Ermənistan seçkilərində “Abbas Abbasov variantı” - TƏHLİL
Hadise
Oxunub: 388
31 mar 2021 | 18:23
Ermənistan seçkilərində “Abbas Abbasov variantı” - TƏHLİL


Ermənistanda iyun ayına təyin olunmuş növbədənkənar parlament seçkilərinə qatılacağını bəyan etmiş Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın namizədliyi Kremlin 2013-cü il Azərbaycandakı seçkilərə müdaxilə variantını xatırladır. “Yeni Müsavat” yada salır ki, Ara Abramyan da Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun Rusiya Azərbaycanlıları İttifaqının sədri olduğu kimi, o da Rusiya Erməniləri İttifaqının sədridir. Abramyan erməni milyarderləri başına toplamaq imkanına malikdir. Eynilə 2013 Azərbaycanına bənzəyən proseslərdə Kreml seçkiyə oxşar variantda müdaxiləyə hazırlaşır- bu dəfə isə Ermənistanda...

O dövrdə Rusiyadakı azərbaycanlı milyarderlər A.Abbasovun rəhbərliyi altında gizli şəkildə dəstək verərək seçkilərə öz namizədlərini irəli sürmüşdülər. Xatırlayırsınızsa, kinorejissor Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinə Rusiyadakı milyarderlərdən müsbət münasibət varıydı. Amma onun ikili vətəndaşlığı namizədliyinə mane oldu, Bakıya gəlmədi, hətta həbs təhlükəsi gözlədiyini deyərək tərəfdarlarını məyus etdi. İndi isə Abramyan ermənilərin “Abbasovu” olmaq iddiasındadır.

Lakin politoloq Cümşüd Nuriyevin sözlərinə görə, Ermənistan cəmiyyəti Abramyanı qəbul etmir, ölkədə elə bir nüfuzu yoxdur, Qərb də onu dəstəkləməz. Çünki hamı bilir ki, o, Putinin adamıdır. Üstəlik, ABŞ-ın sanksiya qoyduğu Rusiya iş adamlarının arasında Ara Abramyanın da adı var. C.Nuriyev hətta iddia edib ki, onun Ermənistandakı siyasi karyerasına mane ola biləcək fakt da var: “Erməni milyarderin bacısı Bakıda ərdədir. Ara Abramyanın özü demişdi ki, bacısı Raisa Ovanesyan, onun qızı Rena Bakıda yaşayırlar, kürəkəni də azərbaycanlıdır”.

O, indiyədək Ermənistandakı rusiyameylli qüvvələrə fəal dəstək versə də, özü siyasətə birbaşa qarışmırdı. Lakin indi Abramyan şəxsən seçkilərə qatılacağını deyir və belə görünür ki, o, hansısa koalisiyaya rəhbərlik edəcək. İri kapitala malik olan Abramyan Ermənistan siyasətində bu baxımdan yeni fiqur hesab edilə bilər və əgər o, öz kapitalını seçkilərdə gen-bol xərcləsə, Paşinyanın hakimiyyəti əldə saxlaması çətinləşəcək. İstisna deyil ki, onun seçkilərə qatılmasını Kremldən istəyiblər.

Abramyan ikinci Qarabağ müharibəsi zamanı öz kapitalını Ermənistan ordusu üçün Rusiyadan silah-sursat alıb göndərməyə sərf edirdi və o zaman Azərbaycan tərəfi bununla bağlı bütün məlumatları əldə etmişdi. Prezident İlham Əliyev Rusiyadakı erməni milyarderlərinin Ermənistana silah alıb göndərdiyi barədə öz çıxışlarında da demişdi.

İstisna deyil ki, keçmiş prezidentlərdən, hərbi cani Serj Sərkisyan və partiyası da Abramyanla ittifaqa girə bilər. O cümlədən seçkilərdə şansı çox aşağı dəyərləndirilən kriminal ünsür Robert Köçəryanın da oliqarxa dəstək verməsi mümkündür.

Bəs Paşinyana bu təzyiq nəyə hesablanıb? Moskva seçkilərin nəticələrinə təsir edə biləcəkmi? Erməni xalqı hərbi kapitulyasiyaya imza atmış Paşinyanı bir daha dəstəkləyəcəkmi? Əgər Abramyan hakimiyyəti götürərsə, bunun Qarabağ məsələsində təsirləri nədən ibarət ola bilər?

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, Abramyanın qalib gəlməsi aparacağı seçki kampaniyasından asılıdır. Onun fikrincə, Paşinyanın tərəfdarları ilə əleyhdarları eyni dərəcədədir: “Ortada təqribən 40 faiz qərarsız insan var və onları namizədlərdən kim öz tərəfinə çəkə biləcəksə, seçkinin taleyini həll edəcək. Amma Paşinyan üçün kommunikasiyaların açılması, Azərbaycanda olan erməni diversantların qaytarılması vacib məsələdir. Onların qaytarılması üçün Paşinyan nəsə verməlidir, bu da ona zərbə olacaq, həmin 62 nəfərin Ermənistana verilməməsi də yenə Paşinyan üçün zərbə olacaq, rəqibləri bundan istifadə edəcək. Ona görə mürəkkəb vəziyyətdir”.

Siyasi ekspert hesab edir ki, Rusiya Paşinyanı birmənalı olaraq dəyişmək istəyir: “Çünki o, Avrointeqrasiya tərəfdarıdır və bunu da Moskva istəməz. Erməni əhalisi Manyukyan, Köçəryan kimiləri də dəstəkləmir. İndi Abramyan yaxşı kampaniya aparmalıdır ki, seçkidə nəticə əldə etsin. Mənə belə gəlir ki, revanşistlər ona dəstək verəcəklər. Amma bu proseslərdə Paşinyanın əlində ciddi ”kozır" odur ki, Rusiya Ermənistanı “satıb” və ona müharibədə gözlədikləri qədər dəstək vermədi. Rusiya yenə dəstək verirdi, amma lazımi qədər olmadı. Paşinyan seçkidə bu arqumentdən istifadə edəcək".

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, 44 günlük müharibənin nəticəsi olaraq Ermənistanda siyasi böhran yarandı və hökumət seçkiyə getməyə məcbur qaldı. Onun fikrincə, bu vətəndaş qarşıdurması iki faktorla qərardır: “Biri ABŞ-da və Rusiyada olan erməni lobbilərinin fikir ayrılığıdır. Nəticədə siyasi krisiz yaşanır. ABŞ lobbisi hesab edir ki, qərbyönümlü qüvvə iqtidarda olmalıdır, Rusiyadakı lobbi isə rusiyameylli siyasi gücün hakimiyyətə gəlməsini istəyir. Ona görə rusmeyilli qüvvələr indi fəallaşıblar. Amma Abramyan böyük biznesmendir, yəni siyasi fiqur deyil. Erməni cəmiyyəti də nə Qarabağ klanında olan siyasətçiləri qəbul edir, nə də hakimiyyətdə olan qüvvəni...”

A.Məsiyev hesab edir ki, Ermənistanda situasiya mürəkkəbdir: “Almaniyadan, Fransadan bəyanatlar gəlir, Paşinyanın iqtidarda qalmasında Qərbin marağı var. Ancaq rusiyameylli qüvvələr də sakit oturmaq istəmirlər. Əgər demokratik seçki keçirilərsə, kimin qalib gələcəyini söyləmək indidən çətindir”.

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, ekspert Əziz Əlibəylinin sözlərinə görə, Paşinyan növbədənkənar seçkilərdə yüz faiz qalib gələcək: “Çünki həm tərəfdarları kifayət qədərdir, həm də daxili və regional vəziyyət onun xeyrinədir. Düzdür, o, Rusiya əleyhinə açıqlamalar verib. Üstəgəl, Moskva da zaman-zaman Ermənistan daxilindəki narazı qüvvələri motivasiya edib. Amma bunlar nəticəsiz qaldı. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan Kreml üçün o qədər də əhəmiyyətli deyil. Odur ki, Paşinyan hakimiyyətini qoruyacaq”.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO