Dünya böyük fəlakətin cəngində: Bundan sonra nələr baş verəcək?
Hadise
Oxunub: 437
19 mar 2020 | 17:18
Dünya böyük fəlakətin cəngində: Bundan sonra nələr baş verəcək?


“Fərd və cəmiyyət olaraq məsələyə rasional yanaşmalıyıq, yəni “təlaşa ehtiyac yoxdur, ehtiyatlı davranmaq lazımdır” düşüncəsini əsas tutmalıyıq”

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunub. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksininin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Demək olar ki, bütün dövlətlərdə, o cümlədən də ölkəmizdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Maraqlıdır, koronavirusun geniş yayılması qlobal miqyasda iqtisadi proseslərə və demoqrafik vəziyyətə necə təsir göstərəcək? Sualımıza politoloq Nurlan Qələndərli ilə AYNA tutmağa çalışdıq.

N.Qələndərli bildirir ki, dünyanın 170-ə qədər ölkəsini əhatə edən “COVİD-19” virusunun yaratdığı “dağıntı”lar, meydana çıxan yeni risklər və təhlükələr beynəlxalq təhlükəsizlik məsələsi olmaqla yanaşı, “qlobal problem” kateqoriyasına aid edilməlidir: “Ona görə də dünya miqyasında yaranmış xaotik vəziyyətin aradan qaldırılması üçün ciddi təsir imkanlarına malik beynəlxalq təsisatların milli dövlətlərlə birlikdə koordinasiyalı və vahid hərəkət sxemi üzrə fəaliyyət göstərmələri lazımdır. Mübarizə mexanizminin gücləndirilməsi, yeni metod və texnologiyalardan istifadə olunması strateji zərurətə çevrilib”.

Politoloqun sözlərinə görə, hazırda nüfuzlu strateji araşdırma mərkəzləri, ekspertlər – təhlilçilər tərəfindən mövcud vəziyyət müxtəlif aspektlərdən dəyərləndirilir, oxşar və fərqli fikirlər ifadə olunur, hətta konspiroloji yanaşmalar da nəzərə çarpır: “Üzərində durulan əsas məqam budur ki, situasiya olduqca mürəkkəbdir. Bir sıra aparıcı ölkələr pandemiya ilə əlaqədar artıq ciddi sosial-demoqrafik və iqtisadi problemlərlə üzləşiblər. Onların sırasında problemi “beynəlxalq iqtisadi sabotaj” kimi qiymətləndirənlər də var. Hətta koronavirusu “III Dünya müharibəsi çərçivəsində tətbiq olunan bioloji silah” olaraq səciyyələndirənlər də az deyil. Eyni zamanda, yeni növ virusun pandemiyaya çevrilməsinin beynəlxalq münasibətlərin gələcəyinə təsiri də müzakirə predmetinə çevrilib, bu halın çoxqütblü dünya nizamının formalaşması prosesini müəyyən qədər təxirə salması məsələsi də gündəm mövzusu kimi aktualdır. Bütün hallarda reallıq budur ki, koronavirusun pandemiyaya çevrilməsi və yayılma arealının genişlənməsi qlobal iqtisadiyyata ciddi neqativ təsir göstərəcək, dünyanın ayrı-ayrı geosiyasi nöqtələrində regional və transregional demoqrafik strukturda dəyişikliklərə səbəb olacaq”.

N.Qələndərli ehtimal edir ki, beynəlxalq ticarət böhranına, turizm potensialının zəifləməsinə aparıb çıxara biləcək bu hal hətta qlobal miqyasda XXI əsrin iqtisadi krizisini şərtləndirə bilər: “Yəni pandemiyanın ilkin bioloji mahiyyətindən uzaqlaşaraq sosial-iqtisadi və demoqrafik kataklizm mənbəyinə çevrilmək ehtimalı yüksəkdir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı ölkələrə səyləri birləşdirməyi və gücləndirməyi tövsiyə edib, mübarizə prosesində 4 istiqamətli strategiyaya uyğun addımlar atmaq çağırışı ilə çıxış edib. Hesab edirəm ki, yetərli resurslara sahib beynəlxalq təşkilatlar tərəfindən də təsirli dəstək mexanizmi formalaşdırılmalıdır”.

Müsahibimizin qənaətincə, ayrı-ayrı ölkələrdə sadəcə olaraq müvafiq dövlət qurumlarının önləyici və mübarizə xarakterli tədbirlər həyata keçirməsi yetərli deyil: “Bu prosesdə cəmiyyətlərdə ictimai şüur səviyyəsi dəstəkləyici amil kimi həlledici faktor olacaq. Yəni toplumun fərdlərinin müəyyən olunmuş qaydalara nə qədər və necə əməl etməsi çox önəmlidir. Bu, məhz sosial immunitetin gücləndirilməsi və bəhs olunan qlobal sınaqdan ciddi itkilərə məruz qalmadan çıxmaq baxımından olduqca əhəmiyyətlidir. Yəni fərdi məsuliyyət ictimai immuniteti gücləndirəcək, vətəndaş dəstəyi amili dövlətin mübarizəsinin effektivliyini artıracaq.”.

“Azərbaycana gəldikdə isə, ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısının alınması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, eyni zamanda, maarifləndirmə işinin davamlı xarakter daşıması təqdirəlayiq haldır. ÜST də respublikamızda operativ və effektiv tədbirlərin reallaşdırılmasını təqdir edir – müsbət qiymətləndirir. Təbii ki, dövlətin effektiv mübarizə mexanizmi ilə yanaşı, vətəndaşların müəyyən olunmuş qaydalara ardıcıl olaraq əməl etməklə prosesə öz dəstək və töhfələrini vermələri də strateji zərurətdir. Çünki bu, həm də milli təhlükəsizlik məsələsi olduğuna görə ictimai həmrəylik tələb edir. Bütövlükdə, fərd və cəmiyyət olaraq məsələyə rasional yanaşmalı, “təlaşa ehtiyac yoxdur, ehtiyatlı davranmaq lazımdır” düşüncəsi ilə hərəkət etməliyik. Bir sözlə, əhalinin sağlamlığını diqqət mərkəzində saxlayan hökumətin müəyyənləşdirdiyi qaydalara ciddi riayət etməklə mövcud tələb, tövsiyə və çağırışları mütləq surətdə nəzərə almalıyıq”, – deyə müsahibimiz vurğulayır. /ayna.az/

Müəllif: Rumiyyə Miraslan
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik