Ruslardan əks-həmlə: Türk ordusu hücuma hazırlaşır – İdlibdə son durum
Hadise
Oxunub: 296
14 apr 2020 | 19:18
Ruslardan əks-həmlə: Türk ordusu hücuma hazırlaşır – İdlibdə son durum


Bir müddətlik sakitlikdən sonra Suriyada vəziyyət yenidən gərginləşib. Ötən həftənin sonlarından Raqqada atəş səsləri eşidilir.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Rus mediası atəşkəsi Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusunun pozduğunu iddia edir. Kürdlərin Suriya Demokratik Qüvvələri terror təşkilatının sahə komandiri Məhəmməd Hüseyn əl-Kanas həmin bölgədə güllələnib.

Bölgədə silahlı qruplaşmalarla Bəşər Əsəd ordusu arasında qarşıdurmaların davam etdiyi, hökumət qüvvələrinin bir zabitinin həlak olduğu bildirilib. “Afrin Qurtuluş Qüvvələri” adlı kürd terror təşkilatı isə Türkiyənin Şərava bölgəsindəki mövqelərinə hücuma keçib, ərazilərə tank əleyhinə raketlər atıblar.

Bölgədə vəziyyətin gərginləşməsindən sonra Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artırıb. Beləliklə İdlibdəki türk qüvvələrinin sayının 20 min nəfərə çatdığı bildirilib.

Türkiyənin həmləsinə cavab verən Bəşər Əsəd rejimi də, bölgə ətrafındakı mövqelərini gücləndirməyə, əraziyə əlavə qüvvələr cəmləməyə başlayıb. Zirehli texnikalar, döyüş sursatları və hava hücumundan müdafiə sistemləri cəlb olunub.

Koronavirus pandemiyasının münaqişə zonasından gərginliyi azaltmadığı, əksinə qarşıdurma səviyyəsinin getdikcə artdığı görünür. Beləliklə, Türkiyə Əsəd rejimi və kürd qüvvələrinin genişlənmə cəhlərinə cavab olaraq, əks-həmləyə keçib. İdlibdə 58 müşahidə postu olan Türkiyə M4 magistral yoluna nəzarəti ələ keçirmək üçün bölgədə əlavə istehkamlar qurub. Bununla Əsəd qüvvələrinin genişlənmək cəhdlərinin də qarşısı alınıb.

Suriyadakı Rusiya qüvvələri də, baş verən hərbi hərəkətlənməni sükut içində izləmir. Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, rus hərbi texnikasının bir karvanı Raqqa əyalətinə girərək, Qamışlı qəsəbəsinə yola düşüb. (teleqraf.com)
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik