İranın dini agenturası 30 ildir Azərbaycanda hansı işlərlə məşğul olub? - Ocaq Necatın əsl fəaliyyəti
Hadise
Oxunub: 570
8 okt 2021 | 19:19
İranın dini agenturası 30 ildir Azərbaycanda hansı işlərlə məşğul olub? - Ocaq Necatın əsl fəaliyyəti


İranın Azərbaycandakı səfirliyinin verdiyi açıqlamaya görə, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necat Azərbaycanı tərk edib və hazırda Tehrandadır.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin oktyabrın 5-də yaydığı məlumata görə, günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Ocaq Necatın ofisinin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Buna səbəb isə təhlillər nəticəsində şəhərin bir neçə yerində, həmçinin Hüseyniyyə məscidində son günlər COVID-19 virusuna yoluxanların sayının artmasıdır.

Bəs Ocaq Necat kimdir və Azərbaycanda hansı işlərlə məşğul olub?

Ocaq Necat İranın Azərbaycanda fəaliyyət göstərən ən “uzunömürlü” nümayəndəsidir. O, 1996-cı ildə İranın ali rəhbəri ayətullah Xameneinin Azərbaycandakı nümayəndəsi təyin edilib. Azərbaycanda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin faktiki olaraq yaradıcısı və sədridir.

İran onu Azərbaycanda vilayəti-fəqih təmsilçisi kimi qəbul edir. Başqa sözlə, o, Azərbaycanda İran tərəfindən təyin olunmuş dini rəhbər statusunda qəbul edilir. İrandan Azərbaycana gələn bütün nazirlərin onunla görüşüb, ondan təlimat almaq öhdəlikləri var.

Ocaq Necatın başçılıq etdiyi strukturda Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti ilə bağlı illərdir siyasi təhlillər aparılır. İranın Azərbaycanın daxilinə nüfuzetmə yolları və sahələri müəyyən edilir.

30 ilə yaxın fəaliyyət dövründə bu mərkəzin və Ocaq Necatın adı Azərbaycanda müxtəlif hadisələrdə hallanıb. Hətta mediada bu mərkəzin Ermənistana məlumatlaı ötürdüyü də iddia olunub.

Ötən il Azərbaycan tarixi Zəfərə imza atmaqla regionda yeni reallıq yaratdı. Regionda vəziyyətin dəyişməsi İranı qıcıqlandırmaqla yanaşı, Azərbaycandakı İran Mədəniyyət Mərkəzinin və Ocaq Necatın əsl fəaliyyətini ortaya çıxarmış oldu.

“İslam Mədəniyyət Mərkəzi” İranla Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdən daha çox bu münasibətlərə zərbə vurub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri, “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev mətbuata açıqlamasında qeyd edir ki, Ocaq Necat hələ 2000-ci illərdə bizim məscidlərdə moizə oxuyurdu. Dövlət Komitəsinin qərarı ilə onun bu moizələrinə qadağa qoyuldu. Təxminən 5 il o bu işdən ayrıldı. Təkcə Nardaran məscidində moizlərini davam etdirirdi:

"Əslində Ocaq Necat çox güclü təbliğatçıdır, İslamın bilicisidir. İnsanları ələ almaq üçün onun bacarığı var, həqiqətən çıxış edəndə güclü kuratordur. O çıxış edəndə qarşısında durmaq və tabe olmamaq az adama nəsib olur. Ona görə, Ocaq Necat burada bizim insanları ələ almaq üçün İran tərəfindən tətbiq edilmiş ən ciddi siyasət idi.

Onun buradan getməsini istəsək də, belə bir qərar qəbul edilmirdi. Ümid edirəm ki, indiki hadisələrdən sonra Ocaq Necat İrana qayıdacaq. O, Nardaran hadisələrində də, digər məsələlərdə də Azəbaycana qarşı mənfi rol alırdı. Tək Azərbaycanın deyil, eyni zamanda Şimali Qafqazın və Orta Asiyanın kuratoru idi. Bütöv zonanı nəzarətində saxlama bacarığı var idi və bunu edirdi.

Ocaq Necatın ofisinin bağlanmasını çox doğru addım hesab edirəm. Onun buradan getməsi Azərbaycanda dini radikalizmin aradan qaldırılmasına çox müsbət dəstək verə bilər”.

“İslam Mədəniyyət Mərkəzi” Azərbaycan-İran əlaqələrinə heç bir töhfə vermədiyi son baş verənlər fonunda isə açıq-aşkar göründü. Belə ki, son günlər Azərbaycan-İran münasibətlərində müəyyən gərginlik yaşanır. Yüksək vəzifəli İran rəsmiləri, hərbçiləri Azərbaycana qarşı bəyanatlarla, açıqlamalarla çıxış edirlər.

Yaranmış gərginliyin fonunda gözləmək olardı ki, 30 ildir Azərbaycanda fəaliyyət göstərən Ocaq Necat və onun mərkəzi gərginliyin aradan qaldırılması üçün hər hansı addımlar atsın. Görünən isə odur ki, Ocaq Necatın atdığı yeganə addım Tehrana qayıdıb, yeni tapşırıqlar almaqdadır.

Ocaq Necata Azərbaycanda nə ehtiyac var?

İndi isə bu sual ortaya çıxır, əgər İranın Azərbaycanda fəaliyyət göstərən ən “uzunömürlü” nümayəndəsi Ocaq Necat və onun ofisinə Azərbaycanda nə ehtiyac var?! Sual təbii ki ritorikdir. 30 il ərzində Azərbaycan hakimiyyəti İranın dini dövlət olmasını nəzərə alaraq, əlaqələrin müsbət inkişafı naminə səbr və dözümlülüklə Ocaq Necatın Azərbaycanda fəaliyyətinə heç bir məhdudiyyət qoymayıb. Bu gün isə bu fəaliyyətin illərlə Azərbaycan dövlətinə qarşı yönəlməsi və əksinə münasibətlərə daha çox zərbə vurması açıq-aşkar ortadadır.

Bütün bu faktlar Azərbaycan ictimaiyyətində suallar və konkret cavablar yaradır. Ocaq Necatın Azərbaycanda fəaliyyətinə heç bir ehtiyac yoxdur. Əgər 30 ildir Azərbaycanda dini dəyərlərdən danışaraq özünə tərəfdar toplamağa çalışan şəxs ən ehtiyac duyulan anda fəaliyyətsizlik göstərir, ölkəni tərk edirsə, bundan sonra da Ocaq Necatın Azərbaycana qayıtmasına, yenidən burada özünə tərəfdarlar toplamasına heç bir ehtiyac qalmır.

Bu gün Azərbaycanda kifayət qədər nüfuzlu din xadimləri var, xalq onları tanıyır və hörmət edir. İkinci bir dövlətin maraqlarına xidmət edən din xadiminə və onun təzadlı fikirlərinə Azərbaycan cəmiyyətinin heç bir ehtiyacı yoxdur.

Trend İnformasiya Agentliyinin Siyasət şöbəsi
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib