Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi... - NƏ BAŞ VERİR?
Hadise
Oxunub: 481
22 may 2021 | 17:47
Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi... - NƏ BAŞ VERİR?


“Uşaq və qadınlar kənddən çıxarılıb, ancaq bütün kişilər qalıb və torpaqlarını qorumağa hazırdır".

Moderator.az xəbər verir ki, Rusiya mediasının yazdığına görə, bu sözləri Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Sünik mərzinin(keçmiş Gorus rayonu) sərhədində yerləşən Xoznavar kəndinin sakinləri söyləyib.

“...“Zangezur TV”-nın yaydığı xəbərə görə, Azərbaycan Silahlı Qüvvələri Tex(yaxud Dığ-S.L.) icmasına doğru irəliləyib və Xoznavar kəndinin yüksəkliklərində yerləşib. Nəticədə icmanın bir hissəsi olan Xoznavar kəndi birbaşa Azərbaycan qüvvələrinin hədəfində qalıb.

İcma sakinləri bildiriblər ki, kənd hazırda Azərbaycan mövqelərindən 2 kilometr məsafədədir.

"Azərbaycanlılar erməni hərbçilərinin gözü qarşısında kəndin otlaqlarını ələ keçirərək irəliləyiblər. Erməni əsgərlər atış əmrinin olmadığını söyləyiblər. Bizə, kəndlilərə silah paylansın, biz özümüzü qoruyacağıq, ordumuzun yanında duracağıq"- Xoznavar kəndindən olan Sevada Alaverdyan belə deyib.

Hrayr Avanesyan da həmkəndlisini dəstəkləyib.
“Uşaq və qadınlar kənddən çıxarılıb, ancaq bütün kişilər qalıb və torpaqlarını qorumağa hazırdır. Ya biz, ya da onlar. Qaçacağımız bir yerimiz yoxdur, öz torpaqlarımızdayıq", - deyə erməni bildirib.

Çoban Vrej Abrahamyan da "mühafizəsi üçün" silah tələb edib. Onun sözlərinə görə, mayın 20-də otlaqda mal-qara otararkən “təpədən-dırnağa silahlanmış" 30-40 azərbaycanlı hərbçi görüb.

"Qaragöl tərəfdən bir neçə kilometr bəri gələrək kəndimizə çatdılar. Dedilər ki, onlara belə bir əmr var. Dönmələri üçün əmr veriləndə geri dönəcəklər"- Rusiya nəşrinin müxbiri çobanın sözlərini belə tərcümə edib.

Abrahamyanın sözlərinə görə, azərbaycanlılar içməli su mənbəyində mövqe tutub və "kəndlilər artıq bu sudan istifadə etmirlər, suyu kənddən bir az aralıdan götürürlər".

"Azərbaycanlıların postu kənddən görünür, bayraqlarını da orada ucaldıblar"- deyib daha bir kənd sakini. Onun sözlərinə görə, "aşağıda, Qaragölün yaxınlığında, minlərlə Azərbaycan hərbçisi toplanıb. “Onlar birbaşa içməli suyumuzun mənbəyinə eniblər. Artıq heyvanları da otlaqlara çıxarmırıq, kənddə saxlayırıq"- deyə erməni kəndli əlavə edib.

Azərbaycan qoşunları “İşxanasar”(İşıqlıdağ) yüksəkliklərindən enərək Ermənistanın yaşayış məntəqələrinin yaxınlığına nüfuz ediblər”- deyə icma rəhbəri Varo Qriqoryan jurnalistə verdiyi şərhdə bildirib. Onun sözlərinə görə, "kənddən olan könüllülər də erməni hərbçilərin yanındadır.

Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi... - NƏ BAŞ VERİR?
Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi... - NƏ BAŞ VERİR?
Laçınla sərhəd kənddəki ermənilər silahlandırılmalarını tələb etdi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi