Atəş səslərinin arxasında gizlənən RUSİYA... - Kremlin buynuzlarını görmək çətin deyil...
Hadise
Oxunub: 338
15 iy 2021 | 18:30
Atəş səslərinin arxasında gizlənən RUSİYA... - Kremlin buynuzlarını görmək çətin deyil...


Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində işğalçı Ermənistan atəşkəsi növbəti dəfə pozub. Qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində işğalçı Ermənistan atəşkəsi növbəti dəfə pozub. Qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Habelə ermənilər Naxçıvan istiqamətində də təxribat törədiblər.

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Dünən saat 10.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı olaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini və ətraf ərazilərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Musavat.com xəbər verir ki, bu barədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nəticədə, mövqelərin qarşısında və ətraf ərazilərdə yanğınlar baş verib. Yanğın ocaqlarının söndürülməsinə cəlb olunan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Sədərək rayon yanğınsöndürənlərinə qarşı saat 13.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı silahlardan atəş açıb.

Atəş nəticəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət mayoru Əhmədli Elvin Südeyif oğlu çiyin nahiyəsindən yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusu mövqelərini atəşə tutması ilə bağlı məlumat yayıb.

Musavat.com-a daxil olan məlumatda deyilir:

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, 14 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub və nəticədə bir hərbi qulluqçumuz yaralanıb.

Son günlərdə Ermənistan tərəfinin ardıcıl şəkildə Azərbaycanın mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdlərini qətiyyətlə qınayırıq.

Azərbaycanın bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir.

Bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərindədir".

Qeyd edək ki, bundan öncə Zəngilan, sonra Ağdam, ardınca Tovuz, daha sonra Gədəbəy, Kəlbəcər istiqamətində ermənilər atəşkəsi pozmuşdular. Azərbaycan tərəfi bununla bağlı bəyanat verib. İndi də Şuşa ətrafındakı mövqelərimiz, Naxçıvan istiqaməti atəşə tutulur.

Bu, artıq ciddi siqnaldır.

Azərbaycan növbəti dəfə dəmir yumruğu düşmənin başına endirməlidirmi?

Çünki sərt cavab verilməsə, ermənilər daha da irəli gedə bilər. Atəşkəsi pozmalarının cavabı elə verilməlidir ki, bir daha Azərbaycana tərəf silah doğrultmağa cəsarətləri olmasın. Bəs bunun üçün Azərbaycan tərəfə nə mane olur?

Əsas sual: Bu təxribatların arxasında Rusiya dairələri dayana bilərmi?

Ekspertlər deyir ki, bu, Putinin öz imzasından, sözündən geri çəkilməsi demək olar. Tutaq ki, Rusiyanın planı olduğu bilinsə, təsbit edilsə, rəsmi Bakının buna reaksiya necə olacaq? Yaxud necə olmalıdır?

Hərbi ekspert Emin Həsənli ermənilərin cavabının veriləcəyini söylədi: “Nəyi nə zaman etməyi Ali Baş Komandanımız yaxşı bilir. Ötən zaman bunu sübut edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan ağlını başına yığmalıdır. Təkcə sərhəd yerlərində təxribatlar törədilmir. Daxildə də bu baş verir. Bu da onu göstərir ki, bunlar bir mərkəzdən idarə olunur. 10 noyabr və 11 yanvar bəyanatlarının ruhuna zidd addımlar atılmaqdadır. 2016-cı il hadisələrindən ermənilər dərs götürmədilər, 2020-ci il hadisələri baş verdi. Onda da bəziləri düşünürdü ki, Rusiya buna imkan verməyəcək. Bu sırada Amerika və Fransanın da adı çəkilirdi. Amma zaman bunun əksini sübut etdi. Bu cinayətlərin başında duran hər kəs cəzasını alacaq. Güclü ordumuz var. Tez-tez keçirilən təlimlər boşuna deyil. Bir sözlə, dəmir yumruq yerindədir. Gec-tez bu yumruq bir daha Ermənistanın başına dəyəcəkdir. Monitorinq Qrupunun üzvü olan Türkiyə və Rusiya konkret addımlar atmasa, yəni təxribatlar davam etsə, Azərbaycan öz haqqından istifadə edəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu antiterror əməliyyatını keçirməyin elə də asan olmadığını bildirdi: “Biz qəti addımlar atmaq barədə düşünməliyik. Sadəcə, olan çətinlik odur ki, bölgədə rus hərbçiləri yerləşib. Onun üçün antiterror əməliyyatı keçirmək o qədər də asan deyil. Amma biz artıq bu barədə nəsə düşünməliyik. Atəş açırlarsa, bu o deməkdir ki, sabitliyi pozmağa, quruculuq işlərinə mane olmağa çalışırlar. Keçmişdə də separatçılığa belə başlamışdılar. Bunun qarşısını almaq barədə ciddi düşünməliyik. Qarabağda antiterror əməliyyatlarını davam etdirməyə ehtiyac var. Böyük müharibə olmasa da, oradakı erməni terrorçular tərk-silah olunmalıdır. Burada başqa alternativimiz yoxdur. Bunu etməsək, atəşkəs pozulacaq, vətəndaşlarımız daim hədəf götürüləcək. Müharibə bitsə də, hesab edirəm ki, münaqişə hələ də davam edir. Nə qədər ki, bölgəyə nəzarəti tam edə bilməyəcəyik, münaqişə bitməyəcək. Qələbəmiz var, bu aydındır. Amma buna arxayın olmamalıyıq, ciddi planlar həyata keçirməliyik”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Rusiya izi barədə deyilənləri əsassız saymadığını bildirdi: “Azərbaycan müharibədə qalib gəlib və torpaqlarının böyük bir hissəsini işğaldan azad edib. Ermənistan çox dəhşətli bir durumdadır. Ona görə də vəziyyətdən çıxmağa çalışırlar. Rusiya Türkiyə və Azərbaycanın birlikdə qurduğu planla razılaşmalı oldu. Başqa çıxış yolu da yox idi. Amma sonda sülhməramlılarını Qarabağa yerləşdirdi. Bu oyunların hamısında Rusiyanın əli var. Ermənilər özbaşına belə təxribatlara yol verməzlər. Azərbaycan Türkiyə ilə birlikdə başladığı işi davam etdirməlidir. Burada məsuliyyətin böyük bir hissəsi qardaş ölkənin üzərinə düşür. Azərbaycan bütün məqamlardan istifadə etməlidir. Ermənilərin bütün əməlləri göz önündədir. Həmsədrlər yoxdur. Bunu belə qəbul etməliyik. Mətbuatda da xəbərlər getdi ki, ermənilər terror qrupları yaradırlar. Görünən odur ki, sakitləşməyəcəklər. Terror qrupları güclənəndən sonra təxribatlarının sayı daha da artacaq. Bunu qətiyyən unutmaq olmaz. Bütün işlərimiz Türkiyə ilə razılaşdırılmalıdır”.
“Yeni Müsavat”
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!