“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik” - TƏHLİL
Hadise
Oxunub: 283
2 in 2020 | 18:52
“Ermənistanın təyyarəmizi vurması bəhanəsi ilə hücuma keçə bilərdik” - TƏHLİL


Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında müxtəlif cinayətlər törətməkdə davam edir. İstər xaricdəki ermənilərin Dağlıq Qarabağ və ətraf rayonlara köçürülüb orada onlara mənzillər tikilməsi olsun, istər ərazilərimizdə narkotik maddələrin əkilib-becərilməsi olsun, istərsə də yerli terrorçulardan tutmuş, PKK terrorçularına kimi, müxtəlif dəstələrə təlim keçmək olsun... İşğalçılar zaman-zaman bunları sınaqdan keçirirlər. Hələ xarici investisiyaları Qarabağa cəlb edib biznes qurmaları, turizm məqsədilə Qarabağın gözəl guşələrindən yararlanmaları, qızıl mədənlərini “ata malı” kimi yağmalamalarını demirik.

Azərbaycan tərəfindən isə hər belə hal baş verəndə Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində bəyanat verilir. Beynəlxalq təşkilatlara, Qarabağ konfliktinin sülh yolu ilə həllinə dəstək göstərdiyini iddia edən ATƏT-in Minsk Qrupuna müraciətlər olur. Sərhədlərimizi pozub, qanunsuz Qarabağa gələn jurnalistlər, iş adamları, deputatlar, turistlər XİN-in “qara siyahısı”na salınır. Bununla da məsələ bitir, işğalçı öz mənfur addımlarını atmaqda davam edir.

Bu dəfə isə düşmən Qarabağda yeni bir əməl törətməkdədir. Belə ki, ermənilər, artıq işğaldakı ərazilərimizdə diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradıblar. Erməni KİV-lərinin xəbərinə görə, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək kimi vərdişlərə yiyələnirlər. Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. Bundan əvvəl, təlimlərin iyunun 12-21 tarixlərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib. Təlimlərdə keçmiş SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Təlim-tədris məşqlərinə yerli və diaspor ermənilərinin maliyyə yardımı ayırdığı qeyd edilir.

Təbii ki, həmişəki kimi rəsmi Yerevan bu diversiya dəstələrini yaratmadıqlarını iddia edəcək, belə terrorçu dəstənin könüllülərdən cəmləşdiyini, təlimlərə dövlətin maliyyə ayırmadığını bildirəcək. Hətta “xəbərimiz yoxdur”, “elə dəstə ümumiyyətlə yoxdur” kimi bəyanatlar səsləndirəcəklər – beynəlxalq qüvvələri susdurmaq üçün. Amma gün kimi aydındır ki, bu cür dəstələr erməni lobbisinin əli ilə də olsa, dövlətin dəstəyi ilə fəaliyyət göstərir.

Hələlik Qarabağ meşələrindəki hərbi dəstələrlərlə bağlı rəsmi Bakının açıqlaması yoxdur. Nə XİN, nə Müdafiə Nazirliyi, nə də Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat verib. Amma bəyanat verilsə, nə olacaq? Yenə həmişəki kimi, düşmən qulaqardına vurub öz əməlində davam edəcək. Bəs, Azərbaycan nə etsin? Və yaxud da nə etməlidir? Beynəlxalq təşkilatların Ermənistana sülhə zərbə vuran bu cür hərəkətlərinə görə təzyiq etməsini necə və hansı yolla təşkil etmək lazımdır? Hansı addım atılmalıdır ki, Ermənistana xarici təşkilatlar təzyiq göstərsin?

Azərbaycanlı ekspertlər hesab edirlər ki, ilk növbədə rəsmi Bakı özü Ermənistana təzyiq etməlidir. Bunun da tək yolu var, hərbi güc göstərmək. Məsələ ilə bağlı AYNA-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, diplomatik vasitələrlə beynəlxalq güclərə, xüsusən də Minsk Qrupuna çatdırılmalıdır ki, ermənilər bu cür dəstələr yaradırlar: “Çünki belə dəstələrin yaradılması, işğal altındakı ərazilərdə təlimlərə cəlb edilməsi sülh danışıqları ilə zidiyyət təşkil edir. Amma bizim diplomatiyamız bu tip məsələlərdə nədənsə zəiflik nümayiş etdirir”.

Mərkəz rəhbəri deyib ki, xaricdə Azərbaycanı dəstəkləyənlərin sayı çox azdır və yaxud yox səviyyəsindədir: “Erməni lobbisi tərəfindən maliyyələşən, onların təsiri ilə hərəkət edən siyasətçilər, konqresmenlər var ki, fəallıq nümayiş etdirirlər. Məsələn, bu günlərdə ABŞ konqresmenlərindən biri Azərbaycanın hərbi təlimləri ilə bağlı həyəcan təbili çaldı, yalandan “Azərbaycan müharibəyə başlayır, güc yoluna əl atacaq”, - deyib haray çəkdi. Bizim beynəlxalq aləmdə niyə belə tərəfdarlarımız yoxdur? Haqq səsimizi yüksək tribunalardan səsləndirən xarici ölkə siyasətçiləri, deputatları yoxdurmu? Hesab edirəm ki, indiyə qədər bunu həll etməli idik, tərəfdar toplamalıydıq. Təəssüf ki, bu sahədə erməni lobbisinə uduzuruq”.

E.Şahinoğlu hesab edir ki, diplomatiya ilə yanaşı, hərbi güc amilini irəli sürməliyik: “Müdafiə Nazirliyi nə qədər qətiyyətli olduğumuzu göstərmək üçün xırda da olsa, əməliyyatlar keçirməlidir, antiterror əməliyyatları aparmalıdır. Mənim ərazimdə diversiya dəstələrinin yaradılması nə deməkdir? Buna yol vermək olmaz. Dişsiz görünmək lazım deyil”.

“Müdafiə Nazirliyinin son açıqlaması kifayət qədər ciddidir. Bildirildi ki, bu dəfə əməliyyat daha dağıdıcı olacaq, əvvəlkilərə bənzəməyəcək. Çox istərdim ki, sözdən əmələ keçilsin. O zaman ermənilər Qarabağda hərbi terrorçu dəstələri yaratmağa cürət edə bilməzlər. Məsələn, Şuşada keçirilən “andiçmə” zamanı Azərbaycanın hərbi vertalyotları Şuşa səmasında uçmalı idi. Başa düşdük, quru yolu ilə çətinlikdir. Bəs hava yolunda nə problem var? Təyyarəmiz vurulsaydı belə, “Ermənistan təyyarəmizi vurdu” bəhanəsi ilə hücuma keçə bilərdik”, - deyə politoloq qeyd edib.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin (AMSTM) sədri, politoloq Natiq Miri isə AYNA-ya deyib ki, Xarici İşlər Nazirliyinin bəyanatları effekt vermir: “Ermənistan bu bəyanatları ciddi qəbul etmir. Hesab edirəm ki, verilən bəyanatların arxasında ciddi əməl dayanmalıdır. Rəsmi İrəvan biz tərəfdən verilən bəyanatlara o qədər məhəl qoymur ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan “Azərbaycanın torpaqları qaytaracağına inanmıram” səpkili açıqlamalar verir. Çünki, yenə də deyirəm, rəsmi Bakının dedikləri hələlik sözdən başqa bir şey deyil. “İstənilən an hərbi gücə əl ata bilərik” bəyanatlarını praktik olaraq həyata keçirmək lazımdır. Hər bir sözümüzün arxasında mütləq mənada güc dayanmalıdır”.

“Əlbəttə, bu məsələni beynəlxalq səviyyədə qaldırmaq lazımdır. Bildirmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində terrorçuların yetişdirilməsi və onlara logistik dəstək verilməsi prosesi gedir. Bunlar da sənədlərlə, foto və videolarla fakt olaraq hazırlanıb ortaya qoyulmalıdır. Beynəlxalq ictimaiyyətə təqdim edilməlidir ki, işğalçılar sülh danışıqlarına bu cür ziyan vururlar. Paralel olaraq da, Azərbaycan öz ərazilərində terror fəaliyyətinə imkan vermədiyini nümayiş etdirməlidir – antiterror əməliyyatına başlamalıdır”, - deyə politoloq vurğulayıb.

N.Mirinin qənaətincə, Dağlıq Qarabağda terrorçuların bəslənməsi prosesi davam edərsə, rəsmi Bakı antiterror əməliyyatına başlayacağını açıq bəyan etməlidir: “Dərhal da əməliyyata başlanmalıdır. Azərbaycanın bütün güc orqanlarının əks-kəşfiyyat fəaliyyəti mövcuddur. Həm Müdafiə Nazirliyində, həm də Dövlət Təhlükəsizliyi Xidmətində əks-kəşfiyyat idarələri var. Bununla yanaşı, ayrıca kəşfiyyat qurumu da var. Düşünürəm ki, bu strukturlar hərəkətə keçməlidir. Əsas fəaliyyətləri də o olmalıdır ki, Azərbaycanın işğaldakı ərazilərində fəaliyyət göstərən terrorçular, terrorçu dəstələr məhv edilsin”.

“Ordakı terrorçular kəşfiyyatçılarımız tərəfindən fiziki olaraq məhv edilməli, hətta girov olaraq tutulub Azərbaycana gətirilməlidirlər. Bütün dünyaya nümayiş etdirilməlidir ki, baxın, Türkiyədə, Suriyada terrorçuluq etmiş şəxslər indi Azərbaycanın işğalda olan ərazilərində təlimlər keçirlər, dəstələr yaradırlar. Bunu həyata keçirmək üçün, Azərbaycanın böyük imkanları var. Biz bu cür faktları ortaya qoymasaq, dünya birliyi Azərbaycanı heç vaxt ciddi qəbul etməz”, - politoloq əlavə edib.

Göründüyü kimi, analitiklər, təhlilçilər hesab edirlər ki, artıq quru bəyanatlar düşmənə heç bir təsir göstərmir. Dağlıq Qarabağın dalana dirənmiş danışıqlarının o dalandan çıxarılmasının da, ərazilərin işğaldan azad edilməsinin də tək yolu var – işğal olunmuş ərazilərdə antiterror əməliyyatlarına başlamaq. Əks təqdirdə, biz bu gün Şuşada, sabah Laçında separatçıların “andiçmə”lərinin şahidi olacağır. Qarabağ meşələrində isə terrorçuların diversant dəstələri çoxalacaq.
Bu gün, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Bu gün, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Bu gün, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Bu gün, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Bu gün, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Bu gün, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Bu gün, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Bu gün, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Bu gün, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...