Səfər Əbiyevin balıq konservləri 200 əsgəri necə zəhərləmişdi? - FAKT
Hadise
Oxunub: 266
17 in 2020 | 17:15
Səfər Əbiyevin balıq konservləri 200 əsgəri necə zəhərləmişdi? - FAKT


“Keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə Azərbaycan Ordusunda baş verən cinayətlər, özbaşınalıq halları, qanunsuzluqlar, korrupsiya faktları zaman ötdükcə bir qədər arxa plana keçsə də yaddaşlardan silinmir, unudulmur. Bəlkə də onun orduya rəhbərlik etdiyi dövr qısa, mənfi halların sayı isə bir qədər az olsaydı, bunlar heç yadda qalmazdı. Amma 19 il nazir işləyən Səfər Əbiyevin “aktivində” o qədər cinayət və qanunsuzluqlar var ki, nə saymaqla bitəndi, nə də ki unudulan”.

Bunu Hit.Az-a adının çəkilməsini istəməyən keçmiş hərbi hissə komandiri, ehtiyatda olan polkovnik bildirib.

O qeyd edib ki, belə hadisələrdən biri də 2009-cu ilin may ayının 28-də, ölkədə Respublika Günü qeyd olunan gün Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə baş verib: “Özlərini pis hiss edən, qidadan zəhərləndikləri güman olunan əsgərlər müxtəlif hospitallara, əsasən də yaxınlıqdakı Müşfiqabad qəsəbəsinin poliklinikasına aparıldılar. Təxminən 200 əsgər zəhərlənmiş və xəstəxanalara yerləşdirilmişdi”.

Keçmiş hərbi hissə komandiri zəhərlənmənin əsil səbəbini də açıqlayıb. Onun sözlərinə görə, əsgərlər balıq konservindən zəhərlənib: “Səfər Əbiyev bütün ordunu bazara çevirmişdi və hər şeydən maddi qazanc götürməyə çalışırdı. O, ordunun ərzaq təminatını da özünə yaxın adamlara verirdi. Şəxsi heyət üçün balıq konservlərinin alınmasını isə Elçin adlı ortağına tapşırmışdı. Elçin də harada keyfiyyətsiz, ucuz balıq konservləri vardı, onu alıb gətirirdi. Səfər Əbiyevin bundan xəbəri olasa da, heç bir tədbir görmürdü. Çünki Elçinlə şərik idi və hər ikisini əsgərlərin sağlamlığı qətiyyən maraqlandırmırdı. Onların məqəsdi pul qazanmaq idi və alınan hər ucuz, keyfiyyətsiz mala görə büdcədən milyonlarla manat vəsait silirdilər. 200 əsgərin zəhərlənməsinə səbəb olan balıq konservləri də həmin məhsullardan biri idi”.

O, hadisədən qısa müddət sonra zəhərlənmənin necə baş verdiyinin bütün zabitlərə məlum olduğunu söyləyib: “200 əsgərin zəhərlənməsi çox ağır və ciddi hadisə idi. Qısa müddət sonra bütün təfərrüatlar şəxsi heyətə, zabitlərə məlum idi. Çünki hamı bu hadisədən danışırdı. Belə ki, axşam yeməyində əsgərlərə balıq konservi vermişdilər. Konserv xarab olub, xeyli əsgər onu yeməyib. Amma bəziləri yemək məcburiyyətində qalıb. Axşam yoxlamasından sonra əsgərlərin hamısı qarın boşlğunda ağrı hiss ediblər. Bütün əsgərlər sancılanmaqdan, halsızlıqdan şikayət edib. Bu barədə komandirlərə məlumat verilib, onlar da yuxarı vəzifədə olan şəxsləri məlumatlandırıblar. Çox güman ki, o dövrdə Müdafiə naziri olan Səfər Əbiyevə də məruzə olunub. Amma vaxtında tədbir görməyiblər, nəticədə zəhərlənən əsgərlərin vəziyyəti daha da ağırlaşıb. Sonra onları xəstəxanaya aparmaq məcburiyyətində qalıblar".

Ehtiyatda olan polkovnik vurğulayıb ki, bu hadisə ölkədə böyük rezonans doğurdu, mətbuatda geniş işıqlandırıldı. Onun sözlərinə görə, S.Əbiyev digər məsələləri olduğu kimi əsgərlərin kütləvi formada zəhərlənməsini də ört-basdır etməyə, valideynlərdən, bütün xalqdan gizlətməyə çalışıb, amma buna nail ola bilməyib.

O deyib ki, S.Əbiyevin Müdafiə naziri işlədiyi dövrdə şəxsi heyətin, Azərbaycan əsgərinin həyat və sağlamlığına biganə münasibət göstərilib.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO