“Madrid prinsipləri”nə qayıtmağa gərək qalıbmı? - GƏLİŞMƏ
Hadise
Oxunub: 311
24 iy 2020 | 16:18
“Madrid prinsipləri”nə qayıtmağa gərək qalıbmı? - GƏLİŞMƏ


Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı danışıqların yenidən “Madrid prinsipləri” üzərinə qayıtması barədə Rusiyanın mövqeyi açıqlanıb. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, danışıqları tərəflər “Madrid prinsipləri” üzərində davam etdirməlidir.

Bəs, bu yenidən bizim başımızı qatmaqdırmı? Baxmayaraq ki, bu prinsiplər bizim maraqlarımıza ümumən uyğundur. Bakı ATƏT-in Minsk Qrupunun geniş tərkibdə toplanması təklifi üzərində israr etməlidir, yoxsa, danışıqlardan imtina edilməlidir?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, rusiyalı rəsmilərin yenidən “Madrid prinsipləri”nə qayıtmaq təklifində yeni heç nə yoxdur. Çox təəssüf ki, bunu indi deyirlər, vəziyyət gərginləşdiyi üçün. Bir il idi genişləndirilmiş “Madrid prinsipləri”ni dilə gətirən yox idi. İndi Azərbaycanın qətiyyətli mövqeyini görüb yenidən “Madrid prinsipləri”ni ortaya atırlar: “Hesab edirəm ki, artıq danışıqların Azərbaycana heç bir faydası yoxdur. Rusiya da vaxtı uzatmağa çalışır, vaxtın uzanması Ermənistanın maraqlarına cavab verir. Ermənistan mən düşünmürəm ki, qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı beş rayonun boşaldılmasına razı olsun. Qarşılarında güc görməyincə buna razılaşmayacaq. 30 ilə yaxın mənasız danışıqlar təcrübəsi də bizə bunu sübut etdi. Bəli, ”Madrid prinsipləri" qüsurlarına rəğmən bəyənilmişdi, amma nə olsun, sonuc heç nə oldu.

Ermənistan bu prinsipləri qəbul etmədi, Rusiya və digər həmsədrlər isə bu prinsiplərlə həll planını qəbul etməsi üçün Ermənistana heç bir təzyiq etmədilər. Yenə də eyni vəziyyət yaranacaq. Sakitlikdən istifadə edib yenə də bizi uzun-uzadı nəticəsiz danışıqlara sövq etmək istəyirlər. Amma artıq bizim mövqeyimiz dəyişib. Prezident İlham Əliyev də bəyan edib ki, biz mənasız danışıqlarda gərək iştirak etməyək. Bu yeni Xarici İşlər naziri Ceyhun Bayramova da bir göstəriş idi ki, mənasız danışıqlarda o da iştirak etməsin. Bizim yeganə alternativimiz danışıqlara ara vermək və hərbi təzyiqi artırmaqdır".

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, mövcud şərtlər və son hadisələr fonunda danışıqlarla bağlı istənilən xəbəri ciddiyə almamalıyıq. Çünki Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli variantı yoxdur. Əgər həmsədrlər Azərbaycanı danışıqlar masasına yenidən oturtmaq istəyirsə, mütləq əsaslı təklif irəli sürməlidirlər: “Həmsədrlər məlum Tovuz hadisələrindən sonra tərəfləri danışıqlar prosesinə qaytarmaq üçün münbit şərait yaratmağa çalışırlar. Bu gün Rusiya Xarici İşlər Nazirliyi belə bir bəyanat verdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ”Madrid prinsipləri" ilə həll edilməlidir. Göründüyü kimi, bu və bu kimi şirnikləşdirici məlumatlarla tərəfləri danışıqlar masasına yenidən qaytarmağa çalışırlar. Lakin son Tovuz hadisələri bir daha onu göstərdi ki, Ermənistan tərəfinin birmənalı olaraq danışıqlar prosesinə marağı yoxdur. Əks təqdirdə dövlət sərhədində təxribat törətməzdilər. Bu, özlüyündə danışıqlar variantının iflas olması və bərpa olunmaması üçün əsasdır".

Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, tək Rusiya deyil, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələr tərəfləri yalnız “Madrid prinsipləri” əsasında danışıqlar aparmağa həmişə çağırırlar. Zaman da göstərir ki, bundan kənarda, ümumiyyətlə, münaqişənin sülh yolu ilə həllinə gətirə biləcək prinsiplər çox azdır: “Madrid prinsipləri” münaqişə ilə bağlı lazım olan bütün elementləri özündə birləşdirir. Ona görə də “Madrid prinsipləri” qəbul oluna biləcək prinsiplərdir ki, onun ətrafında tərəflər danışıqlar apara bilərlər və o prinsiplərə uyğun sülh razılaşması sənədi hazırlana bilər. Rusiya istəyir ki, Minsk Qrupunun boşluğundan istifadə edib yenidən təşəbbüsü öz əlinə götürsün. İstəyir ki, hegemon sədr funksiyasını əldə etsin. Azərbaycan tərəfi öz mövqeyindən çəkilmirsə və bu gün hərb variantı da rəsmən gündəmdə deyilsə, onda “Madrid prinsipləri” ilə danışıqlara getməyin təhlükəsi yoxdur".

Konfliktoloq qeyd etdi ki, Azərbaycan Minsk Qrupunun 11 üzvünün Dağlıq Qarabağ məsələsi ilə bağlı xüsusi toplantısının keçirilməsini təklif edir və bunda təkidlidirsə, bu, düzgün addımdır.
“Yeni Müsavat”
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest