Məşhur həkimin COVID-19-la bağlı proqnozları özünü doğruldur – “Bu virusa hamımız yoluxacağıq”
Hadise
Oxunub: 324
16 in 2020 | 19:19
Məşhur həkimin COVID-19-la bağlı proqnozları özünü doğruldur – “Bu virusa hamımız yoluxacağıq”


“Müəyyən müddətdən sonra həm biz viruslara öyrənəcəyik, həm də onlar əbədiyyən yaşamaq üçün mutasiyaya uğrayacaqlar”
Harvard Universitetinin məzunu, Kolumbiya Universitetinin professoru, Nyu-York Presbyterian Xəstəxanasının ürək-damar proqramının rəhbəri, ABŞ Senatının həkim-məsləhətçisi, Amerikanın televiziya kanallarında sağlamlıq və sağlam həyat tərzi ilə bağlı verilişlərin müəllifi, tük əsilli, məşhur amerikalı həkim Mehmet Öz koronavirus təhlükəsi başlayan dövrdən COVID-19ıla bağlı maarifləndirici məlumatlarla, məqalələrlə çıxış edir. Və bu müddətdə məşhur həkimin dedikləri bir-bir təsdiqini tapır. Virusa yoluxanların sayı artdıqca, Mehmet Özün, “Hər kəs bu virusa yoluxacaq” proqnozu da özünü doğruldur.

Dominant.az aktuallığını nəzərə alıb, Mehmet Özün “idarə olunan terror” adlandırdığı koronavirusla bağlı hələ bir neçə ay öncə yazdığı məqalələrindən birini təqdim edir:
“Bu virusa görə illərlə doğru-düzgün girmədiyim “Facebook”a girmək və bir şey yazmaq istədim, çünki 15 yanvardan bəri, yəni 2 aydan çox məlumatlar oxudum, bu xəstəliklə bağlı elmi məqalələr yazdım. Əvvəlcə bunu bilmək faydalıdır ki, bu virusdan heç bir xilas yolu yoxdur. Hamımız istisnasız yoluxacağıq, ancaq nə qədər gec yoluxsaq, bir o qədər yaxşıdır, səbəbini isə sonda açıqlayacağam. Qrip virusu kimi bu virusla da illərlə, on illərlə yaşamağı öyrənəcəyik. Buna əmin olun.
Hazırda tətbiq edilən karantin və digər tədbirlər virusun yayılmasını yavaşlatmaq və səhiyyə sisteminin çökməməsi məqsədilə həyata keçirilir. Çox sürətlə yayılması ilə xəstəxanaların reanimasiya şöbələri kritik vəziyyətə düşür və İtaliyada olduğu kimi dəhşətli bir vəziyyət ortaya çıxır ki, hansı xəstənin yaşayacağı, hansının öləcəyi barədə qərar verilməlidir.
Viruslar, əslində, ölümcül, şeytani düşmənlər deyil. Onlar da bizim kimi yaşadıqları bölgə sayəsində yaşayan canlı varlıqlardır. Əsasən, heyvanlardan bizə keçirlər və bəli, ümumiyyətlə heyvanları öldürmürlər. Çünki özləri də yaşamaq üçün üzərində məskunlaşdıqları canlılara ehtiyac duyurlar. Əsrlər boyu heyvanlarla yaşamağa alışıblar.
Bəs, biz niyə ölürük? Çünki bir-birimizi tanımırıq. Virus hələ də özünü heyvan orqanizmində zənn edir. Yeni məskunlaşdığı mənzilin şərtlərini bilmir. Müəyyən müddətdən sonra həm biz onlara öyrəşəcəyik, həm də onlar əbədiyyən yaşamaq üçün mutasiyaya uğrayacaqlar. Beləliklə, birlikdə yaşamağa alışacağıq.
Məsələn, heç “herpes labialis” virusunu eşitmisiniz? Eşitməmisinizsə, deyim ki, bu, dünyada ən çox yayılmış viruslardan biridir və bir dəfə bədənimizə daxil olduqdan sonra biz ölənə qədər vücudumuzdan çıxarıla bilməz. Bəs, bu virus nə edir? Dodaqlarımız uçuqlayır. Amma bizi öldürmür, çünki ölsək, yaşaya bilməz.
Qrip virusu da buna bənzəyir. Öldürmə nisbəti 0,1% həddindədir və əsasən, bədənində xroniki xəstəlikləri olanları öldürür. Və hər il dünyada yarım milyard insan qrip virusuna yoluxur. Bu formada birlikdə yaşamağa öyrəşdiyimiz tonla virus var. Koronaviruslar (sars, mers və s.) ilə də yaşamağa öyrənəcyik (təbii ki, mers ilə bəlkə min il sonra).
Mətləbə gəlim, dediyim kimi, hamımız bu virusa yoluxacağıq. Bəlkə bir çoxumuz, hətta yoluxmuşuq, amma fərqində deyilik. Və ya hətta xəstəliyi də geridə qoymuşuq. Vücudumuz artıq çoxdan virusla yaşamağa alışıb, ya da virus orqanizmimizdə yaşaya bilməyib, başqa şəxslərə keçib. Bu mövzuda ən yaxşı nümunə “Diamond Princess” gəmisidir. Gəmidəki 3700 nəfərdən 700-ünün analizi müsbət çıxıb. Lakin həmin 700 nəfərdən 350-si xəstəliyi heç hiss etməyib, indi də çox sağlamdırlar, yataqda yatmırlar, yaşları da olduqca yüksəkdir.
Sual yaranır: niyə? Çünki həmin 350 nəfərin immun sistemi çox güclüdür. Beləliklə, bu xəstəlikdə ən vacib məsələ immun sistemidir. Aramızda immun sistemi güclü olanlar – idman edənlər, düzgün qidalananlar, siqaret çəkməyənlər və b. bəlkə də bu xəstəliyi heç hiss etməyəcəklər. Bəlkə də yüngül qrip kimi sağalacaqlar və həyatlarını davam etdirəcəklər.
Nə etməlisən? Orqanizmin müqaviməti əsas şərtdir. Daha sonra idman və hərəkət, sonra düzgün qidalanma. Xüsusilə meyvə-tərəvəz və daha spesifik qidalar, məsələn, sarımsaq, qatıq, kefir, yaşıl çay və s. Ondan sonra qida əlavələri. Xüsusilə, vitamin C, sink, beta qlukanlar (1.3 və 1.6) və qara qarağat ekstraktı. Əgər özünüzə qulluq etsəniz, meyvə-tərəvəzlər və qida əlavələri bu dönəmdən keçməyə kömək edə bilər. Çünki bunlar immun sisteminin müqavimətini artırır.
Dediyim kimi, bu virusla yaşamağa öyrəşin. Önümüzdəki illərdə, bəlkə də aylar və ya həftələrdə mutasiyaya urğayacaq, ya daha ölümcül olacaq, ya da özünü itərəcək. Amma bu ehtimal çox aşağıdır. Düşünürəm ki, o da bizimlə yaşamağı öyrənəcək. Peyvənd tapılsa belə, hər dəfə mutasiya edildikdə peyvənd də öz funksiyasını itirəcək. Qrip peyvəndləri də buna bənzəyir. Sizi yalnız ötən illərin qrip viruslarından qoruyur, yenilərdən yox. Yəni tam qorunmanı təmin etmir. Tam qorunma isə güclü immun sistemidir.
Ancaq dediyim kimi, virusun sağ qalması üçün sahibini öldürməməsi və digər şəxslərə keçə bilməsi lazımdır. Bunun üçün də mütləq mutasiyaya uğramaq məcburiyyətindədir. Mutasiya dediyimiz isə nəsil dəyişimidir, viruslar çox sürətlə çoxalıb öldükləri üçün bizdə illərlə davam edən nəsil dəyişikliyi onlarda saatlar çəkir. Yəni çox sürətlə mutasiya olurlar. Çox güman ki, zaman keçdikcə virus yoluxduğu insanı öldürməmək üçün mutatsiyaya uğrayacaq. Beləliklə, bu virusa nə qədər gec yoluxsanız, təhlükəsi o qədər az olacaq.
Bəli, bu virusa hamımız yoluxacağıq, amma nə qədər gec olsa, bir o qədər şanslı olacağıq. Buna görə evdən mümkün qədər çıxmamaq, gigiyenaya diqqət yetirmək, düzgün qidalanmaq, hərəkət etmək və lazımi qida əlavələrini qəbul etmək lazımdır. Bunları edənlərin hamımızdan daha uzun ömür sürəcəyinə əmin olun.
Qısa xülasə:
1. Karantində qalın: Virusla ən gec təmas quranlar ən şanslı olacaqlar.
2. Gigiyena: Mümkün qədər təmizliyə diqqət yetirin.
3. Meyvə-tərəvəz yeyin.
4. İmmun sistemini gücləndirən sarımsaq, kefir və qatıq kimi qidaları yeyin.
5. İmmuniteti gücləndirən qida əlavələri və vitaminlər qəbul edin. Misal üçün: beta qlükanlar, C vitamini, sink, qara qarağat ekstraktı və s.
6. Hərəkətli olun və evdə idman edin.
7. Siqareti tərgidin.
8. Bol miqdarda su için”.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO