İLGİNC: FETÖ-nun Azərbaycan işlərinə rəhbərlik etdiyini təsdiqlədi... - MİT QIRĞIZISTANDA YAXALAYIB TÜRKİYƏYƏ APARMIŞDI
Hadise
Oxunub: 358
15 iy 2021 | 18:20
İLGİNC: FETÖ-nun Azərbaycan işlərinə rəhbərlik etdiyini təsdiqlədi... - MİT QIRĞIZISTANDA YAXALAYIB TÜRKİYƏYƏ APARMIŞDI


İyunun əvvəllərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində yoxa çıxan və Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyatla Türkiyəyə aparıldığı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən bundan təxminən bir ay sonra açıqlanan yüksək rütbəli FETÖ (Fətullahçı terror təşkilatı) mənsubu Orhan İnandının istintaqa verdiyi ifadənin təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, Orhan İnandı Fətullah Gülən qruplaşmasına üzv olduğunu, 36 ildir bu hərəkatın içərisində yer aldığını etiraf edib. Bu haqda TRT Haber müxbiri bildirir.

Orhan İnandı Qırğızıstanda özəl “Sebat” tədris kurslarının rəhbəri olub və neçə vaxtdır bu ölkənin hüquq-mühafizə orqanları onun həbsi və Türkiyəyə ekstradisiyası barədə tələbləri rədd edirdi. İyunun əvvəllərində İnandı yoxa çıxıb, ertəsi gün onun avtomobilini tapıblar, özünün harada olduğu haqda heç bir məlumat əldə etmək mümkün olmayıb. İnandının yoxa çıxmasına görə Qırğızıstanda etirazlar başlayıb və ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri onun oğurlanmasında iştiraklarının olmadıqlarını bildiriblər. İnandının Qırğızıstandan hansı yolla çıxarıldığı və digər detallar qaranlıq qalır.

Orhan İnandı FETÖ-nun Orta Asiya respublikaları üzrə (Özbəkistan xaric) məsul şəxsi olub. İfadəsində təsdiq edib ki, əvvəlcə hərəkatın Qırğızıstan üzrə məsul şəxsi (yaxud imamı) olub. 2017-ci ildən isə Fətullah Gülənin təlimatı ilə Qırğızıstanla yanaşı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Tacikistan üzrə məsul şəxs olduğunu təsdiqləyib.

İnandı Fətullah Gülənlə dəfələrlə görüşdüyünü də etiraf edib, sonuncu görüşünün bu ilin martında baş tutduğunu bildirib. Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin iki nömrəli şəxsi, hazırda axtarışda olan Adil Öksüzü (mülki şəxs olub) şəxsən tanıdığını, onunla Ankarada görüşdüyünü təsdiqləyib.

O, Qırğızıstanda FETÖ mənsublarına pasport almaqda kömək etdiyini də etiraf edib, bildirib ki, həmin ölkədə diplomatik nömrə nişanlı avtomobillə gəzirdi. Orhan İnandı 26 illik fəaliyyəti ərzində Qırğızıstandakı FETÖ məktəblərindən 20 min nəfərin məzun olduğunu bildirib. Həmin məzunlardan bir çoxunun Qırğızıstanda mühüm vəzifələr tutduğunu deyib.

Dindirmə zamanı İnandı FETÖ barədə “təşkilat” və ya “terror təşkilatı” ifadələrini işlətməyib, təşkilatı “camaat” adlandırıb, Fətullah Gülənə isə “xoca əfəndi” deyib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və həbsxanaya göndərilib.
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil