Ölkə ərazisində 4 avtomobil qəzası baş verib, yaralılar var
Hadise
Oxunub: 1 543
29 sen 2015 | 09:17
Gəlin gətirməyə gedirdilər, ancaq qismət olmadı... Ağstafada yaşanan hadisədə iki nəfər xəsarət aldı. Şəmkir və Tovuzda baş verən qəzalar da xəsarətlə nəticələnib. Gəncədə isə 5 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Ağstafada gəlin maşını qəzaya düşüb. Hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazaxın Şıxlı kəndindən Gədəbəy rayonuna gəlin gətirməyə gedən "Hyndai" markalı avtomobil "Naz-Lifan" markalı minik maşını ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil magistraldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı bəy xəsarət almasa da, sürücü - 54 yaşlı Dursun Əhmədov və onun 23 yaşlı qızı Aytəkin Əhmədova müxtəlif bədən xəsarətləri ilə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, həmin ərazidə bir həftə öncə də toya gedən avtomobil qəzaya düşmüşdü.

Şəmkir rayonunun Seyidlər kəndində isə “VAZ-21015” markalı avtomobil aşıb, kənd sakinləri 51 yaşlı İntizar Xəlilov və 44 yaşlı Nazim İmanov müxtəlif xəsarətlərlə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Gəncədə isə zəncirvari yol qəzası baş verib. Şah İsmayıl Xətai prospektində 5 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakini 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi "Opel Astra" markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən "Chevrolet Niva" markalı avtomobillə toqquşub. Daha sonra "Chevrolet Niva" yolun kənarında dəyanan 3 müxtəlif maşına dəyib. Nəticədə avtomobillərlə yanaşı, iki nəfər yüngül bədən xəsarətləri alıb. Qəzadan sonra "Chevrolet Niva” markalı avtomobilin sürcüsü hadisə yerindən qaçıb. Həmin sürücünün Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşı olduğu bildirilir. Onun hansı səbəbdən hadisə yerini tərk etdiyi məlum deyil. Hadisə ilə əlaqədər qəza baş verən ərazidə avtomobillərin hərəkətində müəyən çətinliklər yaranıb. Hərəkətin təhlükəsizliyini təmin etmək üçün hadisə yerinə əlavə polis heyəti çağırılıb.

Tovuzun Heydər Əliyev prospektində qeydə alınan hadisədə sürücülərdən biri yüngül xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib. Hadisə şahidlərin sözlərinə görə, qəzaya yüksək sürət səbəb olub. Nəticədə "Mercedes" və "İnfiniti" toqquşub. Qəza rayon avtovağzalının yaxınlığında baş verdiyindən həmin ərazidə bir müddət avtomobillərin hərəkətində tıxac yaranıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası "Mercedes"in sürücüsü Azər Qasımova ilkin yardım göstərib.

Bütün faktlarla bağlı araşdırmalara başlanılıb.

http://kepeztv.az
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu