Təbiətə verilən müvəqqəti İSTİRAHƏT – Koronavirus iqlimi necə DƏYİŞƏCƏK?
Hadise
Oxunub: 391
8 apr 2020 | 18:22
Təbiətə verilən müvəqqəti İSTİRAHƏT – Koronavirus iqlimi necə DƏYİŞƏCƏK?


2020-ci ilin martında uzun illərdən sonra İtaliyanın məşhur Venesiya şəhərində su kanallarında balıqlar peyda oldu. Bu hadisə İtaliya hökumətinin karantin məqsədi ilə bütün su yollarında hərəkətə qadağa qoymasında sonra baş verdi.

Modern.az xəbər verir ki, sonradan sosial şəbəkələrdə guya Venesiyada delfin və qu quşlarının da üzə çıxması barədə məlumatlar təkzib olundu. Delfinlərin Saridiniya adasında, qu quşlarının isə Burano adasında çəkilən şəkillərinin Venesiya kimi qələmə verildiyi üzə çıxdı.

İstənilən halda, peyk şəkilləri avtomobillərin buraxdığı tüstü qazların, yanacaqla işləyən istilik elektrik stansiyalarından (İES), fabrik-zavodlardan ayrılan zərərli karbon-dioksid (CO2) və kükürd qazlarının (SO2) atmosferə buraxılma faizi xeyli azalıb.

Energetika və Təmiz Havanın Tədqiqi Mərkəzi (CREA) fevralın 3-dən martın 1-nə qədər Çinin havaya buraxdığı CO2 qazının 25% azaldığını müəyyən edib. Ölkədə insanlar avtomobildən daha az istifadə etmiş, istehsal müəssisələrinin bir qismi bağlanmışdı.

Çin dünyada atmosferi çirkləndirən lider ölkə sayılır. Havay atılan zərərli CO2 qazının 30%-i tək onun payına düşür. Ölkənin Ekologiya və Ətraf Mühit Nazirliyi isə “təmiz havalı günlərin” sayının 21,5% artdığını bildirib.

Təyyarələr parnik qazları ilə havanı çirkləndirilməsində 3% rola malikdir. 2050-ci ildə bu göstəriciniun 3 dəfəyə qədər artırılması gözlənilsə də, aviadaşıyıcların stukturunda koronavirusa görə baş verəcək dəyişikliklər bu təsiqi xeyli azaldıb.

Dünya miqyasında planlı deyil, koronavirusa görə, istehsal müəsissələrinin dayanması təbiətə istirahət etmək şansı tanıyıb. Amma digər tərəfdən, neftə olan tələbatın azalması “yaşıl energetika”nın da rentabelli olmaması ilə nəticələnib. Eneregetika üzrə ekspert Ceyms Templ məsələnin mənfi və müsbət tərəflərini dəyərləndirib.

“Dünya tarixində tullantıların havaya atılmasında müharibə yaxud epidemiyaya görə azalması halları olub. Amma hər dəfə CO2-nin havaya atılması iqtisadiyyatların özünə gəlməsi ilə sürətlənib”.

Ceyms Templ uzunmüddətli perspektivdə qlobal iqlim dəyişikliyinin bir neçə mümkün ssenarisini təsvir edib.

-Kapital bazarlındakı istənilən məhdudiyyət Günəş, külək və s. energetikanın maliyyələşdirilməsinə təsir edəcək. Yeni layihələrin müzakirəsi donduralacaq.

-Neft bazarında ucuzlaşma elektromobillərin rəqabətdavamlılığını azaldacaq.

-Çin Günəş panellərinin, külək borularının və elektromobillər üçün akkumulyatorların əsas istehsalçısıdır. Ölkə istehsal zəncirində bir sıra çətinliklərlə üzləşib və bu istehsalı ləngidir.

-Ekologiya məsələləri siyasi gündəmin önəmli parçasına çevrilib. Amma iqtisadi böhran insanları ekoloji problemdən uzaq salacaq və daha çox sağlamlıq, iş, pensiya ehtiyatı, daşınmaz əmlak və s. önə çıxaracaq.

Ekologiya barədə ən aparıcı KİV sayılan BloombergNEF 2020-ci ildə “yaşıl energetika”nın ciddi zəifləyəcəyini təxmin edir. Ətraf mühitə təsir edən daha bir məsələ insanların həyat tərzini dəyişməsi ilə bağlıdır. Belə ki, evdən çıxamayaraq işlərini görən insanlar səfərlərinin sayını azaltmaqla da, ekoloji balansın qorunmasına xidmət edirlər.

Amma məsələyə fərqli baxan ikinci baxış bucağı da var. Bir çox araşdırmaçılar hesab edirlər ki, insanların təbiətə antropogen müdaxiləsi Ebola, “quş qripi”, SARS və indi də COVİD-19 viruslarının yayılmasına şərait yaradıb.

“Biz tropik meşələrə və digər ekosistemlərə daxil olduq. Orada çoxlu sayda vəhşi təbiət nümayəndələrinin həyat tərzini pozduq. Həmin heyvanlar əksər virusların ilkin mənbəyidir”- deyə infeksionist Devid Kvammen bildirib. Onun fikrincə, meşələri qıran, heyvanları ovlayan və satan insanlar həmin heyvanlardakı viruslarla da sıx təmasa keçir.

“İnsanlar heyvanlarla təbii səddi azaldaraq, təbii halda dolaşan virusların onlara keçməsinə yol açır. Patogentlər növlər arasında sərhədlərə riayət etmir. Ona görə bizim bilmədiymiiz hələ çox patogen var”.

Bu fonda məsələnin müsbət tərəflərindən biri kimi Çinin koronavirusa görə vəhiş heyvanların ovlanması və satışını 2020-ci ilin sonuna qədər qadağan etməsini hesab etmək olar.
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH