Paşinyanın “siyasi şələ-külə”si onun turist çantasına yerləşəcəkmi... - GƏLİŞMƏ
Hadise
Oxunub: 347
18 in 2020 | 18:16
Paşinyanın “siyasi şələ-külə”si onun turist çantasına yerləşəcəkmi... - GƏLİŞMƏ


Ermənistanda ölkədaxili situasiya gərginləşməkdə davam edir. Və yaxın vaxtlarda Paşinyan hökumətinin vəziyyətə nəzarəti tamamilə itirə biləcəyi də qətiyyən istisna olunmur. Hətta situasiyaya nəzarətin qismən itirildiyi də iddia edilir.

Əslində bu, qətiyyən təəccüblü deyil. Çünki Ermənistana rəhbərlik edən siyasi elitanın tərkibi daha çox səriştəsiz və təcrübəsiz şəxslərdən ibarətdir. Bu isə bir dövlət üçün ən ciddi problemlərdən hesab edilir.

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyanın keçmişi jurnalistikayla bağlıdır. Vaxtilə parlament jurnalisti olub. Daha sonralarsa, özünün təsis etdiyi qəzetdə baş redaktor postunu tutub.

2012-ci ildə deputat seçilməsindən sonra Serj Sərkisyan hakimiyyətinə qarşı iğtişaşlara çevrilmiş kütləvi etiraz aksiyalarının təşkilatçılarından olub. Yəni N.Paşinyanın siyasi karyersındakı yüksəlişdə qarşıdurmaların və toqquşmaların xüsusi yeri var. O, bunu çox gözəl bacarır.

Ancaq dövləti idarə etmək, ölkə əhalisinin sosial rifahından məsul olmaq tamamilə fərqli qabiliyyətlər tələb edir. Əlbəttə, jurnalist keçmişi onun üçün müəyyən üstünlüklər qazandırmış ola bilərdi. Xüsusilə də özünü ifadə etmək vərdişləri siyasətdə kifayət qədər ciddi əhəmiyyət daşıyır.

Halbuki baş nazir Paşinyana münasibətdə buna əmin olmaq bir qədər çətindir. Çünki onun davranışlarında və nitqində analoji vərdişlərin əlamətləri qətiyyən sezilmir.

Əlbəttə, onun hər hansı məqaləsini oxumamişam, jurnalist fəaliyyəti ilə də tanış deyiləm. Jurnalist kimi babat məqalələr yazmış da ola bilər.

Ancaq siyasət meydanında tamamilə “piyada” olduğu elə ilk baxışdanca nəzərə çarpır. Onun öz primitiv dünya görüşü, ziddiyyətli və qeyri-ardıcıl davranışları ilə baş nazir postuna necə sahiblənə bildiyi sözün əsl mənasında, təəccüb doğurur.

Faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı “Mir” telekanalına verdiyi son müsahibə onun savadının deyil, yalnız savadsızlığının səviyyəsini ortaya çıxara bilərdi. Rus dilində bilmədiyi halda, sözləri dişlərinin arasında əzişdirərək, səpələyirdi.

Danışdıqları anlamsız və olduqca ziddiyyətli idi. Hətta yalana çox meylli olduğu 2-3 dəqiqə öncə dedikləri ilə daha sonra söylədikləri arasındakı kəskin ziddiyyətlərdən də anlaşılırdı.

Məsələn, babası haqqında suala cavab verərkən, özünün formalaşmasında əcdadının böyük rolu olduğunu söylədi. Babasının öyüd-nəsihətlərinin onun üçün həyat dərsi olduğunu deyərək, lovğa görkəm aldı. Əcdadının müharibə haqqında söhbətləri sayəsində sovet xalqının faşizmə qarşı qəhrəmanlıqla mübarizə aparması barədə məlumatlı olduğunu iddia etdi.

Amma sonra “bir çuval ənciri” bərbad elədi. Dedi ki, babasını heç vaxt görməyib. Çünki babası II Dünya müharibəsində iştirak edibmiş və geri dönməyibmiş. Onun haqqında isə yalnız atasının söhbətlərindən və babasının cəbhədən yazdığı məktublardan məlumat alıbmış.

Halbuki cəmisi 2-3 dəqiqə öncə babasının öyüd-nəsihətlərindən “həyat dərsi alıb, formalaşması”yla lovğalanmışdı. “Yalançının yaddaşı olmur” deyimi yəqin ki, elə N.Paşinyan üçün nəzərdə tutulub.

Müsahibənin sonluğunda “qatıq bankası”nı ümumiyyətlə, salıb sındırdı. Çünki dedi ki, babasının II Dünya müharibəsi qəhrəmanı olmasından və onun “şərəf”inə Nikol adlandırılmasından “qürur” duyur.

Məhz bu “şərəf” və “qürur” mövzusu məsələni bir az qarışdırmış oldu. Çünki “Yerevan today” nəşrinin yaydığı məlumata əsasən, II Dünya müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş sovet hərbçiləri barədə ümumiləşdirilmiş elektron məlumat bankı Paşinyanın babasının faşistlərə xidmət etdiyini sənədlərlə təsdiqləyir. Məlumat bazası Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılıb. Bazada sovet arxivlərindəki sənədlərdən ibarət 37 milyon qeyd var.

Arxiv sənədlərində qeyd olunub ki, Ermənistanın Tavuş rayonunun Yenokovan kəndindən olan Nikolay Vartanoviç Paşinyan 1943-cü ildə Almanya Vermaxtının erməni legionunda sovet ordusuna qarşı döyüşlərdə ölüb.

Ortaya çıxan bu faktlar Paşinyanın nasist cinayətkarlarının, indiki Ermənistanın siyasi elitasının banisi elan edilmiş, sovet əsirlərinə qarşı işgəncələr etdiyinə görə SMERŞ-in göndərdiyi xüsusi kəşfiyyat qrupu tərəfindən öldürülmüş Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsindəki prinsipial mövqeyinin səbəbini izah edir.

Həmin “şərəfli baba”nın “qürurlu nəvə”si Nikol Paşinyan indi Ermənistana rəhbərlik edir. Və yerli mətbuatın iddialarına görə, ölkəsində hər kəs - əhali də, müxalifət də, hətta özünün formalaşdırdığı hakimiyyət komandasının üzvləri də ondan narazıdır.

İndi “qürurlu nəvə” öz siyasi karyerasında sonun başlanğıcına qədəm qoyub. Vaxtilə özünün dediyi kimi, “sakit məxməri inqılab”la hakimiyyətə gələn baş nazir N.Paşinyan indi əndişə içərisindədir. Hər an devrilə biləcəyindən narahatdır.

Ən paradoksal hal odur ki, ölkəsini “cəhənnəm” adlandıran baş nazir dövlətin əsas dayağı hesab olunan ordudan qorxur. Yerli medianın məlumatına görə, N.Paşinyan ordunun ona qarşı hərbi çevriliş hazırlığında ola biləcəyindən şübhələnir. Bunun qarşısını almaq üçün ordunun rəhbərliyindəki şəxsləri sürətlə dəyişdirməyə çalışır. Ancaq yetərincə özünə sadiq hərbi kadrlar tapmaqda çətinlik çəkir.

Ona görə də erməni baş nazirin əlaltdan ehtiyat variantlar barədə düşündüyü bildirilir. İddialara görə, bir müddət öncə o, hətta həyat yoldaşı Anna Hakopyanı mühacirət dövrünə hazırlıq məqsədilə Kanadaya da göndəribmiş. Və yerli mətbuat Anna Hakopyanın Kanadada çirkli pulların yuyulması üzrə geniş əlaqələr qura bildiyini də iddia edir.

Belə görünür ki, Ermənistanda növbəti hakimiyyət çevrilişi yaxınlaşır. “Məxməri inqilab” dövründə əhaliyə “bol kisə”dən hər cür şirnikləndirici vədlər verib, aldadan N.Paşinyan Ermənistan üçün arzuolunmaz siyasi personaya çevrilmiş vəziyyətdədir.

Anlaşılan odur ki, vaxtilə hakimiyyətə sahiblənmək üçün yola çıxarkən çiyninə atdığı turist çantasına bu qəribə adamın bir daha ehtiyacı olacaq. Amma bu dəfə yəqin ki, “siyasi şələ-külə”sini içinə toplayıb, aradan çıxmaq üçün...

Elçin XALİDBƏYLİ,
Siyasi analitik //musavat.com//
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO