Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR
Hadise
Oxunub: 372
6 avq 2021 | 16:16
Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


“Bacım Səidə Hüseynova çox ehtiyatlı qadın idi. O, sexin içinə kimsəni buraxmırdı. Cücə almağa gələnlər dəmir barmaqların arxasında dayanırdı. Alveri də elə dəmir barmaqlıq arxasından edirdi. O, heç kimə, tanıdığı yaxın adamlar istisna olmaqla, dəmir qapını açmırdı. Həmin gün isə qapı içəridən açılmışdı. Səidənin huşu başında olsaydı, o, yanğın zamanı qapıdan çölə qaçardı. Qaçmayıb, içəridə qalıb və yanıb”.

Bu sözləri “Yeni Müsavat”a Rahilə İmran qızı Əhmədova deyib. Onun sözlərinə görə, bacısı Səidə Hüseynova bu ilin aprelində özünə məxsus fermada yanaraq dünyasını dəyişib.

Yanğınla bağlı həmin günlərdə FHN-in yaydığı rəsmi məlumatda deyilirdi ki, Yevlaxın Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m2 olan cücə sexinin yanar konstruksiyaları 360 m2 sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Səidə İmran qızı Hüseynovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


Səidə Hüseynova

Rahilə Əhmədova deyir ki, bacısı uzun illər Yevlağın Aşağı Bucaq kəndində inşa etdirdiyi, özünə məxsus olan tikilidə yaşamaqla orada kiçik sahibkarlıqla məşğul olub. Ümumi sahəsi 550 kv.m-dən çox olan həmin tikili yaşayış otağından, inkubator otağından, cücələr saxlanan otaqlardan və digər yardımçı otaqlardan ibarət olub: “Bacım daha öncə uzun illər ticarətlə məşğul olmuşdu. 2010-cu ildən isə Yevlax rayonu, Aşağı Bucaq kəndində tikili və cücə ferması inşa edərək cücə saxlayıb və satışını həyata keçirirdi. Rayonda hər kəs bilir ki, bacım hər zaman maddi imkanı yüksək olub. Onun qızıl-zinət əşyalarına həddən artıq marağı vardı. Külli miqdarda qızıl və brilyant alıb yığmışdı. Səidə həmin qızıl və brilyantları harasa gəzməyə gedəndə daima özü ilə çantasında gəzdirirdi. Fermada onun dəmir seyfi vardı”.

Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


Rahilə Əhmədovanın sözlərinə görə, bacısı 14 aprel 2021-ci il tarixdə yaşadığı və çalışdığı fermada tək olduğu zaman tamah niyyəti ilə öldürülüb, bundan sonra cinayətin izlərinin itirilməsi üçün ferma ilə birlikdə yandırılıb: “Qardaşım Musa Hüseynovun torpaqlarımız və dövlətimiz yolunda şəhid olmasını özünə şərəf bilən atam İmran Hüseynov bacımın başına gətirilən müsibətə dözə bilmədi. 1 ay sonra, 23 may 2021-ci il tarixdə özü də vəfat etdi. Bacımın hansısa şəxs və ya şəxslər tərəfindən tamah niyyəti ilə qəsdən öldürülməsini təsdiq edən məqamları da sadalayıram. Meyitin fotoşəkillərindən də açıq-aydın şəkildə görünür ki, bacımın kəlləsində hansısa ağır və küt əşyanın dəyməsi nəticəsində yaranmış zədə - batıq var. Halbuki biz yanğın barədə məlumat əldə etdikdən sonra hadisə yerinə gəldiyimiz zaman bacımın yanmış cəsədinin üzərinə hər hansı ağır bir əşyanın düşməsinin şahidi olmadıq. Bu fakt həmçinin onu da ehtimal etməyə əsas verir ki, ola bilsin ki, mərhum bacım yandırıldığı zaman yaralı olub, yəni diri-diri yandırılıb. O, ailə üzvləri istisna olmaqla, heç bir şəxsi sahənin içinə buraxmırdı və əgər hər hansı şəxs cücə almağa gələrdisə o, həmin şəxsi sahənin dəmir giriş qapısının yanında olan dəmir çərçivəli pəncərədən, yaxud da cücələrin saxlandığı otaqlarda olan kiçik pəncərələrdən qəbul edirdi və məhsulu, yəni cücələri müştərilərə sahəyə daxil olmadan məhz həmin pəncərələrdən satırdı. Sahənin giriş qapısı içəridən dəmir keçəcəklə bağlanır. Yəni içəridən bağlandığı halda, giriş qapısının çöldən hər hansı bir şəxs tərəfindən açılması qeyri-mümkündür. Lakin 14 aprel 2021-ci il tarixdə yanğın baş verdiyi zaman ora gəlmiş bütün şəxslər, o cümlədən bizim özümüz yanğın zamanı sahənin dəmirdən olan giriş qapısının açıq olduğunun şahidi olmuşuq. Əgər həmin qapı mərhum bacım tərəfindən açılmış olsaydı, o zaman bacım sağ olmalı idi. Çünki qapıya çatıb onu açan insan geriyə yanğın yerinə qayıtmaz, çölə çıxaraq canını xilas edərdi. Bacımın yanmış cəsədinin qapıdan kifayət qədər aralıda olan otaqda olduğu halda, sahənin dəmir giriş qapısının açıq olması onu deməyə əsas verir ki, bacımı öldürən şəxs və ya şəxslər onu öldürdükdən və sahəni benzin tökərək yandırdıqdan sonra həmin qapıdan çıxmaqla hadisə yerindən qaçıblar. Bu fakt eyni zamanda onu da düşünməyə əsas verir ki, əgər həmin şəxs və ya şəxslər dəmir qapı içəridən açılmaqla bacımın özü tərəfindən sahənin içərisinə buraxılıbsa, deməli, həmin şəxs və ya şəxslər bacımın tanıyıb inandığı şəxs və ya şəxslər olub.

Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


Bütün ailə üzvlərimiz, o cümlədən mən və mərhum bacım Səidə Hüseynovanın qızları tam əminliklə bildiririk ki, onun yanıb kül olmuş cəsədinin qalığı bizə təhvil verildikdən sonra cəsədin üzərindən kəskin şəkildə benzin iyi gəlirdi. Hətta üzərindəki benzin iyindən cəsədə yaxın getmək mümkün deyildi. Bu fakt bacımın üzərinə benzin tökülərək yandırıldığını sübut edir. Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşları da təsdiq etdilər ki, yanğın bacımın yandığı otağın döşəməsindən başlayıb. Lakin həmin otağın döşəməsinin altından hər hansı elektrik naqili keçməyib. Həmçinin hadisə baş verdiyi günü otaqda hər hansı elektrik qızdırıcı olmayıb. Belə olan halda açıq-aydın şəkildə məlum olur ki, yanğının döşəmədən başlaması yalnız döşəməyə benzin və ya başqa alışdırıcı maddənin tökülməsi səbəbindən olmalıdır. Bacımın yanmış cəsədindən gələn benzin iyi də bu faktı tam şəkildə sübuta yetirir.

Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


Bütün ailə üzvlərimizin telefonlarında olan “WhatsApp” ani mesajlaşma proqramından görünür ki, mərhumun bacım hadisənin baş verdiyi günü gecə saat 21:11-də istifadəsində olan telefonun “WhatsApp” ani mesajlaşma proqramından istifadə edib. Bu fakt onu sübut edir ki, bacım saat 21:11-də sağ olub. Lakin 27 dəqiqə sonra gecə saat 21:38-də ərazi üzrə Yanğın Mühafizə Xidmətinə sahənin yanması barədə məlumat daxil olub. Sahənin benzin tökülərək yandırılması istisna olunmaqla, 27 dəqiqə ərzində yanğının başlayaraq küləksiz havada bütün otaqlara keçməsi qeyri-mümkündür. Bundan başqa, mərhum bacımın yanmış cəsədinin olduğu otağın iki çıxış qapısı var. Həmin qapının biri inkubatorların olduğu otağa, digəri isə bayıra, yəni həyətyanı sahəyə çıxır. Nəzərə alsaq ki, mərhum bacım hadisənin baş verdiyi 14 aprel 2021-ci il tarixdə gecə saat 21:11-də istifadəsində olan telefonla “WhatsApp” mesajlaşma proqramında olub, yəni sağ-salamat olub, belə olan halda mümkün deyil ki, mərhum bacım yanan otağın 2 istiqamətə olan qapılarının hər hansı birindən istifadə edərək otaqdan çıxa bilməsin.

Qeyd etdiyim kimi, bacım uzun illər idi ki, cücə istehsalı ilə məşğul olurdu. Hadisə baş verən gün inkubatorlarda çoxlu sayda yumurtalar olub. İnkubator vasitəsilə cücə istehsalı bioloji prosedur olduğundan bacım inkubatorda olan yumurtalara nəzarət etmədiyi halda cücələrin tələf olması və nəticədə bacımın böyük məbləğdə maddi zərərə düşməsi halı yüksək olduğundan onun yatması və bu səbəbdən də baş vermiş yanğın zamanı yuxudan ayılmayaraq yanması halı tamamən mümkünsüzdür.

Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


Maraqlı bir detalı da qeyd edim: hadisədən 1 həftə əvvəl bacıma məxsus seyfin qapısının açarı itmişdi. O da məcbur qalıb usta çağıraraq bir neçə şəxsin iştirakı ilə seyfi kəsdirərək qızıl, brilyant və pullarını seyfdən götürmüşdü. Hadisənin məhz qızıl, brilyant və pulların saxlandığı seyfin kəsilməsindən sonra, yəni daha aydın şəkildə desəm qızıl, brilyant və pulların seyfdə saxlanmadığı müəyyən şəxslərə məlum olduqdan sonra baş verməsi bu hadisənin məhz tamah niyyəti ilə qəsdən törədildiyni deməyə kifayət qədər əsas verir. Zinət əşyaları və pullar seyfdə olsa idi, bu halda qatil və ya qatil dəstəsi seyfi sındırmalı, bu mümkün olmadıqda özləri ilə aparmalı olacaqdılar. Bu halda hadisənin tamah niyyəti ilə qəsdən törədildiyi açıq-aydın görünəcəkdi. Ancaq indiki halda, baş verənlər onu deməyə əsas verir ki, cinayəti törədən şəxs və ya şəxslər hadisəni törədən zaman məhz seyfin qapısının bağlanmadığından və bu səbəbdən də qızıl, brilyant və pulların seyfdə olmadığından tam məlumatlı olublar.

Onu da qeyd edim ki, yaz aylarında çıxan cücələri saxlamaq insanlara mövsümlə əlaqədar daha asan olduğundan inkubator sexlərinin iş həcmi hər il yaz-yay aylarında daima çoxalır və belə olan halda da gəlir artır. Bacım sağlığında həmişə yaz mövsümündə özündə olan bütün nəğd vəsaiti yumurta alaraq cücə çıxarmaq üçün inkubatorlara doldururdu. O, hətta özünə məxsus qızıl-brilyantları banka girov qoyaraq kreditə pullar götürərək yumurta alırdı. Təbii ki, həmin fəaliyyət müddətində inkubatorlardan çıxan cücələrin satışından da yüksək gəlir əldə edirdi. Bacım özü sağlığında mənə demişdi ki, məhz bu fəaliyyətin nəticəsində bir mövsüm ərzində 50 min manata qədər pul əldə edə bilir. Bacım qətlə yetirildiyi dövrdə ferma tam gücüylə fəaliyyət göstərdiyindən, yəni cücələr inkubator vasitəsilə istehsal olunaraq satıldığından bacımın əlində qızıl və brilyantdan savayı böyük məbləğdə nəğd vəsait də olub. Lakin həmin pul vəsaitlərindən heç olmasa hər hansı əsginasın bir ədədinin özü və ya yanmış külü hadisə yerindən aşkar olunmadı.

Ümumiyyətlə, mərhum bacımın o qədər qızıl, brilyant və pulu olduğu halda hadisə yerindən yalnız ona məxsus olmuş 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq və 1 ədəd tək tay sırğa tapılaraq bizə təhvil verilib. Bundan başqa hadisə yerindən mərhum bacıma məxsus 1 kiloqramdan çox zinət əşyaları tapılmayıb. Bu fakt da tam şəkildə onu sübuta yetirir ki, bacım tamah niyyəti ilə öldürülüb. Tamah niyyəti ilə qətl törədilməsinə dəlalət edən faktları bir kənara qoyub səhlənkarlıq maddəsi ilə iş aparırlar!"

Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


Rahilə Əhmədova deyir ki, bacısı Səidə Hüseynovanın tamah niyyəti ilə qəsdən öldürülməsinə dəlalət edən ciddi faktlar ortada ikən fakta görə Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə cinayət işi başlanılıb: “Yevlax Rayon Prokurorluğuna getdiyim zaman orada məni dindirən adını bilmədiyim müstəntiq də açıq-aşkar şəkildə dedi ki, iş səhlənkarlıq maddəsi ilə başladığından işıq idarəsinin hansısa günahsız əməkdaşını təqsirkar çıxaracaqlar. Beləcə işi bağlayaraq kənara atacaqlar. Biz qətiyyən hər hansı insanın günahsız yerə cəzalanmasını istəmirik. İstədiyimiz odur ki, cinayətkar şəxs və şəxslər tapılaraq cəzalandırılsın. Axı bu qədər faktın qarşısında bu hadisəni guya hansısa texniki səbəbdən baş vermiş yanğın hadisəsi kimi necə qiymətləndirmək olar? Hələ o da mənə məlum olub ki, hadisəni araşdıran ekspert sonda hadisənin kənardan gətirilmiş alışdırıcının təsirindən yarandığı nəticəsinə gəlib.

Fermada sirli qətl: şəhid ailəsi üzvünün qanı batırılır? - ŞOK FOTOLAR


Belə olan halda bu hadisəyə necə adi yanğın demək olar? Necə ola bilir ki, mən 59 yaşında savadsız-sadə qadın bu qədər fakt və şübhəli məqamları görə bilirəm, ancaq bu boyda hüquqşünas generallar mənim tapdığım sübutların birini də görə bilmirlər? Yevlax Rayon Prokurorluğunun rəhbərliyinin hərəkətlərindən necə şübhələnməyim ki, mərhum bacımın hüquqi varisi tanınmağım barədə adi qərarın surətini belə mənə verməkdən imtina edir. Halbuki həmin qərar qanunla mənə verilməlidir. Hətta məndən alınan ifadədə adımdan nə yazıldığını belə bilmirəm. Halbuki müstəntiqə dəfələrlə bildirdim ki, bacım üzərinə benzin tökülərək yandırılıb! Bacım Səidə Hüseynovanın qanı elə onun özünə məxsus olan, onun özünün illər ərzində öz zəhməti ilə qazandığı, oğurlanmış qızıl, brilyant və pulları ilə batırılır. Şəhid ailəsi olaraq artıq dərəcədə xahiş edirik ki, bacımın qanının batırılmasına imkan verməyəsiz”.

“Yeni Müsavat”
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil