Azərbaycan Araikin uçduğu təyyarəni endirə bilər - GƏLİŞMƏ
Hadise
Oxunub: 421
13 iy 2021 | 17:30
Azərbaycan Araikin uçduğu təyyarəni endirə bilər - GƏLİŞMƏ


Xankəndi separatçılarının başçısı, Azərbaycanın ötən il beynəlxalq axtarışa verdiyi Araik Arutyunyan yaxın günlərdə Moskvaya gedəcək. Bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Erməni nəşrinin iddiasına görə, Moskvada o, “növbədənkənar seçki” imkanlarını da müzakirə edəcək.

Bəs Azərbaycan tərəfi Araik Arutyunyanın Moskva səfərini əngəlləmək imkanlarını yoxlaya bilərmi? Məsələn, onu beynəlxalq axtarışa vermişik, bu haqdan istifadə edib, Araikin uçduğu təyyarəni endirə, onu da oradan qandallayıb düşürə bilərikmi? Ya da Moskva aeroportunda Arutyunyanın həbsinə nail olunması mümkündürmü?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, quldurbaşı Araik Arutyunyan çoxdan həbs olunmalı idi. Bununla bağlı bütün hüquqi prosedurlara da əməl olunub, ona qarşı cinayət işi başlanılıb, beynəlxalq axtarışa verilib. Onun hələ də azadlıqada olması Moskvanın günahıdır: “Kreml bu ”sevimli gədəsi"ni hələ də himayə edir. O, artıq ikinci dəfədir ki, Moskvaya çağırılır, orada görüşlər keçirməsinə imkan verilir. Ola bilər ki, Vladimir Putin ondan Nikol Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir, göstərmək istəyir ki, onun üçün “iki gədə” eyni statusdadır. Amma bizim üçün bunun əhəmiyyəti yoxdur. Araik canidir, onunla adekvat rəftar olunmalı, Azərbaycana təhvil verilməlidir. Azərbaycan hakimiyyəti bu tələbi Kreml qarşısında sərt şəkildə qoymalıdır. Araikin heç nə olmamış kimi Moskvaya səfər etməsi dövlətimiz üçün təhqirdir. Hakimiyyət məsulları bunu nəzərə almalıdırlar. Araik təyyarəni endirərək də həbs oluna bilər. Bu, çox effektli bir hadisə olardı, Böyük Zəfərimizin davamı olardı. İnanırıq ki , hakimiyyətimizin buna qətiyyəti və texniki imkanları çatar. Amma hesab edirəm ki, bu quldurun Xankəndində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən, digər quldurların gözü qarşısında həbsi daha çox yerinə düşərdi. Ermənistandakı və Qarabağdakı ermənilər bir daha Azərbaycanın gücünü görər və yerlərində oturardılar. Bunu çox gözləyir və yaxın vaxtlarda baş verəcəyinə inanırıq".

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan hüquqi olaraq öz ərazi bütövlüyünü təmin edib. Müəyyən bir ərazidə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yaşayan ermənilər bu gün bir neçə terrorçu başı erməninin nəzarətindədir və buna da Araik Arutyunyan rəhbərlik edir: “Araik Arutyunyan terrorçu və separatçıdır. Hazırda Rusiya sülhməramlı qüvvələrinə arxayın olub, öz separatçı əməllərini davam etdirir. Hazırda isə buna ilk növbədə Rusiya cavabdehlik daşıyır. Məsəlinin digər tərəfinə gəldikdə isə Araik Arutyunyanı Azərbaycan axtarışa verib. Onun Rusiya səfəri ilk növbədə Rusiya hərbi kəşfiyyati tərəfindən həyata keçirilir. Bu kimi səfərlər qanunsuzdur və Rusiya bununla separatizmə dəstək vermiş olur. Azərbaycan bununla bağlı Rusiya ilə konkret danışmalıdır. Bir tərəfdən də Araikin həbsinin reallaşması istiqamətində Azərbaycan ardıcıl iş aparmalıdır. Bunu Moskvada, yaxud Xankəndində də edə bilər. Təbii ki, Azərbaycanın tam hüququ var ki, Moskvada onu həbs etdirsin. Amma Rusiya onu qoruyur və Azərbaycana qarşı istifadə edir. Moskva Araiklə hansı seçkini müzakirə etməlidir?! Rusiya Azərbaycanın daxilində nəyə görə seçki məsələlərini müzakirə etməlidir?! Ona görə də bu məsələ də Azərbaycan tərəfindən etiraz formasında qaldırılmalıdır. Qarabağda ”seçki" yolverilməzdir və burada Rusiya erməni separatizminə şərait yaratmamalıdır. Əgər orada hər hansı “seçki” adı altında bir konkret addım atılacaqsa, Azərbaycan Silahlı Qüvvələri, güc strukturları müdaxilə eləməlidir. Elə həmin “seçki”də Araik ya həbs edilməli, tabe olmayacağı halda zərərsizləşdirilməlidir".
“Yeni Müsavat”
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb