“Gəncə işi” yenidən araşdırıla bilər - “Elmar Vəliyev anlaqsızdırsa, vəkilə etibarnaməni necə verib?”
Hadise
Oxunub: 378
27 may 2021 | 16:19
“Gəncə işi” yenidən araşdırıla bilər - “Elmar Vəliyev anlaqsızdırsa, vəkilə etibarnaməni necə verib?”


Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə istintaq 1 ildən çoxdur davam edir.

Artıq məhkəmə istintaqı başa çatıb, prokuror Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Vəkillərin də əksəriyyəti müdafiə çıxışını başa çatdırıb. Cəmi 3 vəkilin çıxışından sonra proses üzrə hökm oxunacaqdı. Sonuncu iclasda təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov müvəkkilinə qarşı ittihamların əsassız olduğunu vurğulayıb. O bildirib ki, Cəfər Zalov heç bir cinayət törətməyib, cinayət işinin materiallarında yazılanlar saxtadır. Məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldıran vəkil vurğulayıb ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib. Vəkil bildirib ki, bu məsələ prosesin nəticəsi üçün çox əhəmiyyətli məqam olsa da, məhkəmə onu nəzərə almadan araşdırmaları yekunlaşdırıb. Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Onlar da məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıblar. Bu məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar da vəsatətə etiraz etməyib. Qısa müşavirədən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsinə və Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.

İstintaqın yenilənməsi Elmar Vəliyevə nə vəd edir? Bu, dəyişiklik Elmar Vəliyevin təkcə məhkəməsi ifadə verməsi üçün anlaqlı olması üçündürmü? Bəzi iddialara görə, sabiq icra başçısı özünü sığortalamaq üçün rola girib və anlaqlı olmaması barədə rəy yaradıb. Bu, onun keçmiş fəaliyyətinin yoxlanılmasına mane olub. Elmar Vəliyevin başçı olduğu müddətdə yol verdiyi qanunsuzluqlar, yeyinti faktlarının yenidən araşdırılmasına zərurət olduğu deyilir. Son vaxtlar sabiq məmurlarla bağlı dövlətin tutmuş olduğu bəzi zəruri addımlar Elmar Vəliyevə də tətbiq edilmək üzrədir. Bu baxımdan məhkəmənin sonunda, prokurorun təqsirləndirilənlərə ittihamedici hökm çıxarılmasını istəməsindən sonra sabiq başçının ekspertizadan keçirilməsinə dair vəsatətin təmini maraq doğurur.

İş üzrə təqsirləndirilən Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev “Yeni Müsavat”a deyib ki, məhkəmə istintaqı zamanı dəfələrlə Elmar Vəliyevin anlaqlı olub-olmamasını aydınlaşdırmaq üçün vəkillər vəsatətlə çıxış ediblər: “Müafiəçilərin mövqeyi düzgündür. Elmar Vəliyevin anlaqsız olması əsas gətirilir. Lakin işin içində onun vəkilə verdiyi etibarnamə var. Sual olunur: Elmar Vəliyev anlaqsızdırsa, həmin o etibarnaməni vəkilə necə verib? Bu etibarnamənin verilməsi də çox böyük şübhə altındadır. Anlaqsız adam öz iradəsini ifadə edə bilməz. Qanun deyir ki, etibarnamə əqddir. Yəni birtərəfli əqddir, insan öz şüürunu, ağlı başında olan adam öz adından hüquqlarının həyata keçirilməsini vəkilə verə bilər. Əgər adamın ağlı başında deyilsə və vəkil gəlib etibarnamə təqdim edirsə, bu, ziddiyyət təşkil edir”.

Vəkil deyir ki, iş üzrə əsas zərərçəkən Elmar Vəliyevdir və onun hazırkı fiziki-psixoloji durumu, məhkəmədə şikayətçi olub-olmaması aydınlaşdırılmalıdır: “Bəlkə Elmar Vəliyev elə məhkəmədə gəlib deyəcək ki, şikayətçi deyiləm? Bu məqamların məhkəmədə ciddi şəkildə və obyektiv araşdırılması zərurəti ortadadır. İş üzrə prokuror ömürlük və ağır cəzalar tələb edib. Burada insanların taleyi həll olunur. Elmar Vəliyevin məhkəmədə iştirakı prosesi 180 dərəcə dəyişə bilər”.

Vəkil eks məmurların məhkəməyə gəlmək istəməmələrinin səbəbinə də toxunub: “Özlərini toxunulmaz hesab edirlər. Vəzifədə olanda məhkəmənin onların ayaqlarına gəlməsinə öyrəşiblər. Vəzifədən gedəndən sonra da düşünürlər ki, məhkəməni saymaya, məhkəmənin çağırışlarına cavab verməyə bilərlər. Elmar Vəliyevin məhkəməyə gəlməməsinin səbəbi kimi onun anlaqsız olması göstərilir. Müdafiə tərəfi də istəyir ki, bu haqda işdə ekspertin rəyi olsun. Hansısa bir həkimin arayışı ilə keçinmək olmaz. Nəhayət ki, məhkəmənin sonunda da olsa, bu məsələ həllini tapdı. Elmar Vəliyevin məhkəmədə dindirilməsi olduqca vacibdir. Bizim ona çox ciddi suallarımız var”.
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi