“İslahat növbəsi hakim partiyaya çatıb” - Həbs olunan YAP-çılar...
Hadise
Oxunub: 285
28 apr 2020 | 18:46
“İslahat növbəsi hakim partiyaya çatıb” - Həbs olunan YAP-çılar...


Dövlət Təhlükəsizlik Xidmətinin İsmayıllıda keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılan şəhər icra nümayəndəsi Məhərrəm Əhmədov hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının sədr müavinidir.

Yenisabah.az xəbər verir ki, Məhərrəm Əhmədov bu vəzifəyə 2017-ci ildə, YAP İsmayıllı rayon təşkilatının IX konfransında seçilib.

Bundan əvvəl həbs edilən Ağstafanın icra başçısı Nizaməddin Quliyev uzun müddət YAP-ın Goranboy təşkilatının sədri olub. Onunla birgə həbs edilən birinci müavini Ramiz Tatarov isə hakim partiyanın Ağstafa təşkilatının sədri idi.

YAP-ın qurucularında olan, partiyanın Siyasi Şurasının üzvü Musa Musayev hesab edir ki, baş verənlər artıq hakim partiyada islahatlar aparılmasını zərurətə çevirib.

“Prezident İlham Əliyev 2018-ci ildən bu yana ciddi islahatlar aparır. Nazirlər Kabinetində, Prezident Administrasiyasında, Milli Məclisdə bu islahatların şahidi olduq. Həmçinin, Prezidentin elan etdiyi islahatlar kampaniyası çərçivəsində müxtəlif dövlət qurumlarında dəyişikliklər edilir. Daxili İşlər Nazirliyi buna misal ola bilər. Hesab edirəm ki, artıq növbə Yeni Azərbaycan Partiyasına çatıb”, - deyə Musa Musayev bildirib.

YAP yetkilisinin fikrincə, partiyanın üst icra katibliyində, İdarə Heyəti və Siyasi Şurasında ciddi islahatlara ehtiyac var: “Bunun üçün qurultay keçirilməli və partiyanın üst qurumlarında ishlahatlar aparılmalıdır. Həmçinin, rayon təşkilatlarında ciddi ishlahatlara ehtiyac var. Mən YAP-ın qurucularından biri kimi hesab edirəm ki, islahatlar nəticəsində partiyanın nüfuzuna dəyən zərbələri dəf etmək mümkündür”.

Musa Musayev inanır ki, tez bir zamanda YAP-da ciddi islahatlara start veriləcək. “İnanıram ki, yaxın vaxtlarda qurultay keçiriləcək və partiyada əhəmiyyətli dəyişikliklər olacaq”, - deyə YAP yetkilisi bildirib.

Məmur həbslərinə toxunan Musa Musayev bildirib ki, artıq heç kəs toxunulmaz deyil. O həmçinin həbslərin görüntü xarakteri daşıdığı barədə iddiaları bölüşmədiyini qeyd edib. “Bu həbslər kifayət qədər böyük hadisədir. Tutuanlar heç də xırda məmur deyil. Hərəsi bir rayonun rəhbəridir. Yeri gəlmişkən, baş verənlər göstərir ki, Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsində də islahatlara ehtiyac var. Bu şöbədə hər rayon və şəhər üzrə kuratorlar var. Elə adam var ki, 25 ildir bu vəzifəni daşıyır. Ona görə də bu şöbədə də islahatların aparılması məqsəduyğundur”, - deyə Musa Musayev vurğulayıb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu