“Uniklinikada” növbəti ölüm: iş prokurorluqda – “O adamlar həbs edilməlidir…”
Hadise
Oxunub: 347
5 in 2020 | 20:46
“Uniklinikada” növbəti ölüm: iş prokurorluqda – “O adamlar həbs edilməlidir…”


Bakı sakini Fərqan Cəfərovun həyat yoldaşı mayın 2-də “Uniklinikada” əməliyyatdan sağ çıxmayıb. Reportyor.info-ya müraciət edən F.Cəfərov bildirib ki, xanımı klinikanın cərrahı Fuad həkim tərəfindən kor bağırsağından əməliyyat edilib. Onun sözlərinə görə, əməliyyat olduğu günün gecəsi halı pisləşib və dünyasını dəyişib, lakin klinikadan yaxınlarına heç bir məlumat verilməyib. “Mən Fuad həkimlə görüşəndə dedi ki, 30 ilin doktoruyam, arxayın ol, get evə, bazar günü gələrsən. Mən 2 min manatdan əməliyyat üçün ödəniş etmişdim, əlavə 300 manat da verməliydim. Günorta 12 radələrində klinikaya əlavə ödənişi etməyə gələndə öyrənmişəm ki, yoldaşım dünyasını dəyişib. Onun gecə 5-də halı pisləşib və bizə xəbər etməyiblər”, -deyə şikayətçi qeyd edib. F.Cəfərovun bildirdiyinə görə, xanımının ölümünə səbəb ürəyinin zəif olması göstərilib: “Əgər ürəyi zəif idisə, niyə əməliyyat edirdilər? Əvvəldən bizə deyə bilərdilər. Ancaq onu hansısa damarı kəsilib ə çoxlu qan itirib. Mən ona sağlam adam vermişəm, üstümə ölü qaytarıb. Vəziyyəti pisləşəndə bizə məlumat verməliydilər”.

Şikayətçi “Uniklinika”nın bağlanmasını və həyat yoldaşının ölümündə günahı olanların həbsini tələb edib. Onun sözlərinə görə, iş Yasamal Rayon Prokurorluğundadır: “Prezidentə, Mehriban xanıma, Baş Prokurorluğa və Yasamal Rayon Prokurorluğuna müraciət etmişəm. Bu klinika bağlanmalıdır, rəhbərliyi və bu hadisədə əli olanlar məsuliyyətə cəlb edilməlidir. Çünki bu gün yoldaşımı öldürənlər sabah başqasının başına gətirəcəklər. Mən prezidentdən və prokurorluq orqanlarından xahiş edirəm ki, həkim səhlənkarlığından olan ölüm faktının araşdırılması barədə göstəriş versinlər”.
Bu gün, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Bu gün, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Bu gün, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Bu gün, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Bu gün, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Bu gün, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Bu gün, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Bu gün, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Bu gün, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Bu gün, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Bu gün, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Bu gün, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Bu gün, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Bu gün, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi