İtən qırıcı olayında MÜƏMMA: “Quş dəstəsi ilə toqquşması mümkün deyil” - Nəticəsiz araşdırma... !
Hadise
Oxunub: 317
25 iy 2020 | 16:18
İtən qırıcı olayında MÜƏMMA: “Quş dəstəsi ilə toqquşması mümkün deyil” - Nəticəsiz araşdırma... !


Şəhid pilot, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından bir il ötür. O, iyulun 24-də MİQ-24 təyyarəsi ilə plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən rabitə əlaqələri qəfildən kəsilib və aviasiya vasitəsi radarlardan itib. Nəticədə təyyarə Xəzər dənizinə düşüb.

Uzun araşdırmalar nəticəsində avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə şəhidin nəşi tapılıb. Həmin vaxtdan etibarən hadisənin səbəbi ilə bağlı müxtəlif iddialar irəli sürülüb.

Təyyarənin quş və ya quş dəstəsi ilə toqquşduğu bildirilsə də, bu cür peşəkar pilotun necə katapult edə bilməməsi ekspertləri çox düşündürdü. Hər halda, səbəbdən asılı olmayaraq, polkovnik-leytenant həmin gün son uçuşunu etdi. “...hazıram!” dedi və bu dəfə ən yüksək zirvəyə qalxdı...

Beləliklə, artıq bir ildir ki, ailəsi Rəşad Atakişiyevi gülərüzlə işə yola salmır, onun qayıdışını bayram kimi qeyd etmir. Amma yenə də səbrsizliklə, həsrətlə gözləyirlər...

Polkovnik-leytenantın qayınatası, politoloq Qabil Hüseynli “Sherg.az”a açıqlamasında hələ də itki ilə barışa bilmədiyini vurğulayıb:

“Hansısa itkinin bu qədər böyük boşluq yaradacağını təsəvvür etməzdim. Üç qardaşımı, bir bacımı itirmişəm, amma heç vaxt daxilimdə belə təlatümlər yaşanmayıb. İndi həm onun, həm də öz ailəmizdə yaranmış boşluğu doldurmağa çalışıram. İtkinin yaratdığı mənəvi-psixoloji gərginlik indiyədək keçməyib”.

Q.Hüseynlinin sözlərinə görə, araşdırmalar ciddi nəticə verməyib:

“Yara, bəlkə də, tədricən sağalır, amma heç vaxt tam qapanmayacaq. Dünən İkinci Fəxri Xiyabana gedib, ziyarət etdik. Tədqiqatlar nəticəsiz qalıb, yəni əminlik yarada biləcək bir fikir yoxdur. Sadəcə deyilənlərə əsasən müxtəlif fikirlər hasil edirik. Quş dəstəsi ilə toqquşmaq isə mümkün olan məsələ deyil”.
Bu gün, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Bu gün, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Bu gün, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Bu gün, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Bu gün, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Bu gün, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Bu gün, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Bu gün, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Bu gün, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Bu gün, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Bu gün, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Bu gün, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest