Ermənistan ordusu qocaların ümidinə qalıb - GƏLİŞMƏ
Hadise
Oxunub: 393
20 apr 2021 | 17:16
Ermənistan ordusu qocaların ümidinə qalıb - GƏLİŞMƏ


44 günlük Vətən müharibəsində Ermənistan ordusunun verdiyi ağır itkinin nəticələri özünü getdikcə daha qabarıq göstərməkdədir. Vətən müharibəsindən sonra ölkəni tərk edənlərin sayının artması, gənclərin nümayişkaranə şəkildə orduya getməkdən imtina etməsi və demoqrafik göstəricilərin daha da pisləşməsi erməni ordusunu şəxsi heyət çatışmazlığı ilə üz-üzə qoyub. Hətta Ermənistan sərhədlərinin tam şəkildə Rusiya Sərhəd Xidmətinə verilməsi belə bu boşluğu doldurmağa kifayət etmir.

Vəziyyətdən çıxmaq üçün Çiçəklənən Ermənistan fraksiyası parlamentə “Hərbi xidmət və hərbçinin statusu haqqında” qanun layihəsi təqdim edib. Layihə artıq ikinci və sonuncu oxunuşdan da keçib. Qanun layihəsinə əsasən, muzdlu hərbçilərin erməni ordusunda xidmət yaşı 50-dən 63 yaşa, müqavilə əsasında hərbi xidmət üçün nəzərdə tutulan 40 yaş həddi isə 55 yaşa qaldırılıb. Ermənistan Müdafiə Nazirliyi də qanuna düzəlişə müsbət rəy verib.

Hərbi ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda hərbi xidmət keçən heyətin maksimum xidmət yaş həddinin qaldırılması təbii ki, orada insan resurslarının çatışmazlığı ilə bağlıdır. Hərbi ekspert qeyd edib ki, Ermənistan hazırda silahlı qüvvələrini şəxsi heyətlə təmin etməkdə ciddi problemlər yaşayır:

"Vətən müharibəsi zamanı kifayət qədər ciddi itki verən Ermənistan hazırda silahlı qüvvələrini şəxsi heyətlə təmin etməkdə ciddi problemlərlə qarşılaşıb. Qeyd edək ki, Ermənistanın İkinci Qarabağ müharibəsində fərari, yaralı və məhv edilənlərlə birlikdə təxminən 25 minə yaxın itkisi olub. İndi Ermənistanda yaş həddi həm zabit heyəti, həm də müqaviləli hərbi xidmət keçən heyət üçün qaldırılıb".

Ə.Verdiyev qeyd edib ki, toplamda isə Ermənistanın məqsədi insanları daha uzun müddət orduda ləngitmək və orduda vakant olan vəzifələri yaşlı insanlar hesabına olsa belə komplektləşdirməkdən ibarətdir:

"Təbii ki, bu da ordunun döyüş imkanlarına və potensialına öz təsirini göstərəcək. Digər tərəfdən isə bu, Ermənistan ordusunda daha gənc yaşında olan insanların orduya cəlb edilməsində yaranan problemləri daha qabarıq şəkildə göstərir".
Bu gün, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Bu gün, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Bu gün, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Bu gün, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Bu gün, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Bu gün, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Bu gün, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post