Ermənistanda inqilab gözləntisi:Azərbaycan və Rusiyaya müharibə elanı? - NƏ BAŞ VERİR?
Hadise
Oxunub: 556
28 okt 2021 | 19:49
Ermənistanda inqilab gözləntisi:Azərbaycan və Rusiyaya müharibə elanı? - NƏ BAŞ VERİR?


Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı olan qüvvələr inqilab etməklə hakimiyyəti devirmək istəyir.

Belə ki, Ermənistanda müxalifət yenidən hökumət əleyhinə aksiyalara başlayacağını elan edib. Bu barədə müxalif Daşnaksütyun Partiyasının üzvü İşxan Saqatelyan bildirib.

O qeyd edib ki, İrəvan bələdiyyəsinə noyabrın 9-10-da saat 18:00-dan 20:30-dək paytaxtın Azadlıq meydanında mitinq keçirmək niyyəti barədə bildirib. Bələdiyyə öz növbəsində bu barədə məlumatı aldığını açıqlayıb.

Bəllidir ki, Ermənistandan əsas müxalif qüvvə sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan hesab olunur. İstisna deyil ki, məhz bu mitinqlərin təşkilatçıları da məhz onlardır. Köçəryan artıq müharibədən sonra Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində namizəd olub və Paşinyana məğlub olub. Bu baxımdan hesab olunur ki, Köçəryan və Sarkisyan birliyinin məqsədi inqilab vasitəsilə Paşinyanı devirməkdir.

Faşist düşüncəli Köçəryan-Sarkisyan birliyi və daşnaklar Paşinyanı devirməyi bacarsalar nə baş verəcək? Bunun Azərbaycanla münasibətlərə və 10 noyabr Bəyanatına təsiri necə olar?

Politoloq Tural İsmayılov Cebhe.info-ya açıqlamasında deyib ki, Köçəryan və Sarkisyanın Paşinyanı devirib yenidən hakimiyyətə gələcəyi inandırıcı deyil:

“Çünki Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri də göstərdi ki, erməni xalqı Paşinyan nə qədər pis Baş nazir olsa da, Ermənistanı uzun illər blokadada saxlayan, onun sərvətlərini talayan, korrupsiyanı, dövlət büdcəsinin talanmasını adi hala gətirən Köçəryana və Sarkisyana güvənmir.Düşünmürəm ki, növbəti dəfə hansısa seçkidənkənar yolla Köçəryan və ona bağlı qüvvələr yenidən hakimiyyətə gəlsin. Sarkisyanın isə ümumiyyətlə, belə bir şansı yoxdur. Çünki Paşinyandan əvvəl Sarkisyan hakimiyyətdə olub və devrilib.

Hətta bu ssenari baş versə belə, Ermənistanın Baş naziri Nikol Paşinyanın imza atdığı 10 noyabr Bəyanatında Azərbaycan və Rusiya rəhbərlərinin imzaları var. Bu, Paşinyan hakimiyyəti üçün xarakterik olan imza, addım deyil, Ermənistanın imzasıdır.
Paşinyandan sonra hakimiyyəti kimin gəlməsindən asılı olmayaraq 10 noyabr Bəyanatını poza bilməz. Bu bəyanatın pozulması təkcə Azərbaycana qarşı deyil, eyni zamanda Rusiyaya da müharibə elan etmək deməkdir”.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi