Koronavirus təhlükəsi — İnfeksionistdən əhaliyə xəbərdarlıq - VİDEO
Hadise / Video
Oxunub: 384
4 may 2020 | 15:49
Koronavirus təhlükəsi — İnfeksionistdən əhaliyə xəbərdarlıq - VİDEO


Hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bır sıra tədbirlər həyata keçirilir.
ATV xəbər verir ki, bu, təbii ki, əhali arasında müsbət əhval-ruhiyyə yaradır. Lakin unutmaq olmaz ki, hələ COVİD-19 təhlükəsi tamamilə aradan qalxmayıb. Sadəcə zərurət olmadıqda evdən çölə çıxmayın.

Mütəxəssislər bildirirlər ki, qaydalara əməl olunmasa infeksiyanın ikinci dalğası başlaya bilər.

Karantin rejimi yumşaldıldıqdan, bəzi obyektlərin fəaliyyətinin bərpasından sonra vətəndaşlarda arxayınlıq yarandı. Hətta gigiyenik normalara, sosial məsafəyə belə laqeyd yanaşma halları artdı. Havanın günəşli keçməsi səbəbindən bir çoxları gəzmək üçün küçələrə belə çıxdı.

Səbinə Məmmədova - paytaxt sakini: "Küçəyə gəzməyə, uşağı gəzdirməyə, hava almağa çıxmışıq. Evdə darıxır, karantin vaxtıdır. Özü də karantində bilirsiniz, evdə otururuq, sıxılırıq. Ona görə çıxmışıq gəzməyə. İcazə almamışam".

Səidə Əsədova - paytaxt sakini: "Elə indicə çıxmışam. Həm marketə gedəcəyik. Həm uşağa hava almağa görə. Deyilib evdə qalın zərurət olduqda çölə çıxın? Evdə qalırıq onsuz da, qaydalara riayət edirik. İcazə də alırıq. Sadəcə evdə heç kim yoxdur deyə uşağı da tək qoya bilmirik".
Mütəxəssis bildirir ki, bu cür hallar yoluxmalarının artmasına gətirib çıxara bilər və bu heç də arzu olunan hal deyil.

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, Sədrəddin Atakişiyev bildirir ki, valideynlər uşaqlara qarşı bu günlərdə xüsusilə diqqətli olmalıdırlar.

Sədrəddin Atakişiyev – ATU-nun dosenti: "İnsanlar arasında virus daşıyıcıları var. Onlarda klinik əlamət olmadığına görə, xəstəliyi birindən digərinə yoluxdura bilər. Ona görə görürsünüz havalar hələ də tam qızmayıb. Biz də əvvəlcədən qeyd etmişdik ki, havalar tam qızanda xəstəlik azalar. Havaların tam qızmaması da bu virusu haldan salmır. Ona görə də insanları, xalqımızı çağırırıq ki, hələ də bir ay müddətində özünüzü qoruyun, çalışın çox insanla əlaqəniz olmasın".

Mütəxəssis bildirir ki, gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın ikinci dalğası başlaya bilər. Bu isə özü ilə bərabər daha böyük təhlükələr gətirər. Ona görə də mümkün qədər özünütəcrid prosesinə əməl olunmalıdır.

İnsanlar ictimai yerlərdə, qapalı məkanlarda çox qalmamalı, sosial məsafə, iki metrlik distansiya nəzərə alınmalıdır.

Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”