Qarış-qarış qarışan Ermənistan... - Paşinyan NƏ EDƏCƏK?
Hadise
Oxunub: 487
19 mar 2021 | 18:52
Qarış-qarış qarışan Ermənistan... - Paşinyan NƏ EDƏCƏK?


Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini dalan vəziyyətindən çıxartmaq üçün cəhdlərini davam etdirməkdədir. Onun “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri, parlament fraksiyasının başçısı Qagik Tsarukyanla görüş qərarı da hakimiyyətini qoruyub saxlamaq instinktindən qaynaqlanır. Əgər belə olmasaydı, bir müddət əvvəl mandatını əlindən almağa, özünü həbsdə saxlamağa çalışdığı şəxslə ölkənin taleyini müzakirə etmək qərarını verməzdi.

Görüşün məhz Silahlı Qüvvələrin Baş Qərargahının rəisi general-polkovnik Onik Qasparyanla bağlı məhkəmə qərarının açıqlanmasından sonra reallaşması da təsadüf deyil. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən, N.Paşinyanın postundan uzaqlaşdırdığı Qasparyan vəzifəsinin icrasını davam etdirəcək. Qiyamçı generalın vəkili Artura Ovannisyan bildirib ki, qərara əsasən, Qasparyanı Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcək. Xəbərdə bildirilir ki, Qasparyanın vəzifəsini davam etdirməsi ilə bağlı vəsatət təmin olunub və bu müddətdə yeni Baş Qərargah rəisinin elan edilməsi qadağan edilib. Belə olan halda qəribə vəziyyət yaranır: Paşinyan hətta yeni qərargah rəisinin adını açıqladığı halda, qiyamçı Qasparyan postunu qoruyub-saxlamış olur.

Xatırlatmaq yerinə düşər ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanda bir qrup silahlı polis alayına hücum etmiş, qətllər törətmiş, binanı ələ keçirmişdi. Proseslər Serj Sərkisyanın hakimiyyətdən getməsi ilə sonuclandı. İndiki halda isə bir qrup quldurdan yox, erməni ordusunun salamat qalan hissəsindəki böyük bir qiyamçı hissədən söhbət gedir və N.Paşinyan da vəziyyətin ciddiliyini anlamamış deyil. Maraqlıdır, Ermənistanın baş nazirinin “dövlət çevrilişinə cəhddə” ittiham etdiyi qərargah rəisi bundan sonra ordunun başında dayanacaqsa, o halda bu ölkədə normal atmosfer hökm sürə bilərmi? Üstəlik, nə prezident A.Sərkisyan, nə də Müdafiə Nazirliyinin rəhbərliyi Qasparyanı qəbul etmir.

Elə yazı çapa hazırlanarkən Ermənistanın Nazirlər Kabinetinin məhkəmə qərarından fərqli mövqeyi barədə məlumat yayıldı. Belə ki, Paşinyan hökuməti Qasparyanın qərargah rəisi vəzifəsindən azad edildiyi barədə qərarında qətidir.

İrəvanda qarışıqlığın yaranması Azərbaycana qarşı təxribatlara əl atılmasına da səbəb ola bilər. Təcrübə göstərir ki, Ermənistan daxilindəki proseslərdən diqqətin yayındırılmasında ölkəmizə qarşı təxribatlar sınanılmış metodlardandır.

İrəvan Mühacir Hökumətinin başqanı, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, əvvəlki vaxtlarda da Ermənistanda durumun get gedə gərginləşəcəyi və daha xaotik vəziyyətə gedəcəyi haqqında deyib və proqnozlar təsdiqini tapır: “Ermənıstanda siyasi gərginlik get-gedə dərinləşir. Hakimiyyətin xaosdan çıxmaq üçün etdiyi cəhdlər nəticə vermir. Baş qərargah rəisi Onik Qasparyan problemi dərinləşməkdədir. Martın 10-dan etibarən onun vəzifədən azad edilmiş hesab olunması əslində işə yaramadı. Sözdə də olsa, Ermənistan qanuni dövlətdir və baş nazirin martın 10-dan öncə iki dəfə prezidentə Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı təklifi Armen Sərkisyan tərəfindən təsdiq edilməyərək, Konstitusiya Məhkəməsinə göndərilmişdi. Gözlənildiyi kimi, məhkəmə də onu təsdiq etməmişdi. Qasparyan olayı dalana dirənmiş vəziyyətdədir. Bu olay istər-istəməz meydanlara da təsir edib və 17 siyasi təşkilatı və onların arxasında olan köhnə klanı bir qədər də ürəkləndirib”. Ekspert qeyd etdi ki, müxalifətin Paşinyanın istefası tələbi dəyişmir, hakimiyyətin isə danışıqlar aparıb may - iyun aylarında seçkiyə getmək arzusu arzu olaraq qalır: “Müxalifət Paşinyanın baş nazir qalması durumunda seçkiyə gedilməsinin məğlubiyyət gətirəcəyini bilir. Amma deyəsən ayrı çıxış yolu da qalmır. Ermənistanı bu xaosdan seçki xilas edə bilər deyə, düşünənlər ona nail olmaq üçün real bir şeyin olmadığını anlamağa başlayırlar. Paşinyan onu dəstəkləyənlərin sayını artırmaq üçün cəhdlər etsə də, gərginliyi azalda bilmir. Qasparyan olayı ciddi qarşıdurma mühitini artırmaqdadır. Ermənistan normal dövlət olmadığından məsələlərə normal yanaşma sərgiləyən siyasi qüvvə çatışmazlığı var. Hər zaman bu fikirdə oldum ki, Ermənistan süni yaradılmış bir dövlətdir. Onun hansısa mərhələdə çat verməsi gözləniləndir”. Q.Çaxmaqlı bildirdi ki, indi Paşinyan vəziyyətdən çıxmaq üçün çabalayır: «Şübhəsiz ki, daxili siyasi gərginlik artacaq. İndi baş qərargah rəisi və ona qoşulan hərbçilərin nə edəcəyindən çox şey asılı olacaq. Onlar küçədəki müxaliflərin istəyi ilə hərəkət edib çevriliş etsələr, onda qarşıdurma pik həddinə çatacaq. Bu zaman Rusiyanın müdaxiləsi qaçılmaz olacaq. Rusiya əslində elə bunu gözləyir. Rusiyanın planları isə bu ölkədə bütün varlığı ilə qalıcılığa nail olmaqdır. Paşinyanı da yalnız Rusiya istefaya məcbur edə bilər". Q.Çaxmaqlı hesab edir ki, Ermənistanda olan siyasi qüvvələrin faktiki Paşinyanı devirməyə gücü çatmır: “Çünki o, qanuni hakimiyyətdir və erkən seçkilərlə bağlı müxalifətin basqılarına adekvat cavab verir. Amma müxalifət Paşinyansız seçkilərə getmək istəyir. Bu isə hələlik mümkün deyil”. Zəngəzurdan və başqa yerlərdən kommunikasiya xətlərinin açılmasına gəlincə, politoloq qeyd etdi ki, Ermənistanda buna qarşı olan qüvvələr Paşinyana basqılar edirlər: “Bu basqılar bəlkə də onun ürəyincədir, ən azından bu işin uzadılmasının tərəfdarı kimi görünən Ermənistan hakimiyyəti başını itirib. O, öhdəliyi yerinə yetirməsə, həm Rusiya, həm də Azərbaycan tərəfindən yeni zərbələr alacağından qorxur. Amma bunun müqabilində Azərbaycandan 10 noyabrdan sonra əsir götürülənləri geri almağı düşünür. Kommunikasiya xətləri deyiləndə təkcə Naxçıvan dəhlizi deyil, İcevan - Qazax yolu da planda olub. Bu xəttin açılması durumunda Qazağın işğal altında olan kəndləri də azad edilməlidir. Rus sülhməramlılarının sərhədimizin həmin hissəsində görünməsinin erməniləri təşvişə salması da anlaşılandır. Anlaşmaya görə, əgər bu kəndlər Azərbaycana qaytarılarsa və o, bugünlərdə baş verərsə, Paşinyanın üzərinə daha güclü gedəcəklər. Bu, xaosu vətəndaş müharibəsinə keçirə bilər”. Q.Çaxmaqlı hesab edir ki, baş verənlərə rəğmən, Ermənistan öhdəlikləri yerinə yetirməyə borcludur: “Daxili siyasi gərginliyin bu məsələlərə aidiyyəti yoxdur. Biz gözləyə bilmərik ki, Ermənistanda sabitlik yaransın və sonra işlərimizi görək. Ermənistanın üzərinə getməyin ən münasib dövrü elə bu dövrdür. Növbədə Qazax rayonun 7 kəndinin azad olunması olmalıdır”. Politoloq qeyd etdi ki, Azərbaycanın qonşuluğunda qeyri-sabit durumda olan ölkənin olması bizi də qayğılandırmalıdır: “Dövlətimizin təhlükəsizliyi naminə bir çox məsələlərə müdaxilə imkanlarımızı dəyərləndirməliyik”.

Politoloq Zaur Məmmədov isə bildirdi ki, Onik Qasparyanın vəzifəsində qalması Ermənistanda gərginliyi bir qədər də artıracaq və Paşinyanı daha radikal addımlar atmağa sövq edəcək: “Digər tərəfdən, belə uzun müddət davam edə bilməz. Gərginlikdən çıxış yolu birdir - yeni seçkilərin keçirilməsi. Çünki Ermənistanda hazırda konstitusion böhran davam etməkdədir. Əlbəttə ki, bizim üçün orada kimin növbəti seçkilərdə hakimiyyətdə olması vacib məqamdır. Hər halda, ermənilər ya Azərbaycan və Türkiyə ilə sabit münasibətlərə, ya da revanşizmə səs verməlidirlər. Seçim onlarındır”. Z.Məmmədov onu da qeyd etdi ki, hər iki istiqamət Azərbaycanın xeyrinə olacaq.

Bu arada Rusiya qazının qarşıdakı üç həftə ərzində Azərbaycan vasitəsilə Ermənistana ötürüləcəyi barədə rəsmi açıqlamaya İrəvandakı revanşistlərdən sərt mövqe gəlib. Daşnaklar Azərbaycan ərazisindən verilən qazdan imtina etdiklərini deməklə bölgədə normal münasibətlərin yaranmasında maraqlı olmadıqlarını növbəti dəfə nümayiş etdiriblər. Azərbaycan kommunikasiyaların açılması istiqamətində davamlı fəaliyyət göstərdiyi, digər xoşməramlı mövqelər nümayiş etdirdiyi halda, qarşı tərəfdən daha çox düşmənçiliyi tətikləyən davranışları müşahidə edirik. Üstəlik, Ermənistan daxilindəki gərginliklər bölgədə növbəti dəfə silaha əl atılmasını tətikləyə bilər. Elə Azərbaycan dövləti düşmənin xislətinə bələd olduğu üçün ordunun döyüş hazırlığına davamlı şəkildə diqqət yetirir».

Martın 18-də Azərbaycan Ordusunun 10 min nəfərlik şəxsi heyətlə təlimləri başa çatıb. Məlum olduğu kimi, qoşunların 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlər keçirib. Martın 15-də başlayan və müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub. Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.

Təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edib. Düşmən “Dəmir yumruğ”un gücünü növbəti dəfə görmək istəyirsə, buyursun!
“Yeni Müsavat”
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi