Ermənistan yeni toqquşmalara “hamilə”dir - GƏLİŞMƏ
Hadise
Oxunub: 348
25 in 2020 | 15:00
Ermənistan yeni toqquşmalara “hamilə”dir - GƏLİŞMƏ


İşğalçı ölkədə vəziyyət gündən-günə kritikləşir. Baş nazir Nikol Paşinyanın özü də artıq Ermənistanda stabilliyin hər an pozula biləcəyini anons edib. Pandemiyanın fəsadları içərisində vurnuxan ölkədə indi də Paşinyanın qorxulu röyası çin olmaqdadır: Qarabağ klanı revanşa hazırlaşır.

Ermənistanın həbsdən azad edilmiş keçmiş prezidenti Robert Köçəryan üçüncü prezident Serj Sərkisyanla görüşüb. Virtualaz.org bildirir ki, bu barədə “Hraparak” nəşri yazıb. Bildirilir ki, həbsdən çıxandan sonra R.Köçəryan keçmiş həmkarı və tərəfdarları ilə görüşüb. Sabiq prezidentlər ölkədəki mövcud vəziyyət və müxalifətin birliyi məsələsini müzakirə ediblər. “Keçmiş prezidentlər arasındakı münasibətlər olduqca mürəkkəbdir, lakin onlar fikir ayrılıqlarını aradan qaldırmalı və birgə fəaliyyət planı hazırlamalı olduqlarını, eyni zamanda müxalifətin birliyinə nail olunmasının vacibliyini başa düşürlər. Dövlət üçün dağıdıcı ola biləcək bir şəxsin hakimiyyətinin qurulması prosesini dayandırmağın yeganə yolunun məhz bu olduğunu dərk edirlər”, - deyə nəşr vurğulayıb.

Bundan başqa, R.Köçəryanın müxalifət liderləri və vaxtilə yüksək vəzifələrdə çalışmış sabiq məmurlarla telefon danışığı apardığı da qeyd olunub. R.Köçəryanın ofisindən isə mövzunu şərh etməyiblər. Ancaq əsas görüş faktorudur, nədən danışılması təfərrüatdır.

N.Paşinyan çalışırdı ki, hakimiyyətdə olduğu bu iki il ərzində Qarabağda Azərbaycana qarşı törətdiyi cinayətlərlə erməni xalqının qəhrəmanına çevrilmiş, həmçinin hərəsi iki müddət Ermənistana rəhbərlik etmiş iki cani “Azərbaycan vətəndaşı”nı bir-birindən uzaq saxlasın, onları həbsxanada çürütsün. Amma R.Köçəryanı bundan artıq həbsdə saxlaya bilmədi. Baxmayaraq ki, Rusiya prezidenti bir neçə dəfə israrla dostunu həbsdən buraxmağa çağırış etdi, Nikol təzyiqlərə dözdü, di gəl, sonda qüvvəsi çatmadı.

Artıq Paşinyan ölkədə olan-qalan nüfuzunu itirib, dünən onunla bir yerdə olan “Çiçəklənən Ermənistan”ın lideri Qagik Tsarukyan onun qanını içməyə hazırdır, and içib geri çəkilməyəcək. Üstəlik, Paşinyanın ölkədə konstitusiyanı dəyişmək planları məhkəmə hakimiyyətinin də ondan üz çevirməsinə səbəb olub. S.Sərkisyanı aprel döyüşlərinə görə sorğu-suala çəkdirmək, həbsə atdırmaq planları da baş tutmadı. Ən əsası, Rusiya Paşinyan hakimiyyətindən üz döndərib.

İşə baxın, hətta Putinin dostunu - Köçəryanı həbsdən buraxması da onun işinə yaramadı, Moskvadakı qələbə paradına Paşinyanın gedəcəyi gözlənilsə də, sonda onu müdafiə David Tonoyan əvəzlədi. Hansı ki, Paşinyan Tonoyanı da vurmağa hazırlaşır.

“Qarabağ klanı” ilə Ermənistan hakimiyyəti arasında savaş davam etsə də, bu, düşmənlərin Azərbaycan əraziləri ilə bağlı fikrini qəti şəkildə dəyişdirmir. Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Kəlbəcər rayon mərkəzinə çəkilən yeni yolun bugünlərdə asfaltlanmasına başlanacaq. Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə, bu barədə dünən - iyunun 23-də Xankəndində Kəlbəcər rayon ərazisinin (qondarma “Şaumyan rayonu”) faktiki başçısı olan Ayk Petrosyanı qəbul edən separatçı-terrorçu erməni rejiminin başçısı Araik Arutyunyan tapşırıq verib. Eyni zamanda rayon kəndlərindəki küçələrə beton plitələr döşənməsi haqda qərar verilib. Söhbət Ağdərə-Basarkeçər yolundan keçməklə Kəlbəcər rayon mərkəzindən Ermənistanın Gegarkunik mərzinin Norabak və Şatvan kəndinə qədər çəkiləcək uzunluğu 25, 5 km olacaq yolun 18 km-lik hissəsindən gedir. Bu, Kəlbəcər rayon mərkəzindən Ağdərə-Basarkeçər yolunadək (Zodadək) olan yoldur... Bugünlərdə işğalçı ölkə və separatçı rejim Qafandan Hadruta qədər uzanacaq uzunluğu 150 km olan yolun inşası ilə bağlı da qərar verib. Baxmayaraq ki, bugünlərdə Avropa İttifaqı Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərə yol çəkməsini açıq şəkildə pislədi. Ancaq işğalçı həyasızcasına qanunsuz addımlarını davam etdirir.

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzetimizə bildirdi ki, ermənilər son vaxtlar bütün metodlara əl ataraq nəyin bahasına olursa-olsun danışıqlar prosesinə mənfi təsir göstərən addımlar atırlar: “Təbii ki, burada öz havadarlarından da istifadə edirlər. Dolayı yollarla bir daha gösətməyə çalışırlar ki, baxmayaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verirlər, Avropa ittifaqı kəskin reaksiya bildirir, nəyin bahasına olursa-olsun, bu qeyri-adekvat və heç bir beynəlxalq norma və qanunlara sığmayan addımları atırlar. Təbii ki, burada maraqlı olan və olmayan qonşu dövlətlər də öz fikirlərini bildirməlidirlər. Tənəzzülə uğrayan iqtisadiyyatla bu yolun çəkilməsi Ermənistanın gücündə deyil. Deməli, məqsəd siyasi gedişdir və ya maraqlı tərəf kimi üçüncü bir qüvvə var”.

A.Nağıyev bildirdi ki, Ermənistanın qeyri-adekvat addımları ancaq status-kvonun saxlanmasına hesablanıb: “Paşinyan Qarabağ kartından öz hakimiyyətini saxlamaq üçün istifadə edir. Bununla yanaşı, Azərbaycan XİN və müdafiə nazirlərinin son bəyanatları Paşinyan və onun komandasını təşvişə salıb. Buna görə də hətta yol çəkilməsə də, onlar belə bəyanatları tez-tez səsləndirəcəklər. Əgər buna daxili çəkişmələri də əlavə etsək, problemin nə qədər ciddi olduğunu görərik. Dolayısı ilə Avropa İttifaqı da Ermənistana son vaxtlar bir neçə dəfə, necə deyərlər, ”sarı kart" göstərib, lakin bu, azdır. Artıq “ikili standart”lardan konkret hərəkətlərə keçmək lazımdır".

Azərbaycan bugünlərdə növbəti dəfə düşməni xəbərdar edib. “Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir”. Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov CBC-yə müsahibəsində deyib. O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olan rayonları bufer zona hesab etməsi cəfəngiyyatdır. “Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələri formalaşdırılıb, ayrıca Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək”, - müdafiə naziri əlavə edib.

“Azərbaycan Respublikasının haqqı var ki, öz tarixi torpaqlarını geri qaytarsın. Yəni bu gün münaqişə aktiv hərbi əməliyyatlar sferasına keçdiyi təqdirdə hədəf yalnız işğal olunan torpaqlar deyil, tarixi Azərbaycan torpaqları da ola bilər. Ermənistan müharibənin hələ nə olduğunu tam dərk edə bilmir”. Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov müdafiə naziri Zakir Həsənovun Real TV-yə müsahibəsində Azərbaycan Ordusunun daha geniş ərazidə müharibə aparmağa hazır olması haqda fikirlərini şərh edərkən deyib. Polkovnik Axar.az-a bildirib ki, münaqişənin bu günə qədər olan tarixi prosesləri bizə bəzi reallıqları öyrədib: “Birincisi, Ermənistanda hansı qüvvə hakimiyyətə gəlirsə gəlsin, mövcud münaqişəni uzatmaqdan başqa heç nə etməyəcək. Yəni Ermənistan bu işğalçı niyyətindən qətiyyən əl çəkməyəcək. İkincisi, son illər biz açıq şəkildə görürük ki, beynəlxalq qurumlar münaqişəni həll etmək, tənzimləmək iqtidarında deyil. Hətta Ermənistan bu qurumları belə saymır. Üçüncüsü, Dağlıq Qarabağda münaqişənin mövcud vəziyyətdə qalmasında maraqlı olan qüvvələr var. Lakin bir reallıq da var ki, mövcud vəziyyətlə Azərbaycan barışa bilməz. Nə Azərbaycan xalqı, nə də dövlət başçısı gözləmək niyyətindədir. Cənab prezident bu məsələni dəfələrlə beynəlxalq tribunalarda deyib. Ermənistan rəhbərliyinə açıq xəbərdarlıq edib. Sadəcə, mövcud vəziyyətdə Azərbaycan son anadək diplomatik yolla münaqişənin tənzimlənməsinə çalışır. Lakin müharibə variantı da hər zaman aktualdır və bu yol Ermənistana heç sərf etməyəcək”.

Aydın görünür ki, “Qarabağ klanı” Paşinyanın başını yeməyə hazırlaşır. Sərkisyan-Köçəryan cütlüyünün revanşa hazırlaşdığını ermənilər də təsdiqləyir. Belə bir durumda “demokrat” libasını geyinən Paşinyanın Avropa İttifaqına da “kəllə atması”, qanunsuz layihələrini davam etdirməsi olsa-olsa, erməni diasporundan xal almağa, Qarabağ separatçılarını neytrallaşdırmağa yönəlib. Amma bu, onu xilas edəcəkmi? Azərbaycan Ordusunun bu qanunsuz fəaliyyəti dayandırması üçün bircə həmləsi yetərli olacaq...
"Yeni Müsavat"
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi