Ermənistan Dağlıq Qarabağda vəziyyəti yenidən gərginləşdirir - GƏLİŞMƏ
Hadise
Oxunub: 467
30 mar 2021 | 17:45
Ermənistan Dağlıq Qarabağda vəziyyəti yenidən gərginləşdirir - GƏLİŞMƏ


“Ermənistanın Dağlıq Qarabağa 200 milyon dollar ayırması Azərbaycana birbaşa təcavüz kimi qiymətləndirilməli və Ermənistan buna görə cavab verməlidir. Rəsmi İrəvanın belə hərəkətləri qəbuledilməzdir. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə ciddi münasibət bildirməli və Ermənistana yerini göstərməlidir”.

Bu fikirləri Reyting.az-a politoloq Oqtay Qasımov bir neçə gün əvvəl Ermənistan hökumətinin Azərbaycanın nəzarətindən kənarda qalan Dağlıq Qarabağa 200 milyon dollar maliyyə ayırmasından danışarkən deyib.

Politoloq bildirib ki, Ermənistanın bu addımı noyabrın 10-da imzalanan üçtərəfli anlaşmaya ziddir:

“Təəssüflər olsun ki, biz 10 noyabr anlaşmasının tam şəkildə yerinə yetirildiyini müşahidə etmirik. Düşünürəm ki, Azərbaycan cəmiyyəti və hakimiyyətinin birinci tələbi 10 noyabr anlaşmasının yerinə yetirilməsi olmalıdır”.

O. Qasımov əlavə edib ki, indiki fəlakətli durumunda Ermənistanın Dağlıq Qarabağa ayırmaq istədiyi 200 milyon dolları haradan tapacağı da müəmmalıdır: “Bu məndə sual doğurur. Çünki Ermənistanın ciddi maliyyə sıxıntıları var. Odur ki, mən bu addımı daha çox 20 iyunda nəzərdə tutulan parlament seçkiləri ərəfəsində Ermənistanın daxili aditoriyasına yönələn təbliğat xarakterli addım kimi qiymətləndirirəm. Erməni cəmiyyətinə mesaj verilir ki, erməni hökuməti məğlubiyyətə və ağır duruma baxmayaraq Dağlıq Qarabağan diqqətini ayırmır və oradakı sosial-iqtisadi məsələlərin həllində iştirak edir. Əlbəttə, bu, qəbuledilməzdir və Azərbaycan hakimiyyəti buna ciddi münasibət bildirməlidir”.

Politoloq hesab edir ki, Rusiya qarşısında məsələlər ciddi şəkildə qoyulmalıdır: “Həm Dağlıq Qarabağdakı 20 mindən artıq Ermənistan hərbçisinin çıxarılması, həm də bölgənin silahsızlaşdırılması həllini tapmalıdır. Bu olmayacağı təqdirdə yeni savaş hər zaman gündəmdə qalacaq.

Görünən odur ki, Rusiya ilə aparılan danışıqları və bölgədə rus sülhməramlıların olması erməni tərəfini xeyli ürəkləndirir. Diqqət etdikdə görürük ki, avantürist, revanşist və nifrət toxumu səpən bəyanatların sayı artır. Hansısa “müstəqil artsaxdan, onun sərhədlərindən” söhbət gedir. Hətta erməni cəmiyyətinin siyasi qüvvələri savaşın bitmədiyini bildirirlər. Bu baxımdan durum mürəkkəbdir və Ermənistanın belə hərəkətləri təhlükə və narahatlıq mənbəyidir”.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO