Qarabağdan başlayan “revanş” planı: yeni “oyuncaq”… - TƏHLİL
Hadise
Oxunub: 294
23 apr 2020 | 20:20
Qarabağdan başlayan “revanş” planı: yeni “oyuncaq”… - TƏHLİL


Qondarma Qarabağ rejimində keçirilən “prezident seçkisi”nin II turunda Araik Arutyunyan “qalib” gəldi. Arutyunyanın “seçkidə” qalib gələcəyi öncədən bəlli idi.

Əslində separatçıların yeni lideri Azərbaycan ictimaiyyəti üçün elə də tanınmayan şəxs deyil. 10 ildən çox qondarma rejimin “baş naziri” olan Arutyunyan bir sıra qaranlıq əlaqələrə sahibdir və bu əlaqələr apardığı “seçkiqabağı təşviqat kampaniyası” zamanı həm rəqibləri, həm də Ermənistanın müxtəlif dairələri tərəfindən ona qarşı mütəmadi olaraq istifadə edilib. Beləliklə, Robert Köçəryan, Arkadi Qukasyan və Bako Saakyandan sonra separatçı rejimə rəhbər gətirilən yeni liderin bioqrafiyasını və hakimiyyət pillələrində necə yüksəlməsi ilə bağlı faktlarla yaxından tanış olaq.

Rəsmi tərcümey-hal

Araik Vladimir oğlu Arutyunyan 1973-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olub. 1990-cı ildə İrəvan Xalq Təsərüffatı İnstitutuna daxil olub, 1994-1995-ci illərdə ilə Qarabağ “dövlət universiteti”ndə magistr, daha sonra isə aspirantura təhsili alıb. 2013-cü ildə isə dissertasiya müdafiə edib və teniki elmlər namizədi olub.

1992-ci ildə döyüşlərdə iştirak edib. 1995-1997-ci illərdə isə qondarma rejimin “iqtisadiyyat nazirinin köməkçisi” kimi çalışıb.

1997-1999-cu illərdə Ermənistanın “Armaqrobank”ın Əsgəran filialına, 1999-2004-cü illərdə isə Xankəndi filialına rəhbərlik edib. 2005-ci ildə “azad vətən partiyası” yaradıb və “deputat” seçilib. 2007-ci ildə Bako Saakyanın təklifi əsasında “baş nazir” olub. 10 il “baş nazir” kimi çalışdıqdan sonra 9 ay “dövlət naziri” postunu tutub.

Bu, Arutyunyanın rəsmi tərcümey-halıdır. İlk baxışdan göründüyü kimi, yalnız uğurlar doldurulub və Arutyunyan mükəmməl siyasətçi, iqtisadçı və “vətənpərvər” olaraq göstərilib. Lakin bu tərcümeyi-halın bir də çatışmayan və şifrəli tərəfləri var.

Yalançı “veteran”

Tərcümeyi-halda Arutyunyanın 1992-ci ildə I Qarabağ savaşında iştirak etdiyi bildirilir. Əgər rəsmi bioqrafiyaya nəzər salsaq, erməni siyasətçinin 1990-1994-cü illərdə İrəvanda təhsil aldığını görmüş olarıq. I Qarabağ savaşının 1992-ci ildən sonra daha iki il davam etdiyini və savaşın getdiyi anda heç bir hərbçinin evə buraxılmadığını (əgər ciddi yaralanmayıbsa) nəzərə alarsaq, o zaman ziddiyyət yaranır. Bakalavr təhsilini nəzərdə tutulmuş 4 il müddətində alan Arutyunyanın savaşda iştirak etməsiylə bağlı bioqrafiyasına yerləşdirilmiş məlumat məntiqə sığmır. Görünən odur ki, Arutyunyanla bağlı bu məlumat “erməni mütləq I Qarabağ savaşında iştirak etməlidir” dəbinə əməl edilməsi üçün onun bioqrafiyasına əlavə edilib. Amma məntiqli görünən budur ki, Arutyunyan savaş görməyib, savaş müddətində isə İrəvanda tələbə kimi həyatını yaşayıb.

Serjin layihəsi – Bank əməliyyatı

Arutyunyan təxminən 21 il Ermənistanı nəzarətində saxlayan Qarabağ klanının üzvüdür. Klanın siması kimi görünməsə də, onun klan daxilində müəyyən nüfuzu var. Xüsusən, Arutyunyan klan tərəfindən müxtəlif dövrlərdə gənc və perspektivli siyasətçi kimi təqdim edilib. Bununla belə onu Qarabağ klanında hansısa qanada rəhbərlik etdiyini demək doğru olmazdı. Daha dəqiq desək, Arutyunyan bu klanda güclü qanadlardan birinin himayəsi altındadır və uzun illərdir etibarlı şəkildə qorunur, yolu açılır. Əgər rəsmi bioqrafiyaya diqqətli şəkildə baxsaq, bu himayədarın kim olduğunu açıq şəkildə görmək mümkün olar.

Arutyunyanın tərcümey-halından göründüyü kimi o siyasətə qoşulmazdan əvvəl Ermənistanın “Armaqrobank”ının Əsgəran filialının, 1999-cu ildən başlayaraq isə Xankəndi filialının rəhbəri kimi çalışıb. Arutyunyanın bu filiallara rəhbəri olması ya bölgədə ümumiyyətlə heç bir kadrın olmamasıyla, ya da Arutyunyanın ailəsinin kifayət qədər geniş imkanlara sahib olmasıyla bağlı ola bilər. Digər tərəfdən “Armaqrobank” 90-cı illərdə Ermənistanın ən böyük banklarından sayılıb. Xüsusilə, bu bank filiallarının sayına görə yalnız “Armsberbank”dan geri qalıb.

2003-cü ildə “Armaqrobank”ın səhmlərinin böyük hissəsi “Ardşininbank” tərəfindən alınır. “Ardşininbank” köhnə komandada heç bir dəyişiklik etməyəcəyi vədi versə də, buna əməl etməyib və “Armaqrobank”da müəyyən dəyişikliklər həyata keçirib. Nəticədə bankın Xankəndi filialının rəhbəri Araik Arutyunyan da istefaya göndərilib.

Yeri gəlmişkən, “Ardşininbank” indiyə qədər Ermənistanın ən böyük banklarından sayılır. Bankın əsas səhmdarı kimi Karen Səfəryan təqdim edilsə də, onun eks-prezident Robert Köçəryanın nəzarətində olduğu bildirilir. Bununla belə bank hələ də bu iddiaları qəbul etmir. Lakin Ermənistan mətbuatı Karen Səfəryanın Köçəryan həbs olunduqdan sonra belə onunla əlaqə saxladığını iddia edir.

Əslində Arutyunyanın “Armaqrobank”dan çıxarılması maraqlı hadisələr fonunda baş verir. Belə ki, 2003-cü ildə Ermənistanda prezident seçkisi baş tutur, Robert Köçəryan qalib gəlir. Seçkiyə böyük şansları olsa da, Serj Sərkisyan qoşulmur.

Belə ki, Sərkisyan hərbi qanadın nümayəndəsi idi və I Qarabağ savaşından sonra hərbçilər arasında kifayət qədər nüfuza sahib idi. Üstəlik, Levon Ter-Petrosyanın məcburi şəkildə istefaya göndərilməsindən sonra Sərkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri, daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi və müdafiə naziri vəziflərini tutur. Bunun sayəsində Sərkisyan hərbi sistem daxilində dayaqlarını daha da möhkəmləndirir. 2003-cü il seçkisindən sonra Köçəryan Sərkisyanı yenidən müdafiə naziri təyin edir və o, bu vəzifədə 2007-ci ilə qədər qalır. Bununla belə Köçəryanla Sərkisyan arasında seçkidən sonra münasibətlər daha da sərtləşir. Belə ki, həm “Ardşininbank”, həm də digər vasitələrlə Köçəryanın iqtisadi nüfuzunu artırmaq cəhdləri Sərkisyan və ətrafının narazılığını gücləndirir. Nəticədə 2004-cü ilin noyabrında Serj Sərkisyan tikinti maqnatı etdiyi qardaşı Aleksandr Sərkisyan (Saşik Sərkisyan) vasitəsilə Robert Köçəryanın himayədarlıq etdiyi oliqarx Qagik Çarukyana sui-qəsd təşkil edir. Çarukyan sui-qəsddən sağ-salamat canını qurtar bilir. Bundan sonra tərəflər arasında münasibətlər (Kiçik haşiyə: məhz həmin ilin noyabrın 22-də “Aykakan Jamanak” qəzetinin baş redaktoru, indiki baş nazir Nikol Paşinyana qarşı sui-qəsd həyata keçirilir. Paşinyan hadisənin arxasında Çarukyanın dayandığını iddia edir. Məhz bu məsələ Paşinyanla Sərkisyan arasında müəyyən əlaqələrin olmasına dair indiyə qədər bir sıra iddialar səsləndirməyə imkan verir) pisləşir. Bir müddət sonra Köçəryan məsələni həll edə bilir. İddialara görə, Köçəryan Aleksandr Sərkisyanı ölkəni tərk etməsi qarşılığında bağışlayır və bunun da nəticəsində ikinci öz biznesini ölkədən ABŞ-a aparır. Qagik Çarukyan üçün isə o öz himayəsi altında Çiçəklənən Ermənistan Partiyası yaradaraq, Sərkisyanın Respublikaçı Partiyasının baş bəlası olmağına izn verir.

Köçəryan-Sərkisyan qarşıdurması Qarabağda da özünü büruzə verir. Buna görə də Sərkisyanın təşəbbüsü sayəsində Qarabağda 2005-ci ildə “azad vətən partiyası” yaradılır. Ən maraqlı məqam isə bu partiyaya 2004-cü ildə Köçəryan-Sərkisyan qarşıdurmasının qurbanı olan gənc Araik Arutyunyanın gətirilməsi olur. Məhz bu, Arutyunyanın siyasi karyerasının başlanğıcı olur.

2005-ci ildə qondarma rejimdə keçirilən “parlament seçkisində” yeni yaradılmış partiya iştirak edir və səslərin böyük hissəsini “qazanır”. Yenicə siyasətə atılan Arutyunyan da “deputat” olur və partiyanın “parlamentdəki” fraksiya rəhbəri statusuna yiyələnir.

2007-ci ildə isə qondarma rejimdə “prezident seçkisi” baş tutur. Bu seçkidə isə Serj Sərkisyanın Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olarkən özünə müavin gətirdiyi, sonradan isə qondarma rejimin əks-kəşfiyyatına rəhbər göndərdiyi Bako Saakyan qalib çıxır. Saakyan “seçildikdən” az sonra baş nazir vəzifəsinin Arutyunyana verilməsini təklif edir və onun bu təklifi “parlamentdə” dəstəklənir.

Aprel savaşı: Ağdam biznesi

Sərkisyanla Arutyunyan arasında həmçinin biznes əlaqələri də mövcuddur. Doğrudur, bu biznes ortaqlığı tərəflər arasında birbaşa yox, dolayısı vasitələrlə aparılıb. Belə ki, bu ortaqlıq Serj Sərkisyanın “pul qabısı” sayılan “Fleş” şirkətlər qrupunun rəhbəri Barseq Beqlaryan vasitəsilə həyata keçirilib.

Arutyunyan isə Sərkisyanla biznes əlaqəsinə dair səsləndirilən iddiaları qəbul etmir. Bunun belə o, biznesinin olduğunu etiraf edir. Arutyunyanın sözlərinə görə, onun biznesi daha çox kənd təsərrüfatıyla bağlıdır və bu biznes sahələri əsasən, Azərbaycanın işğal edilmiş Cəbrayıl və Ağdam şəhərlərində yerləşir. Hazırkı liderin biznesinə ən böyük zərər vuran da məhz Azərbaycan olub. Arutyunyan bu zərərə Aprel savaşı zamanı məruz qalıb.

Görünür ki, Arutyunyan uzun illər Sərkisyan və Saakyanın “oyuncağı” funksiyasını yerinə yetirib və bunun sayəsində qondarma rejimi Sərkisyanın tabeliyində saxlamağa imkan yaradıb. Sərkisyan İrəvandan məhrum olsa da, hələlik Qarabağdan əl çəkməyib. Daha zəif Saakyan yerinə Paşinyanla daha yaxşı münasibətləri olan Arutyunyanın gətirilməsi onun İrəvana geri dönüşlə bağlı yeni planlara sahib olduğunu göstərir. Plan artıq işə düşüb, onun nə dərəcədə uğurlu olacağını, eləcə də Arutyunyanın burada nə zaman uğur qazanacağını, həmçinin nə zamana qədər Sərkisyana sadiq olacağını zaman göstərəcək. //axar.az//
Bu gün, 13:22
Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
Bu gün, 10:50
Paşinyanla Putin razılaşdı: 44 günlük müharibədən sonra...
Bu gün, 10:47
Meşədən görüntülər yayılmışdı, polis müdaxilə etdi - FOTO
Bu gün, 10:42
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
Bu gün, 09:25
Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Bu gün, 09:17
CHP lideri Azərbaycana gəlir: Səhvimiz varsa...
Bu gün, 09:10
“Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR
Bu gün, 09:04
İrəvandan KTMT ilə bağlı daha bir QƏRAR
Bu gün, 08:59
Arxa cəbhə iştirakçılarına veteran statusu verilə bilərmi? - Deputatdan cavab
Bu gün, 08:53
Faşizm üzərində qələbədən 79 il ötür
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil