Atəş altında baş nazir təyin olunan Paşinyan... - NƏ İSTƏYİR?
Hadise
Oxunub: 355
4 avq 2021 | 17:17
Atəş altında baş nazir təyin olunan Paşinyan... - NƏ İSTƏYİR?


Son dövrlərdə Ermənistan tərəfdən Azərbaycanın Kəlbəcər və Naxçvandakı mövqelərinə müxtəlif çaplı silahlardan atəş açılması halları silsilə hal alıb. Erməni siyasətçilər və yerli media həyasızlıqla insidentlərin Azərbaycan Ordusunun hərəkətləri nəticəsində baş verdiyini bildirirlər. Lakin hətta bununla bağlı iddiaları səsləndirərkən qeyri-ixtiyari təxribatların əsl səbəblərini açırlar.

Məsələn, erməni hərbi analitik Vitali Manqasaryan “Kavkazskiy uzel” saytına açıqlamasında Azərbaycanın İran yolunu nəzarət altına almaq istədiyini və gərginliyin bundan qaynaqlandığını bildirib. Onun bildirdiyinə görə, Qara göl ətrafında Azərbaycan bölmələri artıq əlverişli mövqeləri ələ keçiriblər.

Digər ekspert Mger Akopyan da Basarkeçərdəki situasiyanın Kəlbəcərin azad olunmasından sonra yarandığını etiraf edib. Onun sözlərinə görə, Naxçıvana yaxın Yerasx (Arazdəyən-red.) kəndi simvolik məna daşıyan bir bölgədir: “Çünki Azərbaycan-Ermənistan arasında ilk döyüşlər məhz bu rayonda başlayıb. Üstəlik, bura paytaxt İrəvana ən yaxın nöqtə sayılır. Yəni Arazdəyəndəki aktivlik həm stratejik, həm də psixolojik əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddəki toqquşmaları əsas göstərərək Rusiyanın problemli yerlərdə öz hərbi sərhəd məntəqələrini qurmağı təklif edib.

Siyasi təhlilçi Boris Navasardyan Nikol Paşinyanın sərhəddəki gərginliyin həllini rus sərhədçilərinin üzərinə atmaqla ən azından bu problemdən canını qurtarmaq istədiyini önə sürüb. Onun sözlərinə görə, seçkilərdə qalib gəlməsinə rəğmən hakim siyasi qüvvədə daxili problemlər qalmaqda davam edir və ölkədə siyasi böhran tam həll olunmamış qalıb.

B.Navasardyan KTMT müşahidəçilərinin də gəlməsi təklifinin formal xarakter daşıdığını vurğulayıb. Onun fikrincə, hazırkı anda müşahidəçilərin işinin səmərəli olması da mümkün deyil. Burada Azərbaycanın mövqeyi kilid əhəmiyyət daşıyır.

Nikol Paşinyanın bu ərəfələrdə Rusiya ilə münasibətlərdə ehtiyatlı mövqe sərgiləməsi də gözdən qaçmır. Erməni “Hraparak” qəzetinin yazdığına görə, hakim “Mənim addımım” partiyasının yeni seçilmiş deputatlarına Rusiya əleyhinə bəyanat vermək, Rusiya-Ermənistan münasibətlərində baş verən mətbəx sirrlərini açıqlamaq qəti qadağan olunub. Yəni bundan sonra bir müddətliyinə parlament tribunasından rəsmi Moskvanın ünvanına “qaloş” kimi ifadələrin səslənməsi hallarına rast gəlinməyəcək.

Bu arada Ermənistanda Nikol Paşinyan artıq baş nazir kimi təsdiq olunub. Erməni mətbuatı hökumət rəhbərinin vəzifələrin paylanmasında ciddi çətinliklərlə üzləşdiyini yazır. Medianın xəbərinə görə, Nikol Paşinyan ərazi idarəsi və infrastruktur naziri Suren Papikyanı özünə müavin təyin edəcək. Artıq indidən “super baş nazir müavini” adı qoyulan Suren Papikyan ölkənin bütün maliyyə sahəsinə rəhbərliyi həyata keçirəcək.

Onun təyinatı nazirliklərin də yenidən strukturlaşdırılmasına gətirib çıxaracaq. Bundan sonra Suren Papikyanın əlinin altında su komitəsi, miqrasiya xidməti, dövlət əmlakının idarə komitəsi, mülki aviasiya komitəsi və dövlətin onlarla kommersiya xarakterli təşkilatı da olacaq. Yeni müavin Ermənistanda yol quruculuğu işlərinə baxacaq və qubernatorların fəaliyyətinin kurasiyasını həyata keçirəcək.

Erməni qəzetləri bu vəziyyətin digər nazirlər arasında ciddi narazılıq doğurduğunu qeyd edirlər. Məsələn, Nikol Paşinyana yaxınlığı ilə bilinən, ətraf mühit naziri Romanos Petrosyanın ərazi idarəsi naziri vəzifəsini tutmaqdan imtina etdiyi söylənilir. Romanos Petrosyanın yerinə Basakeçər vilayətinin qubernatoru Qnel Sanosyanın, onun əvəzinə isə Su komitəsinin sədri Karen Sərkisyanın gətirilməsi gözlənilirdi.

Erməni “Joxovurd qəzeti öz qaynaqlarına istinadən keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın Rusiyaya səfir təyin oluna biləcəyini yazıb. Müdafiə naziri postuna isə general Arşak Karapetyanın təyin olunacağı artıq qətiləşib.

Müxalifət isə parlamentdə vitse-spiker və komissiyalardakı postlarını müəyyənləşdirməklə məşğuldur. “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları parlament sədrinin müavinliyinə keçmiş prezident Robert Köçəryanın vəkili İşxan Saqatelyanın gətirilməsi məsələsində razılığa gəliblər. Parlamentdəki 3 daimi komissiyadan birinə Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan rəhbərlik edə bilər.

Qeyd etmək lazımdır ki, Ermənistan parlamentində yer alacaq iki deputat - Mehri şəhərinin keçmiş meri Mxitar Zakaryan və Sisian meri Artur Sərkisyan hazırda həbsdədir. Müxalifət yeni parlamentin ilk iclasında onların dərhal azad olunmasını tələb edib.

Maraqlıdır ki, adıçəkilən hər iki deputat müxalifətin parlamentdə yer alan iki fraksiyasının parlament spikerliyinə əsas namizədləri sayılırlar. Belə ki, “Ermənistan” bloku Mxitar Zakaryanı, “Şərəf duyuram” fraksiyası isə Artir Sərkisyanı qanunverici orqanın rəhbəri vəzifəsinə irəli sürüb. Lakin parlamentin növbəti spikeri çox güman ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Alen Simonyan olacaq.

Göründüyü üzrə, Nikol Paşinyan yeni hakimiyyət dövrünü bir daha Qarabağ klanının nümayəndələri olmadan qurmaq istəyir.
“Yeni Müsavat”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı