Araik Arutyunyanı Moskvada ciddiyə alan olmayıb - BELƏDİRMİ?
Hadise
Oxunub: 395
27 apr 2021 | 17:16
Araik Arutyunyanı Moskvada ciddiyə alan olmayıb - BELƏDİRMİ?


Ötən həftə Qarabağdakı separatçıların başçısı, müharibə cinayətkarı Araik Arutyunyan Moskvaya gedib. Cinayətkarın Rusiya paytaxtına getməsinə Moskvanın şərait yaratması Azərbaycan cəmiyyətində haqlı narazılıq və suallar doğurub. Necə ola bilər ki, axtarışda olan Araik sərbəst Moskvaya gedir, axtarışda olan şəxslə Rusiyada görüşlər keçirilir? Necə ola bilər ki, neytral mövqedə dayanmalı olan Rusiya sülhməramlıları daim Araik Arutyunyanın müdafiəçisi qismində çıxış edir, ona sərbəst hərəkəti üçün şərait yaradır? Bu, Azərbaycana qarşı təxribatdır. Şübhəsiz ki, Ermənistan və separatçıların xaricdəki havadarları da Ermənistan və Azərbaycan arasında eskalasiyanın artmasında maraqlıdır. Xüsusən Ermənistanda seçkilər ərəfəsində bu havadarlar daha da fəallaşmağı zəruri sayıblar.

Hətta bu hadisəyə görə Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyaya nota verməsinin vacibliyi də bir çox siyasətçilər və politoloqlar tərəfindən dilə gətirilib. Lakin rəsmi Bakı bu addıma getməyib. Qarabağ separatçılarının lideri keçmiş illərdə beynəlxalq hüquqa zidd olaraq hansısa ölkəyə gedib kimlərləsə görüşəndə Azərbaycan Xarici İşlər Nazirliyi həmin ölkənin səfirini çağırar və ona etiraz notası təqdim edərdi. İndi isə separatçıların liderinin Moskvaya səfərinə bu şəkildə etiraz edilmir.

Azərbaycanın müvafiq orqanları tərəfindən barəsində cinayət işi açılmış və axtarış elan olunmuş müharibə cinayətkarı Araik Arutyunyan isə artıq Moskvadan geri qayıdıb. Onun Moskvada kimlər tərəfindənsə qəbul edilib-edilmədiyi haqda isə məlumatlar verilməyib.

Araik Arutyunyan Moskva səfərindən məmnun qaldığını, Rusiyadakı müxtəlif strukturların onu qəbul edib fikirlərini dinlədiklərini deyib. Ancaq bu strukturların adını çəkməyib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a şərhində bildirdi ki, ermənilərin kompakt yaşadığı bir bölgədən ciddi əhəmiyyət kəsb etməyən bir erməninin Moskvaya gedişini səfər adlandırmaq lazım deyil: “Hesab edirəm ki, bu, ciddi məsələ deyil və onun barəsində elə də ciddi mülahizələr irəli sürməyə dəyməz. Bəllidir ki, orada baş verən hadisələr iki siyasi məntiq üzərində qurulub. Bizim siyasi məntiqimiz ondan ibarətdir ki, biz bu bölgəni addım-addım Azərbaycan dövlətinə reinteqrasiya edəcəyik. Bu, açıq bəyan olunub. Bunun siyasi, hərbi təminatları yaradılıb. İndi orada baş verən proseslər elə bil inersiya xarakteri daşıyır. Yəni köhnədən qalan hansısa siyasi inersiyanın göstəriciləridir. Bunlara çox da önəm vermək, hesab edirəm, düzgün deyil. Bəllidir ki, bir müddət bəzi qüvvələr çalışacaqlar vəziyyəti o şəkildə göstərsinlər guya ermənilər yaşayan həmin bölgədə ciddi erməni siyasi qüvvələrin iradəsi və siyasəti mövcuddur. Arutyunyan kimilərinin Moskvaya gedişi də bu görünütünü yaratmaq üçündür. Buna Moskvada bəzi dairələr də çalışır”.

T.Zülfqarov qeyd etdi ki, bu “siyasi fəal” ora-bura Ermənistan pasportu ilə gedir. Həmçinin Moskvaya da Ermənistan pasportu ilə gedib: “Hətta ruhi xəstələr də görürsən ki, özünü ”Napoleon" elan edir. İndi Arutyunyan da Ermənistan pasportu ilə hansısa ölkəyə gedib özünü nə isə elan edirsə, inanmıram ki, onu kimsə ciddi qəbul edir. Əlbəttə, o çalışacaq ki, guya Moskvada ciddi görüşləri olduğu barədə rəy yaratsın. Halbuki heç bir ciddi görüş-filan olmayıb. Onu ciddi qəbul eləyən yoxdur.

Artıq hamı başa düşür ki, məsələ həll olunub, 30 il öncə irəli sürülən “Miatsum” layihəsi darmadağın olub. Sadəcə olaraq, bəzi proseslər qalıb ki, müəyyən müddət ərzində onun da məsələsi həll olunacaq. Bir müddət sonra Qarabağda qalan ermənilər seçim qarşısında qalacaqlar. Ya onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər, ya da evlərini satıb çıxıb gedəcəklər. Bu seçim artıq hamı tərəfindən qəbul olunub və hamı başa düşür ki, ayrı yol yoxdur. Bunu Moskvaya gedən cinayətkar da bilir, sadəcə, görüntü yaratmaqla məşğuldur. Ona görə də ona çox da diqqət yetirməyə dəyməz".
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər