Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 103 il ötür - FOTO
Hadise
Oxunub: 375
31 mar 2021 | 09:00
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 103 il ötür - FOTO


Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ilk genişmiqyaslı aktı – 31 mart soyqırımından 103 il keçir.

Bolşeviklərin xeyir-duası və dəstəyi ilə həyata keçirilən terrorlarda on minlərlə azərbaycanlı qətlə yetirilib.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. 3 aprel tarixinə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə öldürülüb.


Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.

Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1925-ci ildə Bakı hadisələri barədə yazıb:

“Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.



AXC yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılıb.

Həmin Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb.

Bütövlükdə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv edib.

Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Milli Məclisin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəm deyil.

Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan Topçubaşov ABŞ Prezidenti Vudro Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü.

Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi.

Bu hadisələrə onların bilavasitə təşkilatçısı olan Stepan Şaumyan özünəməməxsus don geyindirməyə çalışırdı. 1918-ci il aprelin 13-də o, Moskvaya Xalq Komissarları Sovetinə yazdığı məktubda həmin ilin martında Bakıda ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi məna yükləmək üçün dəridən-qabıqdan çıxırdı.

Guya ki, bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən yox, Sovet hakimiyyətinə sədaqətindən doğub. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.



1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir.
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı