Penitensiar sistemə nəzarət edən yoxdur? - GİLEY
Hadise
Oxunub: 374
10 avq 2020 | 22:23
Penitensiar sistemə nəzarət edən yoxdur? - GİLEY


“Oğlum dünyasını dəyişmiş əmisinə görə özünün cəza çəkdiyi cəzaçəkmə müəssisəsində halva ehsan etmək istəyib. Bunun qarşısını almaq istəyən nəzarətçi ilə mübahisəsi düşüb. Şərləyiblər, məhkəmə cəzasının 1 il 6 ayının qapalı cəzaçəkmə müəssisəsində çəkməsinə dair hökm çıxarıb. Bu, məhkum oğluma qarşı ədalətsizlikdir”. DİA.AZ bildirir ki, bunu Gəncənin Kəpəz rayonunda yaşayan 1-ci qrup əlil Sevinc Rzayeva deyir.

Sevinc Rzayevanın 30 yaşlı oğlu Rəsul Osanlı Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə 7 il 10 ay 15 gün müddətinə məhkum edilib, cəzasını 1 saylı Cəzaçəkmə Müəssisəsində çəkir. Ananın sözlərinə görə, Rəsul Osanlı cəzasının 3 ilini geridə qoyub. Hadisə bu ilin iyununda baş verib: “Cəzaçəkmə müəssisəsində dünyasını dəyişən məhbusa görə başqa məhbusların ehsan dağıtması həmişə olub, indi də var və burada qəbahət heç nə yoxdur. Ancaq bilmirəm nəyə görə nəzarətçi oğluma buna imkan verməyib, aralarında mübahisə yaranıb. Oğlum 3 ildir ki, həmin müəssisədə cəza çəkir, indiyədək heç bir nəzarətçi ilə işi olmayıb, əgər nəzarətçini söyən, döyən olsaydı, elə 3 ildə edərdi bunu... Deyirlər, nəzarətçini söyüb, adamı səbəb olmadan niyə söysünlər? Deməli, nəzarətçi bunu söyüb ki, bu da cavabını verib. Necə olur ki, nəzarətçilər gecə-gündüz dustaqla kobud davranır, söyür, döyür, buna görə heç birini cəzalandırmırlar, dustaq onu söyən nəzarətçi ilə onun öz dilində danışanda tez cəza kəsirlər?..”

Sevinc Rzayevanın sözlərinə görə, nəzarətçi müəssisənin rəhbərliyinə məhkumdan şikayət edib. Rəis də məsələni araşdırmadan iyunun 17-də məhkumu 15 günlük “kars”a salıb: “Bununla da ürəkləri soyumayıb, deyiblər, qapalı həbsxanada ölən əmisinə görə ehsan verən oğlan elə gedib həmin qapalı həbsxanada cəzasını çəksin. Oğlumun işi məhkəməyə göndərilib, nəzarətçini də üzünə qoyublar. Nəzarətçini təhqir etməsini bəhanə edərək oğlumun cəzasının 1 il 6 ayını qapalı həbsxanada keçirməsi ilə bağlı məhkəmə hökmü çıxarılıb. Oğlum da buna etiraz olaraq “kars”da aclığa başlayıb. Bunun qisasını almaq üçün 15 günlük “kars” bitən kimi ona daha 2 ay “kars” verilib və 1 saylı cəzaçəkmə müəssisəsinin “kars”ından 15 saylı cəzaçəkmə müəssisəsinin “kars”ına köçürülüb”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı