“Pandemiyanı unutmağa çalışırdıq, Tovuz hadisələri ikiqat təkan verdi” - GƏLİŞMƏ
Hadise
Oxunub: 358
29 iy 2020 | 17:45
“Pandemiyanı unutmağa çalışırdıq, Tovuz hadisələri ikiqat təkan verdi” - GƏLİŞMƏ


Əgər dünya təkcə koronavirus pandemiyası ilə mübarizə aparırsa, Azərbaycan fərqli olaraq iki cəbhədə müharibə aparır: COVİD19 virusu və erməni virusu ilə... Hər iki düşmənə qarşı gücünü ortaya qoyan ölkə bu ağır sınaqlardan başıdik çıxmağa çalışır. Əlbəttə, gözünəgörünən və görünməz düşmənlərlə savaşda itkilərimiz də var.

Amma faktiki olaraq, iyulun 12-dən bəri Tovuz istiqamətində gedən döyüşlər, ardınca Bakıda 14 iyul yürüşü, Avropa və ABŞ-da ermənilərlə azərbaycanlılar arasında dava-dalaşlar koronavirus pandemiyasını unutdurub. Baxmayaraq ki, xəstəlik bütün gücü ilə hücumdadır, dünyada epidemiyanın qurbanları 650 mini ötüb, Azərbaycanda yoluxmada azalma olsa da, minimuma enməyib, ölənlər də var, sadəcə, pandemiya arxa plana keçməkdədir.

Artıq yoluxma ilə bağlı gündəlik statistika cəmiyyəti əvvəlki qədər maraqlandırmır, infeksiya haqda xəbərlər adi qarşılanır, Ümumdünya Səhiyyə Təşkilatının rəyləri qulaqardı edilir, bütün diqqət və nəzərlər erməni ilə savaşdadır.

İnsanların son iki həftədə həyəcan və entuziazmla izlədiyi informasiyalara diqqət edək: hər kəs “yutub”da, “facebook”da müharibə xəbərlərini izləyir, ermənilərlə azərbaycanlılar arasında əlbəyaxa davaların videolarına baxır, bazarlarda ermənilərə qoyulan embarqolar müzakirə olunur, bizimkilərin erməniləri necə döyməsinə dair kadrlar votsap üzərindən bir-birinə göndərilir, hamı cəbhədən müjdə etmək istəyir. Əlqərəz, erməni virusu ilə səngərdə və dünyada aparılan mübarizə koronavirusunu unutdurub, əhəmiyyətsiz edib.

Bu mənzərə təhlükə vəd edirmi? Erməni ilə müharibəyə görə epidemiyanı bir kənara qoymalıyıqmı?

Deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan xalqı üçün Qarabağdan daha əhəmiyyətli məsələ yoxdur.

Onun fikrincə, Tovuz hadisələri cəmiyyət də önəmli olaraq qalacaq. R.Nurullayev düşünür ki, koronavirus beş aydır insanların həyatındadır və artıq hamı yorulub, bu barədə xəbərlər eşitmək istəmir.

“Biz virusla yaşamağı öyrənmədik. Mən virusla yaşamağın, həyata belə davam etməyin tərəfdarıyam. Hesab edirəm ki, sərt karantin rejimi götürülməlidir, rayonlara gediş-gəliş bərpa olunmalıdır, həyat öz axarına qayıtmalıdır. Dünyada 40-50 milyon əhalisi olan ölkələr karantinləri ləğv edib, amma biz karantindən çıxmamışıq”, - deyə R.Nurullayev vurğuladı. Deputat təklif edir ki, karantin aradan qaldırıldıqdan sonra insanlar epidemiyanın təhlükəsini, məsuliyyəti dərk etməlidirlər, maska taxmağa davam etməlidirlər: “Biz iqtisadiyyatı açmalıyıq, insanları sərbəst buraxmalıyıq. Əhali koronavirus barəsində heç nə eşitmək istəmir”.

Hərbi ekspert, psixoloq Azad İsazadənin fikrincə, Tovuzda döyüşlər olmasaydı belə koronavirusla uzun müddət yaşamaq mümkün deyildi.

A.İsazadə cəmiyyətin bir hissəsinin koronavirus təhlükəsinə öyrəşdiyini güman edir: “Biz uzun müddət qorxu altında yaşamağı sevmirik.

Digər tərəfdən, hansısa yeni əsgər səngərdə atəş səsinə əvvəlcə qorxur, sonra öyrəşir, atəş altında siqaret də çəkir, yemək də yeyir. Biz də virusa belə öyrəşirik və bilirik ki, epidemiya tezliklə sovrulmayacaq, hələ davam edəcək. Ona görə gündəlik problemlərlə pandemiyanı unutmağa çalışırdıq. Və Tovuz hadisələri koronavirusu unutdurmaq prosesinə ikiqat təkan verdi, daha vacib olan Qarabağ probleminə diqqəti yönəltdi".

Psixoloqun sözlərinə görə, minlərlə insan virusdan qorxmayaraq gecə yürüşünə çıxdılar, Avropadakı aksiyalarda ermənilərlə azərbaycanlılar heç bir sosial məsafə gözləmədilər, qarşıdurmalar yaşandı: “Halbuki, Avropa koronavirusla mübarizə daha ciddidir. Amma biz şəhid qanını yerdə qoymamaq, vətən sevgimizi nümayiş etdirmək üçün emosiyalarımızı cilovlamadıq, koronavirus təhlükəsini unudub mübarizəyə qoşulduq. Bu, bir reallığı nəzərimizə çatdırdı - genişmiqyaslı müharibə başlasa, bütün karantin şərtləri azaldılmalıdır. Artıq şüuraltı buna hazırıq”.
“Yeni Müsavat”
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR