Azərbaycanda niyə Ayətullah yoxdur?
Hadise
Oxunub: 387
14 fev 2020 | 11:30
Azərbaycanda niyə Ayətullah yoxdur?


İslam dinində şiəliyə aid, ali rütbə hesab olunan Ayətullah ən çox İran İslam Respublikasında rast gəlinsə də, İraq və Livanda da Ayətullah titulu daşıyan din xadimləri çoxdur.

Ayətullah dərəcəsi almış din xadimlərinin fətva vermək, İslam hüququna əsaslanaraq hökm çıxarmaq səlahiyyəti var. Həmçinin, Ayətullah dərəcəsi olanların Quran, Sünnə, İcma ve Ağıl əsas olmaqla Əsli dəlillərdən istifadə edərək ictihad etmə hüquqları var.

Onlar öz sahəsində elmi hövzədə müəllimlik edə bilər və istiftaatlar üçün fətva verə bilərlər.

Tarixdə ilk dəfə müctəhid Əllamə Hilli ayətullah dərəcəsi alıb. Hazırda İranda 1.000-dən çox Ayətullah var. Bununla yanaşı, Böyük Ayətullah ali titulu da mövcuddur. Şiə məzhəbində bu ən ali titul sayılır və İslam Hüquq (Fiqh), metodologiya (üsul) və fətva vermək hüququ verir.

Azərbaycanda isə bu ali dini dərəcəni daşıyan din xadimləri yoxdur. Onları “mərcə` at-taklid”-deyə çağırırlar. Hazırda Böyük Ayətullah ali titulunu Əli Xameneyi (İran), Sadik Şirazi (İran), Məkərəm Şirazi (İran), Yusif Sanei (İran), Əli Sistani (İraq) və s. daşıyır.

Maraqlıdır ki, şiə təriqətinə mənsub müsəlmanların çoxluq təşkil etdiyi 4 ölkədən biri olan Azərbaycanda (red – digərləri İran, İraq, Bəhreyn) Ayətullah titulunu daşıytan din xadimi yaşamırt. Buna baxmayaraq, tarixdə əslən Azərbaycandan olan bir sıra Ayətullahlar var. Onların sırasında Ayətullah Məhəmməd Əli Naxçıvani, Ayətullah Şeyx Məhəmməd Həsən Qarabaği, Ayətullah Seyid Əli Salyani, Ayətullah Mirzə Əbülqasim Ordubadi Nəcəfi, Ayətullah Məhəmməd Fazil Lənkərani və s. adlarını çəkmək olar. Lakin onlar əsasən, dini təhsil üçün yola düşdükləri İraqın Nəcəf, İranın Qum, Məşhəd kimi şəhərlərində məskunlaşaraq çox az hallarda tarixi vətənlərinə dönüblər.

Bəs nə üçün Azərbaycanda Ayətullah dini titulu daşıyan şəxs yoxdur? Bu titulu almaq üçün hansı dini təhsil gərəklidir?

Məsələ haqqında Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli həmin dərəcəyə çatmağın çətinliklərindən danışıb:

“Ayətullah Allahın ayəsi, nişanəsi deməkdir. Bu ifadəni alimlərə hörmət olaraq deyiblər.

İctihad, mücdəhidlik məqamına gəldikdə isə, Azərbaycanda bu dərəcəyə çatmış din xadimi yoxdur.

Bu dərəcəyə çatmaq zaman tələb edir. Ayətullah dərəcəsini qazanacaq səviyyədə dini təhsil alan şəxslər olmadığından Azərbaycanda bu rütbəni daşıyan kimsə yoxdur”.

Hacı Şahin Həsənli tarixən Ayətullah dərəcəsinə sahib olmuş soydaşlarımızın olmasını istisna etməyib:

“Hətta ola bilər, indi də İslam ölkələrində təhsil alan, Ayətullah rütbəsinə yiyələnmiş şəxslər var”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu