Videoda ağlayan təxribatçı ilə bağlı şok faktlar - Almaniyada oturum almaq üçün belə alçaqlıq edib
Hadise / Video
Oxunub: 428
17 iy 2020 | 16:00
Videoda ağlayan təxribatçı ilə bağlı şok faktlar - Almaniyada oturum almaq üçün belə alçaqlıq edib


Bakıda ordumuza dəstək üçün yürüş keçirilən zaman təxribat xarakterli məlumatlar yayan və bu səbəbdən “Azərbaycan dilini bilən erməni” kimi qələmə verilən Rəşad Məmmədov barəsində hər keçən gün yeni-yeni məlumatlar üzə çıxır.

Adının hallanmasını istəməyən Almaniyadakı mühacirlərimizdən biri “Yeni Müsavat”a bunları deyib: “Bu şəxs müsavatçı Mehdi Xəlilbəylinin sürücüsü olub. Xatırlayırsınızsa, bir müddət öncə Mehdi Xəlilbəyli mühacir alverində adı hallandığı üçün həbs olunmuşdu. O, Rəşad Məmmədovdan insanlardan pul yığmaq, saxta vəsiqə düzəltmək işlərində istifadə edirdi. Bir növ bu şəxs Mehdi Xəlilbəylinin ”qara kassası" idi. Biləndə ki, mühacir alverinə görə Almaniya prokurorluğu araşdırma aparır, polislə əməkdaşlığa getdi ki, guya bu işlə əlaqəsi yoxdur. Amma Rəşad Məmmədovun mühacir alverində iştirakçı olduğunu burada hər kəs bilir. Onun oturum izni yoxdur. Onun belə video çağırışlar etməkdə məqsədi məhz buradan qaynaqlanır. Belə müraciət etdi ki, media orqanlarında hamı bundan yazsın, telekanallar məlumatlar yaysınlar, hədələnsin. O da həmin məlumatları yığıb Almaniyanın Miqrasiya İdarəsinə göndərsin ki, baxın məni deportasiya etmək istəyirsiniz, getsəm təzyiqlərlə üzləşəcəm. Bu adamın əslində məqsədi budur. Oturum almaq üçün hoqqalar çıxarır. Gərək onunla bağlı məlumatlar tirajlanmayaydı. İndi deyəcək ki, Azərbaycanda ölümlə hədələnirəm, məni göndərsəniz, həbs olunacam".

Qeyd edək ki, R.Məmmədovun adı Müsavat Partiyası ilə hallanır. Hətta onun Azərbaycandan bu partiyanın vasitəsilə Almaniyaya getdiyi və orada Müsavat Avropa Koordinasiya Mərkəzinə (AKM) üzv yazıldığı iddia olunur.
Müsavat AKM-in rəhbəri İlham Həsən: “Almaniyada Müsavatla bağlı bir iş başlanmayıb. Bu Rəşad bəzi müsavatçılardan və digər müxalifət üzvlərindən şikayət edib. Onu Almaniyaya göndərən, maliyyələşdirən və müxalifəti şantaj etdirən bir klandir. O tək deyil, bir qrupun üzvüdür. Onun adamları şərləməkdən başqa fəaliyyəti yoxdur. Əlaqədə olduqları da Surətin, Ələkrəmın adamlarıdır. Onun heç bir zaman Müsavatla əlaqəsi olmayıb. Amma Mehdi Xəlilbəylinin kəndçisi olduğunu deyirlər və Mehdinin yanında şoferlik edib. Sonra dalaşıb ayrılıblar. Deyilənə görə, bura gəlməmişdən AXCP-də olub, amma dəqiq bilmirəm. Qaldı o şikayətinə, özü o vaxt belə söz işlətmişdi ki, məni deport edirdilər, şikayət etdim ki, bir az şahid kimi vaxt qazanım. Amma onun özünə alman prokurorluğu cinayət işi açıb. Əslində onu hərəkətə keçirən Bakıdakı klan oldu”.

Vaxtilə Müsavatda başqan müşaviri olan siyasi şərhçi Yeganə Hacıyevanın da fikirlərini aldıq: “2014-cü ildən sonra partiya daxilində həmişə ancaq məhdud fərdi maraqlara xidmət edən, intellektual səviyyəsi çox zəif olan, partiya fəaliyyəti və siyasi prosesləri ancaq öz qrup maraqları çərçivəsində dəyərləndirən, partiyada ən zəifi amma ən qaragüruh bir zümrə rəhbərliyə gəldi. Belə bir qaraguruh qrupun partiyanı daxili qruplaşma üçün bir alət edəcəyi aydın idi və bu belə də oldu. Məhz həmin qruplaşmanın Müsavat Partiyası üçün verdiyi ən böyük töhfə Şərqdə ilk müsəlman demokratik partiyanın adının Avropada qara mühacir biznesində hallanması, partiyanın siyasi təşkilat deyil, qara miqrasiya ilə məşğul olan mütəşəkkil bir qrup olmasına gətirib çıxardı. Bu şəxsin Almaniyada Müsavata açılan bilet qalmaqalı ilə bağlı cinayətdə şahidlik etdiyi deyilir. Görünən odur ki, Müsavata bağlılığı var. Bunun özü biabırçılıq deyilmi?”.

Siyasi şərhçi fikirlərini bu cür davam etdirdi: “Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan, ilk olaraq erməni olduğu deyilən, sonra Müsavat Partiyasının üzvü kimi Avropada mühacirət alan Rəşad Məmmədovun açıqlamasına görə məlumatları guya Müsavat Partiyasından alıb. İnternet resurslarında ingilisdilli məqalələrdə onun Müsavata bağlılığı və Almaniyada Müsavata açılan mühacir cinayət işi ilə bağlı əsas şahid və zərərçəkən olması haqqında məqalələr var. Bunun fonunda isə Müsavatın reaksiyası qənaətbəxş sayılmaz. Burada bir haşiyə açım ki, mən şəxsən bu təxribatçının istər Almaniyadakı cinayət işində, istərsə də bugünlərdəki təxribatında erməni izinin olması qənaətindəyəm. Məsələ ondadır ki, 2013-cü ilə qədər Almaniya Müsavat Partiyasının xarici əlaqələrinin ən dərin olduğu ölkələrdən biri idi və bu ölkədə çoxlu sayda siyasilərın Dağlıq Qarbağ konflikti ilə bağlı ermənilərin əleyhinə çıxışları olmuşdu. Bu cinayət işi Azərbaycandan olan bir siyasi partiyanın xaricdə Azərbaycanın maraqlarına xidmət edən bir xəttini birdəfəlik bağladı deyə bilərik. Burada əlbəttə əsas olaraq yenə də belə bir faktların mövcud olması idi, yəni bilet satışı olmasa idi, bu cinayət də olmayacaqdı. Nə onda, nə də indi partiya rəhbərliyi buna anlayışlı və arqumentli bir açıqlama verə bilmədi. Bugünlərdəki təxribat isə birbaşa Azərbaycanda panika yaranması və əhalinin təşvişə düşməsinə xidmət edirdi. Bu isə ermənilərin 90-larda apardığı təxribatlar silsiləsindən idi. Fikrimcə Müsavat partiyası rəhbərliyi bu məsələyə aydınlıq gətirmək üçün geniş açıqlama verməlidir, aidiyyəti qurumlar isə bu şəxsin təxribatçı fəaliyyətinə görə məsuliyyət daşımasını təmin etməlidirlər”.
“Yeni Müsavat”
Bu gün, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Bu gün, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Bu gün, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bu gün, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Bu gün, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Bu gün, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Bu gün, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi