Rusiya Azərbaycana qarşı TƏXRİBATINI DAVAM ETDİRİR... - NƏ VAXTA QƏDƏR BELƏ OLACAQ?
Hadise
Oxunub: 395
26 may 2021 | 19:23
Rusiya Azərbaycana qarşı TƏXRİBATINI DAVAM ETDİRİR... - NƏ VAXTA QƏDƏR BELƏ OLACAQ?


“Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən verilən humanitar yardımların Dağlıq Qarabağın Mardakert bölgəsinin Xnkavan və Çapar yaşayış məntəqələrinə çatdırılmasını təmin ediblər. Ümumilikdə, hazırda iki kənddə təxminən 1000 nəfər yaşayır. Onların çoxunun köməyə ehtiyacı var”.

Moderator.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı yayıb.

“Humanitar aksiya zamanı Rusiya sülhməramlıları köçkünlərə zəruri ev əşyaları, paltar, gigiyena ləvazimatları, uşaqlar üçün oyuncaqlar və uşaq arabaları veriblər. Əşyalara və məhsullara əlavə olaraq ailələrə kiçik miqdarda ən vacib dərman və sarğı dəstinin də daxil olduğu fərdi tibbi dəstlər verilib.
Qaçqınlardan əlavə, çoxuşaqlı ailələrə də yardım edilib. Belələri iki yaşayış məntəqəsində kifayət qədər sayda yaşayırlar. Ümumilikdə, Rusiya sülhməramlıları Dağlıq Qarabağ sakinlərinə Rusiya xeyriyyə təşkilatları və fondları tərəfindən Ermənistana çatdırılmış təqribən 155 ton humanitar yardım təqdim edib" –deyə Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzinin rəhbəri İqor Sivakov bildirib.

Göründüyü kimi, Rusiya MN növbəti məlumatda da Yuxarı Qarabağın hərbi kontingentinin nəzarəti altında qalan hissəsini Azərbaycan Respublikasının ərazisi kimi təqdim etmir, həmin ərazini “Dağlıq Qarabağ” adlandırır və üstəlik, bir çox toponimləri də respublikamızın mövcud inzibati-hüquqi bölgüsünə uyğun yox, ermənilərin adlandırdığı kimi təqdim edir. Bu halda da “Xnkavan” və Çapar kəndləri “Mardakert” rayonunun yox, Kəlbəcər rayonunun kəndləridir. Çapar elə öz adı ilə adlanır. “Xnkavan” isə çox güman ki, Kəmərli kəndinə qoyulmuş erməni adıdır.

Xatırladaq ki, Çapar və Kərəmli kəndləri Kəlbəcər rayonunun məşhur ustad el aşığı Aşıq Şəmşirin doğma yurdu olan Ağdaban kəndi ilə qonşu kəndlərdir. 1-ci Qarabağ savaşında məhz həmin kəndlərdə möhkəmlənmiş erməni terrorşuları Ağdabana hücum və qətliamlar təşkil ediblər. 1991-ci il dekabrın sonunda Azərbaycan ordusunun əsasən könüllülərdən ibarət birləşmələri Çapar kəndini azad etmək üçün geniş əməliyyat təşkil etsə də, əsasən Rusiya ordu birləşmələrinin ermənilərə dəstəyi sayəsində həmin əməliyyat baş tutmayıb. 1992-ci il aprelin 8-də isə erməni terrorçuları Ağdabanda qətliam törədib və kəndi yandırıblar...Rusiya Azərbaycana qarşı TƏXRİBATINI DAVAM ETDİRİR... - NƏ VAXTA QƏDƏR BELƏ OLACAQ?
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi