Bəylər Əyyubovun bacısı oğlu toyda polisi ölümcül döydü, silahdan atəş açdı
Hadise
Oxunub: 2 274
21 sen 2015 | 08:13
Bəylər Əyyubovun bacısı oğlu toyda polisi ölümcül döydü, silahdan atəş açdı










Göygöl rayonunun Yeni Zod kəndində silahlı insident baş verib. Bu barədə “Azadlıq”a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, kənddə keçirilən nişan mərasimində Gəncə şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Azər Şahverdiyev iştirak edib

A.Şahverdiyev içkili vəziyyətdə xidməti silahı olan “Makarov” tipli tapançadan dalbadal havaya atəş açıb.
Qorxuya düşən sakinlər dərhal mərasimi tərk ediblər və bu barədə “102″ xidmətinə məlumat veriblər. Göygöl Rayon Polis Şöbəsinin Sarısu bölməsinin əməliyyatçısı Vəfadar Orucov hadisə yerinə gəlib. O, sərxoş vəziyyətdə olan və hələ də atəş açmaqda davam edən və bununla insanları qorxudan Azər Şahverdiyevi sakitləşdirmək istəyib. Lakin Azər Şahverdiyev Vəfadar Orucovu ölümcül döyüb. Bundan sonra sakinlər daha da qorxuya düşüblər. Məlumata görə, sakinlər növbəti dəfə Göygöl polisinə müraciət etsələr də, nəticəsi olmayıb: ”Hamı Azər Şahverdiyevdən qorxur. Ona görə də polis göndərmirlər”. Bir qədərdən sonra Azər Şahverdiyev özü atəşə ara verib.
Məlumat üçün deyək ki, Azər Şahverdiyev bir neçə il əvvəl Göygöl polisində çalışıb. Öz iş yoldaşlarının üstünə silah çəkdiyinə və onların xidməti maşınını güllə ilə dəlik-deşik etdiyinə görə işdən çıxarılmışdı. Lakin Bəylər Əyyubovun bacısı oğlu olduğu üçün qısa zaman kəsiyində Gəncə Şəhər Baş Polis İdarəsinə baş əməliyyat müvəkkili təyin edilib. Məlumatla bağlı DİN-lə əlaqə saxlayan qəzetin əməkdaşına qurumdan bildiriblər ki, məsələ araşdırılacaq və bu barədə məlumat veriləcək.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu