Məmurlar gəlir bəyannamələri verməyənədək... - GƏLİŞMƏ
Hadise
Oxunub: 337
6 may 2020 | 16:30
Məmurlar gəlir bəyannamələri verməyənədək... - GƏLİŞMƏ


Azərbaycanda dövlət vəzifəsi tutan məmurların qısa müddətdə böyük var-dövlət əldə etməsi heç kimə sirr deyil. Müntəzəm olaraq ölkə və xarici mətbuatda açıqlanan məlumatlardan aydın olur ki, hətta orta ranqlı bir vəzifəni daşımış şəxs belə həcmi yüz milyon dollarlarla ölçülən gəlir əldə etməyə müvəffəq olurlar. Ötən ilin payızından bəri rayon icra hakimiyyəti başçılarının həbsləri göstərir ki, bu məmurlar bir həftə-10 gün ərzində 150-300 min manata qədər qanunsuz gəlir əldə edə bilirlər. Nə qədər qəribə də olsa, ard-arda aparılan həbslər digər məmurlar üçün nəinki dərs olmur, hətta onlar yalnız sahibkarları, tabeliklərində olan dövlət qurumlarını soyub-talamaqla kifayətlənməyərək, yoxsul insanlara göndərilən yardımları da mənimsəməkdən çəkinmirlər.

Bütün dünyada məmurların fəaliyyətində şəffaflığın təmin olunmasının əsas yollarından biri onların maliyyə axınlarının şəffaflığının təmin olunmasıdır. Bunun üçünsə məmurlar özlərinin və yaxın ailə üzvlərinin gəlirləri barədə hər il müntəzəm olaraq bəyannamə açıqlayırlar. Nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə, eləcə də Azərbaycanın qonşusu olan Gürcüstan və Rusiyada məmurların gəlir bəyannaməsi təqdim etməsi mexanizmi formalaşdırılıb. Azərbaycanda isə “Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında” Qanun 2005-ci ildən qüvvəyə minib. Həmin ilin avqust ayında xüsusi fərmanla 3 ay müddətində gəlir bəyannamələrinin formasının hazırlanması barədə Nazirlər Kabinetinə göstəriş verilib. Proses elə bu mərhələdəcə dayanıb: nə forma təsdiqlənib, nə də bəyannamələrin təqdim olunmasına başlanıb.

Koronavirus pandemiyasının Azərbaycan üçün yaratdığı mühüm çağırışlardan biri dövlət vəsaitlərinin xərclənməsi üzərində effektiv nəzarətin formalaşdırılması, mənimsəmə və korrupsiya hallarının qarşısının alınmasıdır. İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, neftin qiymətinin kəskin azalması ilə bağlı məmurların gəlir bəyannaməsi təqdim etməsi məsələsi 2015-ci ildə də gündəmə gətirilmişdi: “Bu bəyannamə imkan verir ki, vətəndaş məmurların gəlirlərini izləyə bilsin. Eyni zamanda hökumət də vətəndaşın gəlirlərini izləyir. Yəni hamı bilir ki, əldə etdiyi gəlirlərin mənbəyini göstərməyi məcburidir və buna görə də məmur öz fəaliyyətində qanundankənar əməllərə yol verməkdən çəkinir, vətəndaş isə biznes fəaliyyətini tamamən qanuniləşdirir. Bu baxımdan, gəlir bəyannaməsinin təqdim olunması həm də qeyri-rəsmi iqtisadiyyatın leqallaşmasına şərait yaradır. Azərbaycanda gəlir bəyannaməsinin təqdim olunması ilə bağlı müzakirələr uzun illərdir davam edir, müəyyən hüquqi addımlar da atılıb, amma proses hələ də yekunlaşmayıb”.

Ekspert bildirir ki, Azərbaycanda əksər hallarda gəlirlər şəffaf deyil: “Məmurların gəlirləri xüsusilə şəffaf deyil. Təsəvvür edin ki, insanların adına iş yeri yaradıb, kartları cibində saxlayıb, həmin kartla dövlət büdcəsindən maaş alan məmur hansı formada gəlir deklarasiyası təqdim edə bilər? 20 il ərzində bu qədər sürətli təbəqələşmə gedib. Bu təbəqələşmə prosesinin üst qatında məmurlar dayanır. Hansı ki, Azərbaycanda rəsmi baxımdan ən az gəlirli sahə dövlət sektoru hesab olunur. Amma necə oldusa, dövlət sektorunda çalışanlar ilkin kapital yığımında birinci klassifikasiyaya daxil oldular. İndiyədək buna görə gəlir bəyannaməsinin tətbiq edilməsi mümkün olmayıb. Amma indi koronavirus pandemiyası və neftin qiymətinin kəskin düşməsi, dövlətin fiskal gəlirləri üzərində yaranmış təzyiq, həmçinin ötən ildən məmurlar arasında bəzi qüvvələrin proseslərdən kənarlaşdırılması ümid yaradır ki, bu prosesin davam etdirilməsi istiqamətində addımlar atılsın”.

Hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun Şəffaflıq Azərbaycan Təşkilatının rəhbəri Əliməmməd Nuriyevin fikrincə, son vaxtlar ölkədə gedən proseslər göstərir ki, məmurların gəlir bəyannaməsi təqdim etmələri mexanizminin işə salınması son dərəcə vacibdir: “Məmurların fəaliyyətində şəffaflığın təmin olunmasında mühüm rol oynayan alətdir. Düzdür, bütün dərdlərin dərmanı da deyil, amma təsirli bir alətdir. Çox təəssüflər olsun ki, Azərbaycanda müvafiq qanun 2005-ci ildə qəbul olunsa da, hələ də onun tətbiqi prosesi başlamayıb. Formal olaraq, proses Nazirlər Kabinetində yubanır - bəyannamə formasını hazırlayıb başa çatdırmır. 2012-ci ildə bizim tərəfimizdən gəlir bəyannaməsinin forması hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda təşkilat tərəfindən həmin qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsi hazırlanıb və Prezident Administrasiyasına təqdim edilib. Həmçinin həmin gəlir bəyannaməsini hansı qaydada tərtib etməklə bağlı Nazirlər Kabinetinin qərar layihəsi də hazırlanıb. Lakin proses burada dayanıb”.

Azərbaycanda qəbul edilən Açıq Hökumət Tərəfdaşlığı üzrə 2020-2023-cü illər Milli Fəaliyyət Planında da bu məsələ əksini tapıb: “Ümid edirəm ki, məsələ bu dəfə həllini tapacaq. Bəyannamə imkan verəcək ki, biz məmurların gəlir dinamikasını izləyək və onun əsasında qanunsuz gəlir əldə olunmasına dair fikrimiz formalaşsın. Bəyannaməni məmur yalnız özü ilə bağlı deyil, ailə üzvləri ilə bağlı da təqdim etməlidir. Hətta bir sıra ölkələrdə daha da genişləndirilərək xərclər barədə də məlumatlar açıqlanır. Yəni gəliri az olan məmurun külli miqdarda vəsait xərcləməsi istər-istəməz şübhə yaradır ki, xərclərin mənbəyi haradandır. İcra başçılarının həbsləri göstərir ki, onlar nə qədər böyük sərvət əldə edə bilirlər. Aydın məsələdir ki, buna qanuni yollarla, halal zəhmətlə nail olmayıblar. Eyni zamanda ata-babalarından da onlara böyük miras qalmayıb”.

Ə.Nuriyevin sözlərinə görə, Azərbaycanda gəlir bəyannamələrinin təqdim edilməsini nəzərdə tutan qanunvericiliyə ciddi dəyişikliklər olunmalıdır: “Gəlir bəyannamələri xüsusi bir quruma təqdim edilməli, reyestri yaradılmalıdır. Şəffaflığı təmin etmək üçün vəzifələrə uyğun olaraq açıqlanan məlumatların çərçivəsi müəyyənləşməlidir. Yəni elə məlumatlar olmalıdır ki, hamı üçün açıq olsun. Bəzi məlumatların konfidensiallığı qoruna bilər. Amma əksər məlumatlar ictimaiyyət üçün əlçatan olmalıdır ki, mexanizmin effektivliyi təmin olunsun. Bəzən deyirlər ki, gəlir deklarasiyaları açıqlansa, onlardan cinayətkar qruplar istifadə edib, pulu çox olan adamlara qarşı təzyiq göstərə bilərlər. Bunu heç bir halda əsaslı hesab etmirəm, dünyanın hər yerində varlı şəxslər var, onların təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən normal təmin olunur. Baxın, Azərbaycan kimi sərvətlərlə zəngin və böyük gəlirləri olan ölkədə bir nəfər də olsun rəsmi milyonçu yoxdur. Niyə? Çünki gəlirlər rəsmən bəyan olunmur”.

Hüquqşünasın fikrincə, Azərbaycanda gəlir bəyannamələrinin tətbiqindən öncə kapital və əmlak amnistiyası həyata keçirilməlididir: “Baş verənlər də göstərir ki, belə bir amnistiya zərurətə çevrilib. Bu, imkan verəcək ki, hər kəs öz var-dövlətini qanuniləşdirir, buna görə cəzalandırılmır. Bundan sonra gəlir bəyannamələrinin təqdim olunmasına başlanır və hamının gəlirlərindəki dəyişiklikləri izləmək imkanı yaradılır. Beləliklə, bu iki tədbir bir-birinə bağlı məsələlər olduğu üçün ilk addım kapital və əmlak amnistiyasından başlanmalıdır”.

Müsahibimiz qeyd edir ki, məmurların gəlir bəyannaməsi təqdim etməsi Azərbaycanın bir sıra beynəlxalq sənədlərlə üzərinə götürdüyü öhdəlikdir: “İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının İstanbul Fəaliyyət Planı, 2002-ci il BMT Korrupsiyaya qarşı mübarizə konvensiyası, Strasburq konvensiyaları üzrə öhdəliklər və Azərbaycanda bu proses başlanmalıydı. Düşünürəm ki, nəhayət, bu məsələ ilə bağlı real addımlar atılmalı, məmurların öz gəlirləri barədə məlumatları açıqlaması təmin edilməlidir. Natamam məlumat verənlər, gəlirlərini gizlədənlərlə bağlı qanunvericilikdə ciddi cəzalar nəzərdə tutulmalıdır. Biz Açıq Hökumət Platforması, Şəffaflıq Azərbaycan Təşkilatı olaraq, hökumətdən bu istiqamətdə ciddi addımların atılmasını gözləyirik”.
“Yeni Müsavat”
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest