Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia
Hadise
Oxunub: 306
5 in 2020 | 12:12
Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia


İcra başçılarının rüşvət üstündə yaxalanması getdikcə adi hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların "ilişmə" prosesinin rəngarəngliyi-yəni, pulların verilməsi və qəbul olunması anları, görüntülərin müxtəif rakurslardan çəkilməsi, açığı deyək ki, həmişə xüsusi maraq oyadıb və cəmiyyət üçün göstərilən video kadrlarda pul əskinaslarının markaları, düzülüşü və işarələnməsi hər dəfə yenilik kimi qarşılanıb.

Moderator.az-ın yazdığına görə, İmişli icra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin yaxalanması anı, onun saxlancığından çıxan səliqə ilə bükülmüş, yapışqanlanmış pul dağarcıqları əvvəlkilərdən həm həcmcə, həm də çox olması ilə fərqlənirdi. Ona görə cəmiyyətdə belə bir sual yaranırdı: bu icra baçcısı pulları niyə büküb saxlayıb? Adətən, Azərbaycandan oğurlanan pullar ya daxildə, ya xaricdə obyekt almağa sərf edilib. Son günlər İngiltərə Cinayət agentliyinə minnətdar olmalıyıq ki, Azərbaycan məmurlarının Londonda yatırdıqları milyonların kimlərə mənsub olduğunu açıqladı. Əcəba, bəlkə Vilyam Hacıyev də pul bağlamalarını Londona aparmaq niyyətində olub?

Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia


Hakimiyyətdəki yuxarı eşalona yaxın mənbələrdən birinin verdiyi məlumata görə V.Hacıyevin topladığı pullar yuxarılarda sözü keçən səlahiyyətli şəxslərdən birinə çatmalıymış. Hədiyyə kimi yox, bu milyonların əvəzində V.Hacıyevin Prezident Administrasiyasında yüksək posta təyin olunması gözlənilirmiş. Son anda bu niyyətdən xəbərdar olan yüksək vəzifəli şəxs bu "əməliyyat”ın qarşısını ala bilib...

Vilyam Hacıyev bu pulları kimə verəcəkdi? — Sensasion iddia


Xatırlatmaq yerinə düşər ki, V.Hacıyevin ardınca Göy-göl rayon icra hakimiyyətinin başçısı da vəzifədən azad edildi. Mənbənin məlumatına görə əslən Göy-göl rayonundan olan V.Hacıyev o rayonun baççısı Arif Seyidovu da bu işə qoşubmuş. O Arif Seyidovdan da vəsait toplayıb ki, daha yüksək vəzifəyə gedir, əvəzində yerinə 14 il Göy-göl rayonuna başçılıq etmiş Arif Seyidovu gətirir, Göy-göl rayonunun icra başçısının yerinə isə özlərinə yaxın yeni bir şəxsin təyinat almasına çalışırlar. DTX əməliyyatı isə bütün bu planları alt-üst edir...

Mənbə V.Hacıyevin həbsinə qərar verən məhkəmə prosesi bitəndən sonra, çıxışda V.Hacıyevin yaxınlarına müraciət edərək "Narahat olmayın, tezliklə haqq-ədalət öz yerini tutacaq” deməsi havayı deyil. V.Hacıyevin bu mesajı daha çox başqasına ünvanladığı barədə həqiqətə yaxın söz-söhbətlər dolaşmaqda davam edir.

V.Hacıyev Bakıda hansı vəzifəni tutmaq üçün çalışırdı və bunun üçün toplanan pul kimə çatacaq idi? Bu və digər suallar hələlik açıq qalır.

Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
14-05-2024, 14:22
Ruslar Zəngəzurdan çıxır
14-05-2024, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
14-05-2024, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
14-05-2024, 12:20
Prezident Şen Yueyueni qəbul etdi