Erməni ordusu guya tutduğu Azərbaycan yüksəkliyindən şəkillər çəkir… - Sonra da bu foto-feyklər dünya, o cümlədən Azərbaycan mənbələrinə sızır
Hadise
Oxunub: 367
17 iy 2020 | 17:46
Erməni ordusu guya tutduğu Azərbaycan yüksəkliyindən şəkillər çəkir… - Sonra da bu foto-feyklər dünya, o cümlədən Azərbaycan mənbələrinə sızır


Azərbaycanla Ermənistan arasında Tovuzda baş verən döyüşlərin ilk günündən sonra erməni mediası onların hərbi qüvvələrinin Azərbaycan ərazisində Qaraqaya yüksəkliyini ələ keçirdikləri barədə məlumat yaymışdı. Bu dezinformasiyanın məqsədi əhali arasında panika yaratmaq idi, çünki həmin yüksəklikdən kifayət qədər böyük ərazini atəş altında saxlamaq olur. Sübut kimi redaksiyalar guya Qaraqayadan çəkilmiş şəkil də təqdim edirdilər.

Azərbaycanın Müdafiə Nazirliyi bu xəbəri təkzib etdi və diqqəti şəklin üstündəki tarixə (4 dekabr 2018) yönəltməklə, məlumatın yalan olduğunu bildirdi.

Amma Ermənistan saytları və YouTube kanalları feyki yaymaqda davam edirlər. Onlardan bəziləri hətta şəkillərin üzərində tarix səhvinin adi hal olduğunu və bunun heç nəyə dəlalət etmədiyini söyləyirlər. “Новости Армении и Азербайджана” YouTube kanalı isə eyni şəklin fonunda deyir:

“Azərbaycan tərəfinin sərhəddə təxribatından sonra… Ermənistan Respublikasının müdafiə naziri David Tonoyanın yeni taktikasına sadiq erməni hərbçiləri Tovuz rayonunun Ağdam kəndi yaxınlığında rəqibin yeni ərazilərini ələ keçiriblər”.

Kanal israr edir ki, “Tovüz rayonuna açılan mənzərənin” foroşəklini “erməni döyüşçüləri məhz yeni mövqelərdən”, yəni, Qaraqaya yüksəkliyindən çəkiblər.

Nə olar, “informasiya cəbhəsinin” erməni “döyüşçüləri” tarixi səhv sala bilərlər. Amma şəklin üzərində onun çəkildiyi yerin dəqiqi koordinatları (+040°54′32.92″/045°30′ 50.72″) və hündürlüyü (1113м) əks olunub, bunları ki fotoaparatda saxtalaşdırmaq mümkün deyil.

Erməni ordusu guya tutduğu Azərbaycan yüksəkliyindən şəkillər çəkir… - Sonra da bu foto-feyklər dünya, o cümlədən Azərbaycan mənbələrinə sızır


Azərbaycanda faktların yoxlanılması üzrə mütəxəssislər araşdırma aparıblar: bu şəklin nə vaxt və kim tərəfindən çəkilməsindən asılı olmayaraq, o, birmənalı Ermənistan ərazisindən çəkilib. Aşağıdakı xəritədə fotonun göstərilən koordinatlara tam uyğun gələn həkk edildiyi yer də, Azərbaycanla Ermənistan arasında sərhədin Tovuz rayonunda haradan keçdiyi də dəqiq qeyd olunub.

Erməni ordusu guya tutduğu Azərbaycan yüksəkliyindən şəkillər çəkir… - Sonra da bu foto-feyklər dünya, o cümlədən Azərbaycan mənbələrinə sızır


Qaldı yüksəklik. Növbəti –ikinci topoqrafik xəritəni siz hətta internetdə də tapa bilərsiniz. Orada həmin zonadakı bütün yüksəkliklər var. Aydın görsənir ki, sərhədin deyilən hissəsində Azərbaycan tərəfdə belə yüksəklik yoxdur: 1100 metrdən hündür bütün dağlar Ermənistan ərazisindədir. Şəkil isə, xatırladırıq, 1113 metrdən çəkilib.

Erməni ordusu guya tutduğu Azərbaycan yüksəkliyindən şəkillər çəkir… - Sonra da bu foto-feyklər dünya, o cümlədən Azərbaycan mənbələrinə sızır


Bu material, təbii ki, feykin özü xaricdə daha çox yayıldığı üçün başqa dillərdə də veriləcək. Onu Azərbaycan dilində dərc etməkdə məqsəd isə ölkə əhalisinə əyani şəkildə nümayiş etdirməkdir ki, hərbi qarşıdurmaya, o cümlədən Tovuz döyüşlərinə aid erməni mənbələrində yayılan, oradan xarici mətbuata və sosial şəbəkələrə yol tapan məlumatlara, illüstrasiyalara olduqca ehtiyatlı yanaşmaq, onları ciddi yoxlamadan yaymamaq lazımdır. Təəssüf ki, bəzən hətta öz mediamızda və sosial şəbəkələrimizdə də bunun əksi ilə qarşılaşırıq.
Press Klub
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub