“Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - RƏSMİ AÇIQLAMA - VİDEO
Hadise
Oxunub: 359
5 iy 2021 | 16:00
“Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - RƏSMİ AÇIQLAMA - VİDEO


Son bir ay ərzində Azərbaycanda narkotikin, xüsusilə “patı” adı ilə tanınan metamfetaminin geniş yayılması, əvvəlki ilə müqayisədə ucuz olması və bu bəlaya düçar olan gənclərin sayının sürətlə artması sosial şəbəkələrdə ciddi müzakirə olunur və vətəndaşlar artıq “SOS” siqnalı verir.
Ölkə.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu məsələ ilə bağlı artıq yeni iddialar da ortaya atılıb və bu informasiyalar “patı”nın geniş yayılmasının səbəbi kimi təqdim edilir.

15 il narkotik aludəçisi olan Cəlil adlı şəxs bloger Nail Kəmərliyə müsahibəsində iddia edib ki, əvvəllər “patı” İrandan qaçaq yolla gətirilirmiş:

“İndi isə İrandan bir neçə nəfər gəlib Bakıda qalır. Onların istədiyi və açıq satışda olan 26 maddəni alıb verirsən, 3 gün ərzində 3 kiloqram düzəldib verirlər.

Satandan sonra pulunu göndərirsən. Əvvəl qaçaqmalçılıq yolu ilə gələndə “patı”nın qramı 110 manat idi, indi 35-40 manatdır. “Şüşə” də burada düzəldilir.

Qızlar da arıqlamağın xətrinə çəkirlər. Nə yatırlar, nə yemək yeyirlər. Çəkəndən sonra iştah olmur, istəsən də yemək yeyə bilmirsən. Sonra da insanı məhv edir, beyin quruyur”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iddia olunan məlumatlar Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən dəfələrlə hərtərəfli yoxlanılıb:

“Narkotik vasitə istifadəçiləri arasında “patı”, "şüşə" adlanan, psixotrop maddə olan metamfetaminin Azərbaycanda istehsal olunması ilə bağlı iddialar öz təsdiqini tapmayıb, bunlar hamısı cəfəngiyyatdır. Qəti şəkildə psixotrop maddə olan metamfetaminin ölkə ərazisində guya istehsal olunmasına dair sosial şəbəkələrdə yayılan həqiqətə uyğun olmayan məlumatlar tərəfimizdən təkzib edilir.

Bu informasiyalar xaricdə yaşayan narkotik maddə və psixotrop maddə istehsalı ilə məşğul olan şəxslər tərəfindən qəsdən yayılır. Çünki Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz yolla ölkəyə daxil olmasına və dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri daha da gücləndirilib.

Narkotik vasitələrin ölkə ərazisində yayılmasına, satışına qarşı əməliyyat tədbirləri bu gün polis əməkdaşları tərəfindən sərt şəkildə aparılır. Həmin əməliyyatlar barədə mütəmadi olaraq informasiyalar ictimaiyyətə təqdim edilir.

“Patı” Azərbaycanda istehsal olunduğu üçün geniş yayılıb? - RƏSMİ AÇIQLAMA - VİDEO


Bunun nəticəsində xaricdə yaşayan narkotik alverçiləri ölkə daxilində onların maraqlarına xidmət edən narkokuryerlər tapmaqda çətinliklərlə rastlaşırlar.

Buna görə də onlar, yəni xaricdə yaşayan narkotik maddə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər bu maddələrin satışından əldə etdikləri gəlirlərinin azalmasını belə gözə alaraq “patı” adlanan metamfetaminin qiymətini qəsdən aşağı salırlar ki, bu maddələr mümkün qədər geniş yayılsın və özlərinə ölkə ərazisində narkokuryer tapa bilsinlər.

Bir məqamı da qeyd edək ki, Nazirliyin mütəxəssisləri tərəfindən daim sosial şəbəkələrdə narkotik vasitələr təklif edən və xaricdən idarə olunan səhifələrə daim xüsusi texniki tədbirlərlə nəzarət edilir.

Sosial şəbəkələrdə xaricdəki narkotacirlərin təkliflərinə ölkə ərazisində razılıq verən şəxslər bilsinlər ki, onlara qarşı sərt mübarizə tədbirləri davam etdirilir. Həmin şəxslər polis əmədaşları tərəfindən ifşa edilir və bundan sonra da ifşa ediləcəkdir".

Bu gün, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Bu gün, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Ruslar Zəngəzurdan çıxır
Bu gün, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Bu gün, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Bu gün, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Bu gün, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Bu gün, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Bu gün, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Bu gün, 10:27
Prezident qəbul keçirdi
Bu gün, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Bu gün, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Bu gün, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Bu gün, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq