Ermənilər Azərbaycana qarşı ASALA-nı cəlb edərsə... - GƏLİŞMƏ
Hadise
Oxunub: 342
25 iy 2020 | 17:53
Ermənilər Azərbaycana qarşı ASALA-nı cəlb edərsə... - GƏLİŞMƏ


İyulun 23-də keçirdiyi mətbuat konfransında xarici işlər nazirinin müavini Xələf Xələfov istisna etməyib ki, ermənilər “Daşnaksutyun”, ASALA kimi terror təşkilatlarını da xaricdə zorakılıqlara yönəldə bilərlər.
“Ona görə də dost ölkələrimizə çağırışlarımız odur ki, diqqətlərini artırsınlar. Bizim soydaşlarımız da ehtiyatlı olmalıdır. Bunun üçün təlimatlar vermişik. Dövlət, təhlükəsizlik orqanları, diplomatik missiyalar, sadə vətəndaşlar, hamımız ayıq olmalıyıq. 1990-cı illərdə torpaqlarımız işğal edilən zaman Yevlaxda və digər bölgələrdə törədilən terror aktları uzaq tarix deyil”, - deyə XİN başçısının müavini vurğulayıb.

X.Xələfovun açıqlaması kifayət qədər ciddi ismarışdır. Nazir müavini erməni terrorçularının xain hücumlarını, sui-qəsdlərini, teraktlarını istisna etmir. Beynəlxalq səviyyədə fəaliyyət göstərən erməni terror təşkilatları Türkiyənin diplomatik nümayəndəliklərinə və dinc əhaliyə qarşı terror aktları həyata keçirirdi. İndi eyni terror Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc azərbaycanlılara qarşı törədilir.

Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikadakı Azərbaycanın diplomatik nümayəndəliklərinə təxribatçı hücumlar edilib, dinc azərbaycanlılara qarşı vandalizm aktları törədilib. Niderlandda Azərbaycan səfirliyinin binası önünə toplaşan ermənilərin ASALA yazılan köynəklər geyinməsi erməni terrorunun xortladığını bariz nümunəsidir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, bu il bir çox ölkələrdə çoxsaylı azərbaycanlıların vətənin müdafiəsi uğrunda ayağa qalxmasına şahidlik edirik. Onun sözlərinə görə, həmvətənlərimiz kifayət qədər mütəşəkkil, qətiyyətlidirlər və apardıqları haqq mübarizə göz qabağındadır. Deputat hesab edir ki, ermənilər artıq dünyanın bir çox yerlərində azərbaycanlılardan güc, əzmkarlıq görürlər: “Ona görə illərdir ki, taxdıqları maskalarını atıb xuliqanlığa, vəhşiliyə, zorakılığa keçiblər. Onların yürüş edən azərbaycanlılara hücum etməsi, daş atması, təqib edərək soydaşlarımızı təkləyib döyməsi bir hal almaqdadır. O baxımdan qətiyyəti gücləndirməliyik”.

A.Mirzəzadənin fikrincə, ermənilərin beynəlxalq aləmdə yalanları qarşısında Azərbaycanın diaspora faktorunu görürlər, bundan narahat olurlar: “Mən hesab edirəm ki, bundan sonra Avropada və Amerikadakı azərbaycanlılar tədbirlər təşkil edəndə əvvəlcə yerli hüquq-mühafizə orqanları ilə sıx işləməlidirlər, onları xəbərdar etməlidir. Yerli hüquq-mühafizə orqanlarının vəzifəsi asayişi təmin etməkdir. Çünki hətta Moldovada prezidentin erməni müşaviri yumruqla hücum keçirsə, bu, cinayətdir, xuliqanlıqdır. Eyni zamanda xaricdəki azərbaycanlıların göstərdiyi vətənpərvərliyə, ölkəmizin, xalqımızın haqq səsini qorxmadan ucaltmalarına görə təşəkkür edirəm”.

Komitənin digər üzvü, deputat Aqil Abbas isə “Yeni Müsavat”a bildirdi ki, xaricdəki azərbaycanlılar təhlükəsizlik üçün ilk növbədə birləşməlidirlər. Onun sözlərinə görə, texnologiya inkişaf edib və sosial şəbəkələr, mobil telefon sayəsində daimi əlaqə qurmaq olar.

A.Abbas hesab edir ki, küçə davaları yaxşı hal deyil: “Məqsəd Azərbaycanı haqlı Qarabağ davasından yayındırmaqdır. Sadəcə, Avropa heç vaxt bizim təhlükəsizliyimizlə məşğul olmaz, onlar başqalarının təlükəsizliyini qoruyarlar. Ona görə azərbaycanlılar birləşməlidirlər”.

Deputat Avropada iş adamı olan türkün başına gələnləri yada salaraq qeyd etdi ki, Qərb bizim təhlükəsizliyimizi təmin etmək istəməz: “İsveçrədə iğdırlı bir türk otelinin qarşısında Türkiyə və Azərbaycan bayraqları asmışdı. PKK üzvləri həmin oteli dağıtmaq üçün ora tökülmüşdülər. Bu türk cüssəli adam olub, 4 PKK üzvünü döymüşdü, əl-qolunu bağlamışdı, polis çağırmışdı. Hadisə yerinə gələn polis demişdi ki, sən onların əl-qolunu bağlamaqla insan haqlarını pozmusan. PKK-çıların mülkiyyətə vurduğu ziyanı görmürlər, deyirlər ki, insan haqlarını pozmusan. Bax, onlar bizi belə qoruyurlar”.

A.Abbas hesab edir ki, ermənilərin bir-iki atımlıq barıtı var, Avropadakı təxribatlar çox gedə bilməz: “ASALA terror təşkilatı artıq yoxdur, Abdulla Çatlı onu vaxtında dağıdıb. Sadəcə, indi kürəklərinə ASALA adı yazmaqla onu dirçəltməyə çalışırlar. Ona görə Moskvada, Parisdə, Bakıda, hər yerdə bir olmalıyıq”.

Qeyd edək ki, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev xəbərdarlıq edib: “Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb. Amma buna sevinmək lazım deyil. Əksinə, bunu Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etmək lazımdır”.

Səfir ehtiyatlı olmağa çağırıb: “Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü. Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin. Sumqayıtı, Qriqoryanı nə tez unutdunuz? Ayıq olun! Bizim ”Qana qan!" şüarını səsləndirməli və tətbiq etməli olduğumuz yeganə yer işğal altındakı torpaqlarımızdır!"
Bu gün, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Bu gün, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Bu gün, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Bu gün, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Bu gün, 13:29
İlham Əliyev Füzulidə
Bu gün, 13:02
Putin komandasını yenidən formalaşdırır
Bu gün, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Bu gün, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Bu gün, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Bu gün, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Bu gün, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Bu gün, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Bu gün, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Bu gün, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Bu gün, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Bu gün, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Bu gün, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Bu gün, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Bu gün, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Bu gün, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dünən, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Dünən, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Dünən, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Dünən, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Dünən, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Dünən, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Dünən, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR