İt üstündə dava, arvadının gözü önündə güllələdi - Azərbaycanda dəhşət
Hadise
Oxunub: 348
30 avq 2021 | 16:00
İt üstündə dava, arvadının gözü önündə güllələdi - Azərbaycanda dəhşət


Şamaxı rayonunda qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Natiq Bunyatovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, hadisə rayonun “Acıdərə” adlanan qışlaq sahəsində baş verib. Fermer təsərrüfatında ailə üzvləri ilə birlikdə yaşayan və həmin fermada çobanlıq edən Natiq Bunyatovun qardaşı Vəli həmin ərazidə heyvandarlıqla məşğul olan Zaur Hacıyevə məxsus itləri daşla vuraraq öz ərazilərindən qovub.

Bu səbəbdən Zaur Hacıyev sərxoş vəziyyətdə həmin fermer təsərrüfatındakı yaşayış evinin qarşısına gəlib və Vəli Bunyatovla mübahisə edib.

Zaur Hacıyev onun atası və digər şəxslər tərəfindən sakitləşdirilib. Qonşuluqdakı evinə yola salınsa da, Zaur Hacıyev təxminən 10 dəqiqədən sonra əlində ağacla bir neçə dəfə yenidən onların evinin qarşısına gəlib.

Zaur Hacıyev Natiq Bunyatovun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, qarşısına çıxmalarını tələb edib.

Bundan qəzəblənən Natiq Bunyatov evdə saxladığı ov silahını götürüb və eyvana çıxıb.

Bu vaxt Natiq Bunyatov Zaur Hacıyevin arxasınca gəlmiş arvadı Durdanə Hacıyevanın orada olmasına baxmayıb, qadının gözü qarşısında Zaur Hacıyevə atəş açıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Natiq Bunyatov bildirib ki, hadisədən 3 gün əvvəl qardaşı tövlədə ölən heyvanı yemək üçün itlərin qabağına atdığı vaxt ora Hacıyevin də itləri gəlib. Vəli onun itlərini qovduğundan Zaur narazı qalıb. Bundan sonra Zaur bir neçə dəfə onun itlərini ağacla və daşla vurduğu üçün Natiq ona iradını bildirib.

Növbəli qaydada heyvanları örüş sahəsinə apardıqları üçün hadisə baş verən günü mal-qaranı Vəli aparıb. Axşam saat 18:00 radələrində heyvanları yatağa gətirdiyi vaxt Zaur sərxoş vəziyyətdə evlərinin qabağında onunla mübahisə etməyə başlayıb. Hacıyevin arvadı onu sakitləşdirib evinə tərəf aparıb.

Natiq Bunyatov ifadəsinin davamında bildirib ki, təxminən 10 dəqiqə sonra Zaur əlində ağac söyüş söyə-söyə onlardan çölə çıxmaqlarını tələb edib. Atası oğullarına fikir verməmələrini deyib, özü çölə çıxıb Zauru və arvadını sakitləşdirib yola salıb. Amma bir neçə dəqiqə sonra Zaur yenədə qayıdıb. Evdə olan anası və bacısının ünvanına söyüşlər söyərək onları təhqir edib:

“Atam yola salandan sonra yenə gəldi başladı söyüş söyməyə. Məndə evdə idim. Atam yenə çıxdı çölə onun sakitləşdirsin. Gördüm dayanmır məndə tüfəngi götürüb çölə çıxmaq istəyəndə anam qoymadı. Atam yenə sakitləşdirib Zauru apardı evlərinə. Elə evə təzə girmişdik yenə gəldi başladı söyüşlər söyməyə. Dedi girib evin içində size belə edəcəm nə bilim elə edəcəm. Məndə silahı götürüb çıxdım çölə bir dəfə ağzından atəş açdım”.

Açılan atəş nəticəsində Zaur elə hadisə yerində dünyasını dəyişib. Təxminən yarım saat sonra polis əməkdaşları gəldikdə Natiq iki ədəd patronu və silahı təhvil verərək Zaur Hacıyevi öldürdüyünü etiraf edib.

Məhkəmə prosesi zamanı Natiq Bunyatov əməlini səmimi etiraf edərək peşman olduğunu bildirib.

Sonda məhkəmənin höküm ilə Natiq Bunyatov 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsili bilinərək 17 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan Natiq Bunyatov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Natiq Bunyatovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Natiq Bunyatovun şikayəti təmin olunmayıb.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər