Bakı güc variantını heç vaxt masa üzərindən düşürməyib - GƏLİŞMƏ
Hadise
Oxunub: 367
18 in 2020 | 18:44
Bakı güc variantını heç vaxt masa üzərindən düşürməyib - GƏLİŞMƏ


Düşmən Ermənistanda daxili ictimai-siyasi durum gərgin olaraq qalır. İnqilabçı baş nazir Nikol Paşinyan öz siyasi opponentləri üzərinə, xüsusən də parlamentdəki ikinci ən böyük fraksiya olan “Çiçəklənən Ermənistan” deputat fraksiyasının rəhbəri, oliqarx Qaqik Tsarukyana qarşı növbəti hücuma, faktiki, “səlib yürüşü”nə başlayıb. Xəbər verildiyi kimi, Ermənistan Baş Prokurorluğunun təqdimatı əsasında Tsarukyanın həbsinə icazə üçün onun deputat mandatı iki gün öncə ləğv olunub.

Buna cavab olaraq, dünən fraksiyanın deputatları qanunverici orqanın iclasını boykot edərək zaldan çıxıblar. “Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və ifadə azadlığına hörmət şüarları ilə gələn əksəriyyət siyasi müxalifləri susdurmağa çalışır. Bu, səhv yoldur və ölkəni iflasa aparır. Ermənistanın diktaturaya çevrilməsi üçün resursları yoxdur. Biz həqiqi demokratik dəyərlər, vətəndaşların sosial, iqtisadi və siyasi hüquqları uğrunda mübarizə aparacağıq”, - deyə fraksiyanın deputatı Arman Abovyan bildirib. O, Tsarukyanın toxunulmazlığından məhrum edilməsinə dair səsvermənin siyasi repressiyadan başqa bir şey olmadığını deyib və əlavə edib ki, beynəlxalq ictimaiyyət məsələni yaxından izləyir.

*****

Ermənistanda hakimiyyət uğrunda növbəti siyasi qarşıdurmanın nə ilə bitəcəyi hələlik dəqiq məlum olmasa da, bir şey aydındır ki, işğalçı ölkədəki son proseslər Dağlıq Qarabağ konfliktinin həlli perspektivinə təsirsiz ötüşməyəcək. Bir sıra analitiklərə görə isə Ermənistanda koronavirus pandemiyası ilə daha kritik hala gələn situasiya Dağlıq Qarabağ məsələsində Azərbaycana öz ərazi bütövlüyünü güc yolu ilə bərpa eləmək üçün unikal fürsət yaradır.

Belə fikirlər var ki, artıq təcavüzkar ölkədə hansısa hakimiyyət dəyişikliyinə ümid bəsləmək olmaz, çünki əgər əli dinc azərbaycanlıların qanına batmayan Nikol Paşinyan da özünə qarşı yüksək ictimai etimaddan istifadə edib Qarabağla bağlı konstruktiv mövqe tutmadısa, erməni xalqını sülhə hazırlamaq istəmədisə, əksinə, sələflərindən daha destruktiv mövqeyə yuvarlandısa, absurd təkliflərlə, sadəcə, status-kvonu, işğal rejimini uzatmağa çalışdısa, bu yöndə illüziyalara qapılmağa dəymir.

Yəni Azərbaycan ermənilərin hakimiyyət davasına diqqət verməyib öz əsas dərdinə çarə qılmalıdır. Başqa yandan, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyinin heç bir səmərə vermədiyi, vasitəçilərin hamısının, özəlliklə də Rusiyanın başının özünə qarışdığı bir vaxtda yaranmış vəziyyət rəsmi Bakı üçün əsl məqam sayılır ki, hərəkətə keçib, qısa müddətdə ən azı, 1-2 rayonu işğaldan azad eləsin. Şübhə yox ki, bunun ardınca İrəvan sülh danışıqlarında üzüyola olacaq və konstruktiv mövqe tutacaq.

*****

“Tsarukyan da Paşinyanın yerinə gələ bilər. Amma Tsarukyan Paşinyandan da murdar adamdır. Biz arxayın olmamalıyıq ki, Ermənistanda hakimiyyətə gələcək şəxs daha proqressiv mövqedə duracaq, bu mümkün deyil. Hakimiyyətə gələn istənilən erməni ”Böyük Ermənistan" iddiasından və Qarabağ məsələsindən əl çəkməyəcək".

Politoloq Cümşüd Nuriyev bunu Teleqraf.com-a müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanda baş verən prosesləri gözləməməlidir, çünki xüsusən də Avropa Parlamentinin ərazi bütövlüyümüzü dəstəkləyən, Ermənistanı işğalçı adlandıran son məlum qərarından sonra münaqişənin həlli üçün böyük bir fürsət yaranıb.

“Bir tərəfdən ABŞ bəyan edir ki, nizamlama prosesindən çıxmaq istəyir, bu tərəfdə də Fransanın başı öz problemlərinə qarışıb, Rusiyanın da öz problemləri var. Yəni onlar Dağlıq Qarabağ məsələsini həll etmək istəmirlər. Bəlkə də Azərbaycanın son 30 ildə indiki qədər şansı olmayıb ki, öz ərazi bütövlüyünü bərpa etsin”, - deyə o qeyd edib.

Politoloq hesab edir ki, Bakı buna getməlidir: “Hazırkı siyasi vəziyyət və beynəlxalq hüquq Azərbaycanın xeyrinədir, hərbi və iqtisadi güc də bizim tərəfimizdədir. Azərbaycan xalqı birmənalı şəkildə bu məsələdə prezidenti dəstəkləyəcək. Azərbaycan indi bu qərarı qəbul eləsə, ərazi bütövlüyümüz qısa vaxtda bərpa olunacaq, daxildə qarşıdurma da olmayacaq, heç bir qüvvə buna getməyəcək. Vəziyyəti araşdırıb bunu görə bilirəm. Əminliklə deyə bilərəm ki, Azərbaycan indi bir güllə ilə bir neçə ”dovşan" vura bilər. Bununla həm ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq, həm də qarşıdurma aradan qalxacaq, ölkədə milli birlik və vətəndaş həmrəyliyi yaranacaq. Bütün bunları nəzərə alaraq bu addımı atmaq lazımdır. İndi bizim üçün Paşinyanın gedib, yerinə hansısa “yanın” gəlməsi maraqlı olmamalıdır. İlanın ağına da lənət, qarasına da. Onların ən yaxşısı Petrosyan idi, getdikcə digərlərindən daha da murdarlaşdı. Paşinyandan sonra gələnlər daha da murdar olacaq".

Politoloqun əminliyinə görə, qarşıdakı bir-iki ayda şans var ki, Dağlıq Qarabağ məsələsini həll edək. “Rusiyanın da başı özünə qarışıb. Yəni Azərbaycan üçün bundan ideal şərait yoxdur. Bunu dəyərləndirmək lazımdır”, - deyə o əlavə edib.

*****

Əlbəttə ki, savaş variantı, güc yolu ilə ərazi bütövlüyümüzün bərpa olunması məsələsi həmişə gündəmdədir. Bu variant heç vaxt masa üzərindən düşürülməyib. Ona görə ki, Azərbaycan xalqı və dövləti işğal faktı ilə barışmaq, sonsuzadək ərazi itkisi ilə barışmaq fikrində deyil. Bunu Ermənistan da, həmsədr dövlətlər də bilir. O ayrı məsələ ki, güc variantının tətbiqi haqda qərarı Azərbaycanın siyasi-hərbi rəhbərliyi verir. Belə qərarlar isə bütün regional və beynəlxalq şərtlər bir daha hesablanaraq, yüz ölçülərək və ən əsası, düşməni qəfil yaxalayacaq bir şəkildə verilir. Yəqin ki, Bakının bu xüsusda öz “yol xəritəsi” var.

Bir çox əcnəbi analitiklər də Qarabağla bağlı Bakı üçün az qala, tarixi bir şansın yarandığı qənaətindədirlər.

“Ermənistan heç bir zaman suveren dövlət olmayıb. İrəvanın xarici siyasətini isə həmişə Moskva formalaşdırıb. Ermənistanda baş verən son hadisələri və Moskvanın tədricən İrəvandan üz döndərməsini nəzərə alsaq, bu gün Azərbaycan üçün tarixi şans yaranıb”.

Ukraynalı hərbi ekspert Oleq Jdanov bu qənaətdədir (Axar.az). Onun sözlərinə görə, Azərbaycanın Qarabağ məsələsini güc yolu ilə asanlıqla həll etmək imkanına sahib ordusu var: “Bakı bir hərbi əməliyyatla istədiyinə nail ola bilər. İndi yalnız Moskvanın müdaxiləsi ilə bağlı siyasi məsələləri həll etmək qalır. Ermənistan havadarlarının köməyinə ümid edirsə, Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana öz ordusundan başqa heç kim lazım deyil”.

Ekspert bildirib ki, hərbi tərəfdaşlara və əsgərlərin tədrisi ilə bağlı təcrübə mübadiləsinə malik olan Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və ən çətin vəzifələrin yerinə yetirilməsinə hazırlığını daim artırır: “Hərbçilərin əsas şüarı var: təlimlər maksimum döyüş şəraitinə uyğun keçirilməlidir. Ən yaxşı təlimlər döyüş əməliyyatları ehtimal olunan yerlərdə aparılır. Azərbaycan Ordusu Qazaxıstan dağlarında da təlimlər keçirməyi planlaşdırır. Bu, o deməkdir ki, Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Dağlıq Qarabağ dağlarında maksimum səmərəli fəaliyyət göstərməyə və ərazilərin azad edilməsi ilə bağlı qarşıya qoyulmuş mühüm tapşırığı həll etməyə hazırdır”.

*****

Əlbəttə ki, Azərbaycan Ordusu qardaş Türkiyənin zəngin döyüş təcrübəsi hesabına da öz hazırlıqlarını daima artırmaqdadır. Söhbət həm hərbi-texniki sahədə tərəflər arasında ildən-ilə güclənən əməkdaşlıqdan, o sırada Türkiyə hesabına ordumuzun arsenalına yeni-yeni müasir silahların, PUA-ların, modern raket sistemlərinin daxil edilməsi və müştərək silah istehsalı ilə bağlı planlardan, həm də vaxtaşırı həyata keçirilən birgə təlimlərdən gedir... //musavat.com//
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO