Azərbaycanda insan oğruları mafiyası
Hadise
Oxunub: 1 214
28 sen 2015 | 07:24
Azərbaycanda insan oğruları mafiyası




















Dəstənin rəhbərliyində “Hacı” adlı şəxs var

Azərbaycan hüquq-mühafizə orqanlarının adam oğurluğu ilə məşğul olan Heydər adlı şəxsi axtarması haqda məlumat var. Sensasion sayıla biləcək məlumata görə, Heydər adam oğurlayan bandanın əsas başçılarından biridir.

“Yeni Müsavat”ın bu haqda yaydığı xəbərdə bildirilir ki, Heydər və bandanın üzvlərinin bir çoxu Gürcüstan vətəndaşlarıdır.

Onlar Bakıda kirayə evlərdə yaşayıblar.

Banda Gürcüstanda bir zəngin biznesmenin xanımını oğurlayıb. Belə məlumat var ki, qadının geri qaytarılması üçün yaxınlarından 4 milyon dollar tələb olunur.

Məlumatda bildirilir ki, banda üzvlərinin bir çoxu Gürcüstandakı cinayətdən sonra Azərbaycan ərazisinə keçiblər. Oğurladıqları qadının harada saxlanıldığı isə bilinmir. Onu Gürcüstan ərazisindəki gizli ünvanda saxladıqları ehtimal olunur.

Bandanın Azərbaycan ərazisində də fəaliyyətdə olduğunu söyləməyə əsas verən xəbər də var. Belə ki Bakıda baş tutan nişan mərasimlərindən birindən bir uşaq oğurlanıb.

Həmin uşağın istefada olan bir generalın nəvəsi olduğu bildirilir. Generalın yaxınlarının hüquq-mühafizə orqanlarına şikayət edib-etmədikləri haqda məlumat yoxdur.

Azərbaycan hüquq-mühafizə orqanları bandanın izinə düşə bilib. Heydərin Sumqayıtda yaşayan qohumları və əmiləri tutulub. Corat və Pirşağı bağlarında da keçirilən xüsusi əməliyyatlar zamanı bandanın bir neçə üzvü yaxalanıb.

Heydər də daxil olmaqla bandanın rəhbərliyində olan bir neçə şəxs qaça bilib. Onların qeyri-leqal yollarla Gürcüstan ərazisinə keçdiyi deyilir. Belə ki Sumqayıtda və bağ massivlərində baş tutan əməliyyatlardan sonra Gürcüstanla həmsərhəd olan Balakən rayonunun ərazisindən banda üzvlərindən biri Gürcüstanda oğurladıqları qadının yaxınları ilə telefonla əlaqə saxlayıb.

Telefon danışığının baş tutduğu ərazini müəyyən edən hüquq-mühafizə orqanları dərhal ora yollanıblar. Belə aydın olub ki, banda üzvü Gürcüstana Balakən meşəsindən zəng edib.

Tutulan banda üzvlərindən alınan ifadələrdən belə məlum olub ki, onlar oğurladıqları şəxsləri Heydərə təhvil veriblər. Bundan sonrası haqda isə Heydər onlara hər hansı bir məlumat verməyib.

Oğurlanmış şəxslərin saxlanıldığı ünvanlar haqda banda üzvlərində məlumat olmayıb. Ən maraqlı məqamlardan biri isə dəstənin rəhbərliyində “Hacı” adlı şəxsin olmasıdır.

Gələn məlumatlara əsasən söyləmək olar ki, oğurlanan şəxslərin yaxınları ilə danışıqlar “Hacı” vasitəsi ilə aparılıb, Heydər isə oğurlanmış şəxslərin saxlanılması ilə məşğul olub.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu