Ermənistanın baş naziri sammitdə necə susduruldu - növbəti ifşa
Hadise
Oxunub: 332
20 in 2020 | 14:11
Ermənistanın baş naziri sammitdə necə susduruldu - növbəti ifşa


İyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında sammiti keçirilib. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Ölkə başçısı çıxışında çox mühüm məqamlara toxunaraq, təcavüzkar Ermənistanı növbəti dəfə dünya qarşısında ifşa edib. Dövlət başçısının çıxışı ölkəmizdə böyük rəğbətlə qarşılanıb.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, Paşinyanın sammitdə rabitəsiz nitqi, perzident İlham Əliyevin təqdim etdiyi tutarlı faktlara cavab tapa bilməməsi və bu səbəbdən gah ingilis, gah da erməni dilində danışaraq özünü itirdiyini büruzə verməsi prosesi yaxından izləyən ekspertlərin, hətta Rusiya və Ermənistan mediasının da diqqətindən yayınmayəb: “Qeyd edim ki, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransından öncə, daha dəqiq desək, Paşinyanın Münhen konfransındakı biabırçı nitqindən sonra, nəinki Ermənistan müxalifəti, hətta işğalçı ölkənin baş nazirinə loyal münasibət bəsləyən ekspertlər də, onun ”erməni xalqının geri zəkalı olmadığını sübuta yetirmək üçün revanş etməli olduğunu" deyir, hətta Nikolun yaxın ətrafının da belə düşündüyünü bildirirdilər. Bu baxımdan da eksentrik baş nazir Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının videokonfransına həm daha öncə haqqında söz açdığım məğlubiyyətlərinin əvəzini çıxmaq, həm də Ermənistanda müxalifət liderlərinə qarşı həyata keçirdiyi amansız repressiya tədbirlərini, insan hüquqlarının, vətəndaşların sərbəst toplaşma azadlığının kobud şəkildə pozulmasını, medianın susdurulmasını unutdurmaq üçün əlverişli şans kimi yanaşırdı. Amma nəticə yenə də acınacaqlı oldu və Paşinyanın düşdüyü durum, baş nazirin “Valday” Beynəlxalq Diskussiya Klubu, MDB dövlət və hökumət başçılarının Bişkek sammiti və Münhen konfransındakı rəzil vəziyyətindən heç nə ilə fərqlənmədi.

Ermənistanın işğalçılıq siyasətini detallı şəkildə, beynəlxalq sənədlərə istinad etməklə konfrans iştirakçılarının diqqətinə çatdıran prezident İlham Əliyevin çıxışına Paşinyanın rabitəsiz söz yığınından ibarət isterik reaksiyası, gülüş doğuran tərzdə ingilis dilində, həm də erməni dilində danışmağa başlaması videokonfrans iştirakçılarında çaşqınlıq yaratdı və istehza ilə qarşılandı. Paşinyanın ingilis dilində “danışarkən” “Dağlıq Qarabağ münaqişəsi”, erməni dilində danışarkən isə “Artsax” ifadəsi işlətməsi bir daha sübuta yetirdi ki, Ermənistanda hələ də münaqişənin adının nə olduğunu bilmirlər. Erməni baş nazirin Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırması və utanmadan iştirakçıları aldatmağa cəhd göstərməsi, guya bu qərarın konkret şəxslə deyil, bütövlükdə Azərbaycanla bağlı olduğunu iddia etməsi siyasətə küçədən gələn Nikolun çox rahatlıqla və gəldiyi yerə xas olan həyasızlıqla yalan danışmaq “məharətini” də nümayiş etdirdi. Yəni bu adamın ağlı, düşüncəsi hətta ora qədər yetmədi ki, konkret şəxslə, bir nəfərlə bağlı olan işin heç bir halda bütöv bir xalqa və onun dövlətinə şamil edilməyəcəyini və bu sadə prinsipin, hətta hüquqdan anlayışı olmayan insanlar tərəfindən də başa düşüldüyünü dərk edə bilsin. Prezident İlham Əliyev isə bir daha söz götürərək səlis və mükəmməl ingilis dilində, təkzibolunmaz faktlara əsaslanaraq Paşinyanın yalanlarını ifşa etdi. Paşinyanın videokonfransda həm Azərbaycan prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha onun küçə adamı olaraq qaldığını, hətta hakimiyyətə gəldikdən sonra aldığı dərslərin də onu qətiyyən dəyişmədiyini nümayiş etdirdi. Paşinyanın və tərəfdarlarının böyük həvəslə gözlədikləri revanş növbəti və daha biabırçı fiasko ilə nəticələndi".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu konfransın Paşinyanın növbəti təxribat cəhdi ilə yadda qaldığını söylədi: “Zabit Ramil Səfərovun Azərbaycan bayrağını aşağılayan erməni zabitini Macarıstanda cəzalandırması hadisəsi ermənilərin yaddaşına elə həkk olunub ki, bu hadisəni harada gəldi özlərinə uyğun şəkildə səsləndirirlər. Paşinyan məlum hadisəni bu dəfə də onlayn konfransda xatırladaraq Avropadan dəstək almağa çalışdı. Ancaq yenə alınmadı. Çünki Azərbaycan prezidentinin vaxtilə Parisin Orli hava limanında partlayış törədən və günahsız fransalıların da ölümünə səbəb olan erməni terrorçunun Ermənistana ekstradisiya edilərək qəhrəman kimi qarşılanması olayını xatırlatması məsələyə nöqtə qoydu. Paşinyan bu mövzuda üstünlük qazanmayacağını anlayaraq Qarabağ mövzusuna keçdi və özünün illərdir təkrarladığı fikri yenə səsləndirdi: ”Dağlıq Qarabağ münaqişəsinin həlli “Arsax”, Ermənistan və Azərbaycan xalqlarının maraqlarına uyğun olmalıdır". Paşinyan eyni cümləni iyunun 17-də parlamentdəki çıxışı zamanı dilə gətirmişdi. O, bu cümləni hakimiyyətə gələndən bu yana təkrarlayır. O, düşünür ki, cümləsinə “Azərbaycanın da maraqları nəzərə alınmalıdır” sözlərini əlavə etməklə guya güzəştə gedir və bu cümləsiylə o keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqelərindən fərqlənir. Əlbəttə, Köçəryan və Sərkisyan Paşinyan kimi “münaqişənin həlli Azərbaycan xalqının da maraqlarına cavab verməlidir” fikrini işlətməyiblər. Ancaq problem ondadır ki, işğal məsələsində Paşinyan Köçəryan və Sərkisyandan geri qalmır və bəlkə də onlardan daha irəlidədir. Paşinyanın işğal altındakı Şuşada “andiçmə” mərasimi təşkil etməsi, işğal altındakı bölgələri məskunlaşdırması və Dağlıq Qarabağa işğal altındakı rayonlarımız üzərindən üçüncü yol çəkməsi təxribatların davamlı şəkil almasının bariz nümunəsidir. Bütün bunlar Azərbaycanın əleyhinədir. Ona görə də Paşinyanın “münaqişənin həlli Azərbaycanın maraqlarına cavab verməlidir” sözləri onun əməli ilə tərs mütənasibdir. Paşinyan, sadəcə, ifadələrlə söz oyunu aparır, əməldə isə devirdiyi və həbs etdidiyi keçmiş liderlərin işğalçılıq siyasətini var gücü ilə davam etdirir".
“Yeni Müsavat”
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO