Karantin olmasaydı milyonlarla adam ölərdi... - ARAŞDIRMA
Hadise
Oxunub: 326
9 in 2020 | 21:44
Karantin olmasaydı milyonlarla adam ölərdi... - ARAŞDIRMA


Britaniyada aparılmış bir elmi-tədqiqat göstərib ki, karantin tədbirləri görülməsəydi, Avropada koronavirusdan ölənlərin sayı milyonlarla ölçülə bilərdi. Lakin Londondakı İmperiya Kollecinin alimləri bunu da deyiblər ki, adamların yalnız az bir hissəsi koronavirusa yoluxub. “Biz hələ də pandemiyanın başlanğıcındayıq”,-alimlər deyir.

BBC-nin yazdığına görə, ABŞ-da aparılmış başqa bir araşdırmadan məlum olub ki, qlobal karantinlər qısa müddətdə bütün zamanlarda olduğundan daha çox insanın həyatını xilas edib.

İmperiya Kollecinin apardığı tədqiqat Avropanın 11 ölkəsini – Avstriyanı, Belçikanı, Danimarkanı, Fransanı, Almaniyanı, İtaliyanı, Norveçi, İspaniyanı, İsveçi, İsveçrəni və Britaniyanı əhatə edib. Alimlər may ayının əvvəllərinədək olan statistikadan istifadə ediblər.

Həmin vaxtadək sadalanan ölkələrdə 130 min insan vəfat etmişdi. Alimlər xəstəliyin karantinsiz şəraitdə mümkün statistikasını modelləşdiriblər.Yeri gəlmişkən, Britaniyada karantin elan edilməsini də bu tədqiqat qrupu tövsiyə etmişdi. Hesablamalara görə, əgər bizneslər bağlanmasaydı və adamlara evdə qalmaq tövsiyəsi edilməsəydi mayın 4-dək ölənlərin sayı 3.2 milyon nəfər olmalıydı.

Bu isə o deməkdir ki, karantin tədbirləri 3.1 milyon nəfərin həyatını xilas edib.“Nature” jurnalının yazdığına görə tədbilər görülməsəydi, koronavirusdan ölənlərin sayı Britaniyada 470 min, Fransada 690 min, İtaliyada 630 min olacaqdı.

Lakin alimlərin tətbiq etdiyi model bunu da göstərir ki, karantin tədbirləri olmasaydı, pandemiya indiyədək başa çatmış olacaqdı. Beləki bu halda Britaniyada hər 10 nəfərdən 7-si COVID-19-a yoluxacaq və beləliklə də yaranan kütləvi immunitet virusun yayılmasının qarşısını alacaqdı.Alimlərin təxminlərinə görə bütün Avropa boyunca mayın əvvəllərinədək 15 milyon insan koronavirusa yoluxub.

Bu, bütün ölkələr üzrə uzaqbaşı 4 faiz insanın yoluxması deməkdir.Məhz bu səbəbdən də alimlərin fikrincə, karantinlərin qaldırılması virusun yenidən yayılması ilə nəticələnəcək. Tədqiqat komandasının üzvü, doktor Samir Bhatt deyib ki, buna görə də ikinci dalğanın çox tezliklə, qarşıdan gələn 1-2 ayda baş verəcəyini gözləmək olar.

Bu arada Kaliforniya Universiteti karantinlərin Çin, İran, Cənubi Koreya, Fransa və ABŞ-da virusun yayılmasını necə təsirləndirdiyini araşdırıb. Nəticələri “Nature” jurnalında dərc olunmuş həmin tədqiqatın hesabatında deyilir ki, karantinlər adı çəkilən ölkələrdə 530 milyon insanı yoluxmadan qoruyub.
Virtualaz.org
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib